Multikultural Novruz bayramı

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib. Olaylar.az bildirir ki, universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib. ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib.

 

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) "Multikultural Novruz bayramı" tədbiri keçirilib. Olaylar.az bildirir ki, universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib.

ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib.

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav universitetdə multikultural tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sexio Peres Gunela Azərbaycanın multikultural ölkə olduğunun deyib. 

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani "Multikultural Novruz bayramı" mərasiminin təşkilini yüksək qiymələndirib. Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez tədbirdə müxtəlif xalqların uğurla təmsil olunduğunu bildirib. 

Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Novruzu mədəniyyətləri bir-birinə bağlayan bayram kim dəyərləndirib.

ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mişel Peterson, Yaponiyanın ölkəmizdəki səfirinin müavini, Mədəniyyət və təhsil işləri üzrə şöbə müdiri Usui Takaaki, Fransanın ölkəmizdəki səfirliyinin baş məsləhətçisi Dominik Janti, Meksika səfirinin müavini Alberta Aura Qonzales, Norveçin ölkəmizdəki müvəqqəti işlər vəkili Olav Nils Thue, İspaniyanın müvəqqəti işlər vəkili İgnacio Sanchez Taboad, Çin Xalq Respublikası səfirliyinin əməkdaşı Van Cuenqan, Kosta Rikanın müvəqqəti işlər vəkili Xairo Lopez Bolanos Azərbaycanın zəngin mədəniyyətə sahib olmaqla multikulturalizmə böyük töhfələr verdiyini bildiriblər. Qonaqlar müxtəlif ölkələrin adət-ənənələrinin nümayiş olunduğu tədbirin təşkilinə görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkürlərini bildirib, bayram münasibətilə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzu ediblər.

Tədbirdə universitetin tələbələri müxtəlif ölkələrə məxsus milli rəqsləri uğurla ifa edib, mahnılar oxuyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31