Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb
23 İyun 2017 10:23 DünyaVenesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı daha bir nəfər həlak olub.
Trend bildirir ki, ölən şəxs 22 yaşlı gənc David Vallenilla olduğu və onun odlu silahla vurulduğu bildirilir. Gənc xəstəxanaya çatdırılsada, əməliyyat zamanı dünyasını dəyişib.
Beləliklə, Venesuelada son 3 ay ərzində etiraz aksiyaları zamanı ölənlərin sayı 75 nəfərə çatıb.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31