Dünya
İrəvanın qorxduğu Qarabağ planı işə düşdü: Tramp geri addım atdı, Putin isə Bakı ilə...
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən narahatlığını dilə gətirdi. Bəyanatda bildirilir ki, sülh danışıqlarının alternativi yoxdur və münaqişənin nizama salınması Helsinki Yekun Aktı çərçivəsində ola bilər: güc tətbiq etməmək, ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmə.
Türkiyədən sərt cavab: Növbəti Aya Sofya QALMAQALI
Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey kimi fəaliyyət göstərən Aya Sofya məbədində keçirilən "Qədr gecəsi"nə Yunanıstanın Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən kəskin iradlar bildirilib.
Pakistanda partlayış: 3 nəfər ölüb, 14 nəfər yaralanıb
Pakistanın Kvetta şəhərində partlayış olub. Belucistan əyalətinin Kvette şəhərində törədilən partlayış nəticəsində 14 nəfər yaralanıb.
Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb
Tarixi əsərləri satmaq istədilər
Türkiyənin Muğla əyalətinin Datça bölgəsində qanunsuz qazıntı aparan 3 nəfər saxlanılıb. Tarixi ərazilərdə qanunsuz şəkildə qazıntılar aparan 3 nəfər naməlum şəxs ərazidən 2500 il yaşı olan alətlər tapıblar. Tapdıqları tarixi əsərləri satmaq istəyən şəxslər polislər tərəfindən tutulub.
“Microsoft Office” proqramlar paketində mətnin səslə yığımı üçün “Dictate” genişlənməsi təqdim edilib
“Microsoft Garage” startap inkubatorun məhsulu olan “Dictate” layihəsi “Microsoft Office” proqram təminatında 20-dən çox dildə mətnin səslə yığımı, həmçinin yazılmış mətnin ani olaraq 60 dilə tərcüməsi funksiyasını təqdim edib.
“Facebook” istifadəçilərinin fotoşəkillərinin mühafizəsi gücləndiriləcək
"Facebook" sosial şəbəkəsi istifadəçilərin fotoşəkillərini kopyalamaqdan qorumaq üçün yaradılan yeni funksiyanı sınaqdan keçirir. Müvafiq layihə "Photo Guard" adlanır. "Facebook" rəsmi nümayəndələrinin sözlərinə görə, "Photo Guard" profil fotoşəkilinin mümkün kopyalanmasını 70 faiz azaldır.
“Skype”ın fəaliyyətində qlobal nasazlıq aradan qaldırılıb
“Microsoft” korporasiyasına məxsus “Skype” messencerinin nümayəndələri iyunun 19-da servisin fəaliyyətində baş verən nasazlığın aradan qaldırılmasını açıqlayıblar.
Elastik noutbuk konsepti nümayiş olunub
“Lenovo” şirkəti displeyə zərər vurmadan qurğunu qatlamağa və açmağa imkan verən elastik ekranlı noutbuk konsepti təqdim edib. Lakin burada söhbət mobil kompüter prototipindən getmir, Çin istehsalçısı, sadəcə, belə qurğuların yaradılması ideyası ilə çıxış edir.
Anasından əmdiyi süd gözündən gəldi - VİDEO
Türkiyənin İzmir bölgəsində yaşayan 42 yaşlı Süleyman Bacak qeyri-adi istedadı ilə sosial mediada fenomen olub. Burnuna tökdüyü mayeni (su, süd) gözündən axıdır. İlk dəfə uşaq yaşlarında hovuza girərkən kəşf etdiyi bu xüsusiyyətini təxminən 30 ildir əyləncəyə çevirib.
19 yaşlı oğlandan “Milyonçu” verlişində tarixi uğur
“Milyonçu” layihəsinin Türkiyə versiyası olan “Kim milyoner olmaq istəyir” verilişi ötən axşam rekord hadisə ilə yadda qalıb. 19 yaşlı lise tələbəsi Çağdaş İrfan 250 min lirə dəyərindəki sualı düzgün cavablayaraq 1 milyon lirəlik suala cavab vermək haqqı qazanıb. Lakin tam bu əsnada yarışmanın vaxtı bitib. Tamaşaçılar 1 milyon TL dəyərindəki sualı yeni yayım dövründə görə biləcəklər.
Tanınmış aktyora AĞIR İTKİ
Aktyor Mert Fıratın atası dünyasını dəyişib. Müğənni Nihat Fırat uzun zamandır böyrək çatışmazlığından əziyyət çəkirdi. Aktyorun atasının ölüm xəbərini həmkarı Zafer Alagöz sosial şəbəkədə paylaşıb. Mertin atasının cənazəsi Ankarada dəfn ediləcək.
Alimlərdən məsləhət: Kələm siqaret çəkməyin fəsadlarına qarşı “sipərdir”
ABŞ alimlərinin fikrincə, yemək rasionuna bəzi dəyişikliklər etməklə siqaret çəkməyin əmələ gətirdiyi xəstəliklərin inkişaf riskini azaltmaq mümkündür. İnsan orqanizmində “sağlamlığı qoruyan” Nrf2 zülalı vardır. Bu zülal orqanizmin hüceyrələrini zərərli vərdişlərin və ətraf mühitin törətdiyi fəsadlardan qoruyur. Siqaret çəkəndə həmin zülalın səviyyəsi azalır və orqanizm bəzi xəstəliklər qarşısında “aciz” qalır. Alimlər Nrf2 zülalını fəallaşdırmağı və səviyyəsini bərpa etməyi təklif edirlər. Bunun üçün bolluca kələm (brokkoli, gül kələmı və s.) yemək lazımdır.
Oğlan şagirdlər məktəbdə ətək geyindi
Məktəbdə oğlanlara şort geyinmək qadağası şagirdlər tərəfindən baykot edilib. İngiltərədə məktəblərin birində oğlanlara isti günlərdə şort geyinmələrinə icazə verilməməsinə etiraz edən 30 şagird ətək geyinərək gəlib. Şagirdlər isti günlərdə şalvarla dərsdə oturmağın çətinliyini dilə gətirib.














