Dünya

Yeni il tətilinin ləğvi təklif edilir

22 İyun 2017 18:24

Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı millət vəkilləri Yeni il tətilnin ləğv olunması ilə bağlı təklif irəli sürüblər. Deputatlar bu təklifi onunla əsaslandırıblar ki, ilin əvvəlində Rusiya vətəndaşları əməkhaqlarını ala bilmirlər. Bunun əvəzində 31 dekabr tarixinin qeyri-iş günü elan edilməsi təklif olunur.

Yunanıstanda üsyan başladı

22 İyun 2017 18:00

Yunanıstanda bələdiyyələrin əmək müqavilələrinin müddətini uzatmaması kütləvi nümayişlərlə nəticələnib.  İşsiz qalma təhlükəsi ilə qarşı-qarşıya qalan 2 mindən təmizlik işçisi paytaxt Afinanın küçələrinə çıxıb. 

Bağdadi öldürülüb - RƏSMİ

22 İyun 2017 17:48

İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi böyük ehtimalla öldürülüb. Bu haqda Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər. Bir neçə gün əvvəl isə idarədən bildiriblər ki, İŞİD liderinin ölümünü təsdiq edəcək sübutlar yoxdur.

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub

22 İyun 2017 17:47

Sakit okeanın Qvatemala sahillərində 6,8 bal gücündə zəlzələ olub.  Məlumatı ABŞ Geoloji Xidməti yayıb. İnformasiyaya əsasən, yeraltı təkanların ocağı Puerto-San-Xose şəhərindən 38 km cənub-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib. Dağıntı və itkilər barədə məlumat yayılmayıb.

İranda “Telegram”ın tutulan menecerləri aclıq aksiyasına başlayıb

22 İyun 2017 17:25

İranda “Telegram” mesaj proqramının üç ay əvvəl tutulan menecerlərindən 4-ü aclıq aksiyasına başlayıb. İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin ailəsinə aid olduğu deyilən “jamaran.ir” internet saytı bu barədə məlumat yayıb. Menecerlərdən ikisinin vəkili Əli Müctehidzadə bu günə qədər müvəkkiləri ilə görüşə şərait yaradılmadığını bildirib: “Onların sağlamlığının vəziyyətindən də xəbərsizəm. Ancaq ailə üzvlərindən müvəkkilərimin aclıq aksiyasına başladığını eşitdim”.

Jirinovski: Rus soyqırımını inkar edən cəzalanmalıdır

22 İyun 2017 16:44

Rusiyanın Cinayət Məcəlləsinə rus xalqına qarşı soyqırımla bağlı yeni maddə əlavə etməyi planlaşdırırıq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “Holokost, ermənilərin Türkiyədə qırğını haqqında qətnamə var. Rusları bunların hamısından əvvəl - 1914-cü ildə qırıblar. Bu maddəni əlavə etməklə biz rus soyqırımını inkar edənləri məsuliyyətə cəlb edə biləcəyik”, - deyə o bildirib.

Körfəz ölkələri Qətərdən nə istəyir? – Siyahı hazırlandı

22 İyun 2017 16:40

ABŞ Dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanı və müttəfiqlərin Qətərdən istəklərinin siyahısını hazırladığını açıqlayıb. Siyahının yaxın müddətdə Qətərə təqdim olunacağını deyən Tillerson şərtlərin həyata keçirilməsinin mümkün olduğunu bildirib. O, Küveytin münasibətləri yaxşılaşdırmaq cəhdlərini ABŞ-ın dəstəklədiyini də vurğulayıb.

Polşa Qırmızı ordunun abidəsini sökür – Qərar

22 İyun 2017 16:39

Polşa parlamentinin aşağı palatası kommunizm və digər totalitar quruluşların təbliğatının qadağan edilməsi haqqında qanuna dəyişiklik edib. Kult.az xəbər verir ki, dəyişikliklərin qəbul olunmasına 408 deputat səs verib. Buna qarşı yalnız 7 deputat çıxıb. Sənəddə sovet dövrünə aid abidələrin, eləcə də Qırmızı ordunun şərəfinə ucaldılan memorialın sökülməsi yer alıb. Belə ki, yeni dəyişikliklərə əsasən Polşada kommunizmi simvolizə edən abidələr qadağan olunub.

Bu, insanlığın faciəsidir – YUNESKO

22 İyun 2017 16:37

Suriyada Nuri məscidinin partladılması həm mədəni, həm də insani bir faciədir. Kult.az xəbər verir ki, bu sözləri YUNESKO-nun Baş direktoru İrina Bokova deyib. “Nuri məscidi və Hadba minarəsinin dağıdılması böyük faciədir. Biz mədəni irsi qorumağa çalışmalıyıq”, - deyə Bokova rəsmi Tvitter hesabında paylaşım edib. 

Proqnoz: İş günü 4 saata salınacaq

22 İyun 2017 16:19

Yaxın 10 ildə dünya üzrə insanların iş günü 4 saata qədər azaldılacaq. "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bunu Çinin məşhur "Alibaba" internet ticarət şirkətinin rəhbəri Cek Ma Detroytda keçirilən "Alibaba's Gateway" forumunda bildirib.

Şimali Koreya XİN-i öz saytını yaradıb

22 İyun 2017 16:18

Şimali Koreyanın Xarici İşlər Nazirliyiözünə internet sayt yaradıb. Bu haqda ölkənin Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, nazirlik bu sayt vasitəsi ilə ölkənin xarici siyasətini öyrənmək istəyənləri qarşılıqlı anlaşmaya, Şimali Koreya ilə dostluğa, əməkdaşlığa, sülhə, müstəqillik ideyalarına yardım etməyə çağırıb. 

Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar üzə çıxdı

22 İyun 2017 16:04

ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri Deniel Kouts və Milli Təhlükəsizlik Angetliyinin rəhbəri Mayk Rocers prezident Trampın onlara etdiyi təklif barədə danışıblar.  Tramp xüsusi xidmət orqanlarının rəhbərlərindən onun Rusiya ilə heç bir əlaqəsinin olmadığına dair rəsmi açıqlama verməsini xahiş edib. 

"Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb

22 İyun 2017 16:00

"Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb.  Bu barədə ölkənin Milli Qasırğa Xəbərdarlığı Mərkəzi (NHC) məlumat verib. Meteoroloqlar fırtınanın azı 17 milyon amerikalıya təhdid olduğunu bildirir.

Ankarada yarımtikili xəstəxanada YANĞIN - İçəridə qalanlar var

22 İyun 2017 15:29

Ankarada yeni tikilməkdə olan xəstəxana binasında yanğın baş verib. Hazırda yanğın baş vermiş tikilidə fəhlələrin təxliyyə edilməsi istiqamətində təcili tədbirlər aparılır. Son məlumata görə, bir neçə fəhlə tüstüdən zəhərlənib. Yanğının baş vermə səbəbləri məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub.

2100-cü ildə dünya əhalisi nə qədər olacaq? – BMT-nin STATİSTİKASI

22 İyun 2017 15:19

BMT dünya əhalisinin sayı ilə bağlı növbəti proqnoz verib. Hesabatda Yer əhalisinin hazırki sayının 7,6 milyard nəfər olduğu, 2030-cu ildə bu rəqəmin 8,6 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacağını proqnozlaşdırıb.