Respublika uşaq rəsm müsabiqəsi başa çatdı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin 12-17 yaş arası uşaqlar arasında olan hissəsi başa çatıb.
23 Mart 2019 18:15 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi "Yurdumuza bahar gəlir" adlı respublika uşaq rəsm müsabiqəsinin 12-17 yaş arası uşaqlar arasında olan hissəsi başa çatıb.
Olaylar.az bildirir ki, sərgini Azərbaycan Dövlət Rəsm qalereyasının direktoru Qalib Qasımov açaraq uşaqları təbrik etdi və onların dəyişən və inkişaf edən ölkəmizin gəncləri olduqlarını qeyd etdi və sərgidə iştirakına görə təşəkkür etdi. Azərbaycan Rəssamlar İttifaqının katibi professor Ağaəli İbrahimov sərgi iştirakçılarını salamlayaraq onlara uğurlar dilədi. Əməkdar rəssam Rəfail Muradov və qocaman müəllim sərgi iştirakçılarna öz tövsüyələrini verdi və öz təcrübəsini bölüşdü. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək sərgi iştirakçılarını bahar bayramı münasbəti ilə təbrik etdi təbiətin oyanışını balaca uşaqların saf duyğularında hiss etdiyini qeyd etdi
Sərgidə bahar təravəti hiss olunan 130 uşağın 140 işi əsəri təqdim olunub.
Sərgidən seçilmiş 10 əsərin müəllifi "Azərbaycanım"Uşaq Rəsm Festivalına dəvət olacaq.