Oğlan şagirdlər məktəbdə ətək geyindi

Məktəbdə oğlanlara şort geyinmək qadağası şagirdlər tərəfindən baykot edilib.  İngiltərədə məktəblərin birində oğlanlara isti günlərdə şort geyinmələrinə icazə verilməməsinə etiraz edən 30 şagird ətək geyinərək gəlib. Şagirdlər isti günlərdə şalvarla dərsdə oturmağın çətinliyini dilə gətirib.

Məktəbdə oğlanlara şort geyinmək qadağası şagirdlər tərəfindən baykot edilib.  İngiltərədə məktəblərin birində oğlanlara isti günlərdə şort geyinmələrinə icazə verilməməsinə etiraz edən 30 şagird ətək geyinərək gəlib. Şagirdlər isti günlərdə şalvarla dərsdə oturmağın çətinliyini dilə gətirib. Məktəb rəhbərliyi ilə şortun məktəb geyiminə uyğun olmadığını deyib. Direktor zarafatla istəsəniz, ətək geyinə bilərsiniz, deməsi şagirdlər üçün fürsət olub. Onlar məktəbə ətəklə gəliblər, lakin bu da məktəb rəhbərliyinin etirazına səbəb olub. Valideynlər isə oğullarının bu tələblərini dəstəkləyir, qızlarla, oğlanlar arasında fərq qoymağın yanlış olduğunu deyiblər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31