Məşhur meyxanaçı Aydın Xırdalanlı vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, A.Xırdalanlı serrozdan əziyyət çəkirdi.
Xatırladaq ki, Azərbaycan meyxana tarixinin əfsanələrindən olan A.Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.