Məşhurlar Novruz şənliyində
Martın 19-da Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Xətai rayonunda Novruz Bayramına həsr olunmuş bayram şənliyi keçirilib. Olaylar.az bildirir ki, bayramın əsas qəhrəmanları Bahar qızı, Keçəl, Kosa və Dədə Qorqudun iştirakı konsertə xüsusi rəng qatıb. Adət-ənənəyə uyğun olaraq bayram tonqalı qalanıb.
19 Mart 2019 16:17 MədəniyyətMartın 19-da Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Xətai rayonunda Novruz Bayramına həsr olunmuş bayram şənliyi keçirilib.
Olaylar.az bildirir ki, bayramın əsas qəhrəmanları Bahar qızı, Keçəl, Kosa və Dədə Qorqudun iştirakı konsertə xüsusi rəng qatıb. Adət-ənənəyə uyğun olaraq bayram tonqalı qalanıb.
Konsertdə tanınmış müğənnilər Nihat Məlik, Rəhman Mirzəzadə, Naili İmran, Məhəmməd Cavadov, Həcər Əkbər, İlqar Sadıxov, Səlim Abbasov, Orxan İsazadə,Nəzrin Məsməliyeva, Əli Vahidoğlu, "İnci" qrupu, "As" qrupu çıxış ediblər. Çıxışlar sakinlər tərəfindən alqışlarla qarşılanıb.