Dünya
NASA 15 yaşlı oğlanın hazırladığı peyki kosmosa göndərəcək
Dünyanın ən kiçik peyki Hindistanda hazırlandı. 15 yaşlı Rifat Şarukun hazırladığı kiçik ölçülü peyk bu gün NASA tərəfindən kosmosa buraxılacaq. 64 qram ağırlığında, karbon lifdən hazırlanan cihaz keçən ay NASA-nın dəstəyi ilə keçirilən "Cubes in Space" yarışmasında nümayiş olunub.
Məktəbdə partlayış: yaralılar var - Konqoda
Konqonun Beni şəhərində məktəbdə partlayış baş verib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralananlar arasında o an məktbədə imtahan verən bir şagird də var. Həmçinin bildirilir ki, şəhər ərazisində ağır texnikadan açılan atəş səsləri eşidilir.
"Klon" serialının Rənası 15 il sonra - fotolar
2001-2002-ci ildə yayımlanan "Klon" serialının yadda qalan personajlarından biri də "Rəna" obrazı idi. Səidin ikinci xanımı, Hade və Xədicə ilə dava-dalaşları ilə yadda qalan Rənanı braziliyalı aktrisa Nivea Stelmann canlandırıb. Hazırda 43 yaşda olan aktrisa üçüncü dəfə ailə qurub və iki övladı var. O, hazırda Braziliyada teatr, film və seriallarda rol almağa davam edir.
Yeni mövsümdə evlilik proqramları olmayacaq
Türkiyədə uzun müddət müzakirə edilən evlilik proqramlarının yeni mövsümdən etibarən yayımlanmayacağı iddia edilib. Məşhur aparıcı Fatih Altaylı bu günkü yazısında evləndirmə proqramlarını barışdırma proqramlarının əvəz edəcəyi fikrini irəli sürüb.
Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin
Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib. Bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır. Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb. Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq.
Bankın yaxınlığında partlayış: 24 nəfər öldü, 60 nəfər yaralandı - Əfqanıstanda - YENİLƏNİB
Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin Ləşgərgah şəhərində "New Kabul Bank" nümayəndəliyinin yaxınlığında avtomobilin partlaması nəticəsində azı 24 nəfər ölüb, 60 nəfər isə xəsarət alıb.
Terrorçular vətəndaşlıqdan məhrum ediləcəklər
Qazaxıstan Parlamentinin yuxarı palatası terrorçuluq və digər ağır cinayətlərə görə vətəndaşlıqdan məhrum etməni nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni qanuna əsasən, terror aktı törətməkdə və ya terror qruplaşması yaratmaqda və başçılıq etməkdə təqsirli bilinən şəxslər həbs cəzası ilə yanaşı vətəndaşlıqdan məhrum ediləcək.
Toplu məzar tapılıb: "Rus əsgərləri ağzı açıq..."
Polşada "Lublin Warsaw" avtomobil yolunun yaxınlığında aparılan arxeoliji qazıntılar zamanı rus əsgərlərinin basdırıldığı kütləvi məzarlıq tapılıb. Məzarlıq 150 il əvvələ aiddir.
Sarkisyanın Brüssel səfərinin SİRRİ ORTAYA ÇIXDI: Putinin Qarabağ planına qarşı HƏMLƏ
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə yola düşüb. Ermənistan prezidenti Avropa Xalq Partiyasının sammitində iştirak edəcək. Sarkisyanın səfəri Avropa İttifaqının Ermənistandakı səfiri Pyotr Svitalskimlə mübahisə fonunda diqqət çəkir. İrəvan səfiri ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Səfir isə cavabında bildirib ki, Avropa İttifaqı İrəvan xahiş etdiyi üçün Ermənistana kömək edir. Əgər lazım deyilsə, bunu etməyə bilərlər. İstisna deyil ki, Sarkisyan Brüsseldə münasibətləri yoluna qoymağa çalışacaq. Lakin ehtimal olunur ki, səfər qədər səfirlə mübahisəni Sarkisyan bilərəkdən yaradıb və Brüsseldə bu hay-küydən "kozır" kimi istifadə edəcək.
İŞİD Mosulu tərk edən ailələrin uşaqlarını öldürür - UNİCEF
İŞİD İraqın Mosul şəhərini tərk etmək istəyən ailələrin uşaqlarını öldürür. Bu barədə BMT-nin Uşaq Fondu (UNİCEF) məlumat yayıb.
Polşada kütləvi məzar aşkar edildi
Polşanın şərqində 150 il əvvəl yaşanan döyüş əsnasında ölən Rus əsgərlərinə aid kütləvi məzar aşkar edilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirirlər ki, toplu məzarda təxminən 80 əsgərin olduğu, yan-yana basdırılan əsgərlərin cəsədlərin çoxunda maraqlı bir detal gözə dəyib. Belə ki, cəsədlərin hamısında basdırılarkən ağzlarının qışqıraraq açıq olması Arxeoloqların diqqətinə səbəb olur. Qalıqlar Zerdz şəhərindəki Lublin Warsaw ekspres quru yolu üzərində arxeoloqların reallaşdırdığı işlər əsnasında ortaya çıxarıldı.
Türkiyə Qətərə zirehli texnika göndərir
Türkiyə Qətərə zirehli texnika göndərir. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir. Məlumata əsasən, bu gün Dohaya 25 hərbi qulluqçu və 4 zirehli nəqliyyat vasitəsi yola salınacaq.
Makron: Trampın siyasəti bütün dünya üçün narahatlıq mənbəyidir
ABŞ Prezidenti Donald Trampın hansı xarici siyasət yürüdəcəyi qabaqcadan bilinmir ki, bu da dünya ictimaiyyəti üçün narahatlıq mənbəyidir. Bunu Fransa Prezidenti qismində Avropa mətbuatına ilk müsahibəsini verən Emmanuel Makron deyib.
“Türkiyə oranı ələ keçirir!” - İsrail TƏLAŞDA
Türkiyə Şərqi Qüdsdəki fələstinlilərə dəstək göstərir və şəhərin müsəlman kimliyini gücləndirməyə çalışır. Bu haqda İsrailin Baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə tanınan “Israel Hayom” qəzeti yazıb. “Ərdoğanın Tapınaq Təpəsində (Məscidi-i Əqsa) güclənməsi” başlıqlı yazıda Osmanlı İmperiyasının süqutundan bir əsr sonra Türkiyənin şəhərin şərqinə milyonlarla dollar axıtdığı qeyd olunub. Nəşr Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) 2004-ci ildən bu yana milyonlarla dollar xərclədiyi 63 layihəni tamamladığını qeyd edib.
Azad edilmiş ərazilər uğrunda YENİ SAVAŞ: Müharibə indi BAŞLANIR
Bazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini vurdu. Bu, faktiki olaraq, bir ölkəyə qarşı ABŞ Konqresinin elan etmədiyi və icazə vermədiyi müharibə aktıdır.














