Ruhani: İran ABŞ-ı məhkəməyə verməlidir
İran Prezidenti Həsən Ruhani sanksiyalar siyasətinə görə, ABŞ-ı beynəlxalq məhkəməyə verməyi təklif edib. H.Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaların çox sərt olduğunu deyib. İran prezidenti ölkənin sanksiyaların öhdəsindən gəldiyini də əlavə edib:
19 Mart 2019 10:41 Dünyaİran Prezidenti Həsən Ruhani sanksiyalar siyasətinə görə, ABŞ-ı beynəlxalq məhkəməyə verməyi təklif edib.
H.Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaların çox sərt olduğunu deyib.
İran prezidenti ölkənin sanksiyaların öhdəsindən gəldiyini də əlavə edib:
"Sanksiyalar milli valyutanın dəyərinə təsir edib, inflyasiya artıb, amma biz bunun öhdəsindən gələ bildik. ABŞ düzgün yolda deyil və biz bununla mübarizə aparmalıyıq. İranın məhkəmə orqanları ABŞ-a, onun məmurlarına, eləcə də sanksiyanın müəlliflərinə bəşəriyyətə qarşı cinayət ittihamları ilə iddia qaldırmalıdır". Trend.az