Dünya
Türkiyədə ağır döyüşlər: Şəhidlər var
Türkiyənin Bitlis vilayətinin Tatvan mahalında təhlükəsizlik gücləri ilə PKK terror təşkilatı arasında silahlı qarşıdurma baş verib. Qarşıdurmada ağır yaralanan iki əsgər xəstəxanada şəhid olub.
İrəvanda üsyan çağırışı: "Silahlanın, Serji və bandasını fiziki məhv edin"
Ermənistanda ötən ilin iyul ayında polis polkunun binasını ələ keçirmiş "Sasna Tsrer" silahlı qruplaşmasının işi üzrə məhkəmədə qalmaqallı çağırış səslənib. Qrupun üzvü Varujan Avetisyan silahlı üsyana və prezident Serj Sərkisyanı fiziki məhv etməyə çağırıb.
"Xəyanəti öyrəndiyim gün boşanmağa qərar verdim"
Model Demet Şener 11 illik basketbolçu həyat yoldaşı İbrahim Kutluaydan boşanmasından danışıb. "Şamdan dergisi"nə müsahibə verən Demet ayrılmalarında keçmiş ərini günahlandırıb: "Bizimki kağız üzərində evlilik deyildi, sevgiylə dolu idi. Ona görə bu hadisə məndə şok effekti yaratdı. "İbrahim heç vaxt xəyanət etməz" deyirdim, ona çox arxayın idim. Mənim vicdanım, qəlbim rahatdır. Qəlbim qırılıb, amma heç bir peşmanlığım yoxdur. Geriyə baxmıram. Xəyanəti öyrəndiyim gün boşanmağa qərar verdim. Mən bunu qəbul edib xoşbəxt ola bilməzdim".
İdlibdə bombalı hücum: 7 ölü
Suriyanın şimalında yerləşən İdlib bölgəsində dəhşətli hadisə baş verib. İdlibin mərkəzində üzərinə bomba yüklənmiş motosikletletin partladılması nəticəsində 7 nəfər həyatını itirib, 12 nəfər ağır yaralanıb.
İzmirdə partlayış: NATO-nun binası zərər gördü
Türkiyənin İzmir şəhərində qəbiristanlıqda partlayış olub. Hadisə nəticəsində yaxınlıqda yerləşən NATO-ya məxsus ərazidəki binanın divarında çat əmələ gəlib. Polis səhər saatlarında baş vermiş partlayışın səbəblərini araşdırır.
Diplomatın qızına avtobus dayanacağında təcavüz etdilər - "Arxadan yaxınlaşıb əli ilə..."
Almaniya səfirliyində bir diplomatın 15 yaşlı qızı 15 iyun səhəri, saat saat 07.30 radələrində məktəbin avtobusunu gözləyərkən bir kişinin təcavüzünə məruz qalıb. Diplomatın şikayətindən sonra hadisə araşdırılıb və həmin şəxsin Hollandiya səfirliyində təhlükəsizlik işçisi olaraq çalışan 33 yaşlı Onur Ö. olduğu üzə çıxıb. "Təcavüz etmədim" deyən Ö. həbs olunub.
Ərəblərin sinov getdiyi 41 yaşlı türk aktrisa BUNU ETDİ - FOTO
Daniel Day-Lewis filmlərdə rol almayacaq
Abraham Lincolnu canlandırdığı 'Lincoln' filmiylə yaddaşlarda qalan 3 Oskar mükafatı qazanan aktyor Daniel Day-Lewis aktyorluqdan imtina etdiyini açıqlayıb. "Olaylar" "Sözcüy" - yə istinadən bildirir ki, “Qandi”, “Mənzərəli otaq”, “Sol ayağım”, “Atam üçün”, “Jack və Rosenin mahnısı”, “Qan töküləcək” kimi filmlərlə tanınan və üç Oskar mükafatına sahib olan aktyorun yaradıcılığı daha çox ABŞ-da köləliyi aradan qaldıran 16 – cı prezidenti Abraham Lincolu canlandırdığı obrazla xatırlanır.
Bu sənədlər İŞİD-lə bağlı bütün suallara cavab verəcək - ABŞ ŞOKDA
Məscidi partlatdıldı
İŞİD silahlıları İraqın Mosul şəhərinin əsas məscidi “Ən-Nuri”ni partladıblar. 2014-cü ilin iyulunda “Ən-Nuri” məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi.
Türkiyədə növbəti zəlzələ
Türkiyənin İzmir vilayəti yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Egey dənizində, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ İzmir şəhərində və ətraf ərazilərdə də hiss olunub.
Əl baqajı üçün “3D” skanerlərin sınaqları keçirilir
ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi əl baqajlarını üçölçülü skaner texnologiyası vasitəsilə yoxlamağa başlayıb. Metodika partlayıcı maddənin daha effektiv aşkarlanmasına kömək edir.
“Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib
Fransada keçirilən aviasalonda ABŞ-ın “Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib. Məlumata görə, “SureFly” adlı dron ikiyerli oktakopter formasında düzəldilib. Dron ehtiyat akkumulyatorla təchiz edilib, generator sıradan çıxdığı halda batareya “SureFly” dronunu 5 dəqiqəlik uçuş enerjisi ilə təmin edəcək və bu, yerə eniş etmək üçün kifayətdir. Bundan başqa, aparat fövqəladə hallar üçün paraşütlə təchiz edilib.
“Samsung Galaxy Note 8” smartfonunun təqdimat tarixi bəlli olub
“Samsung” şirkətinin “Note” seriyasına məxsus yeni smartfonunun təqdimetmə tarixi məlum olub. “The Investor” nəşri yazır ki, insayderin sözlərinə görə, sözügedən qurğu 2017-ci il 26 avqust tarixində təqdim ediləcək.
Süni intellekt dənli bitkiləri xəstəlik və zərərvericilərdən qoruyacaq
Çoxsahəli “Monsanto” transmilli şirkəti bitkilərin biotexnologiyası sahəsi üzrə dünya lideridir. Bu şirkətin mütəxəssisləri onilliklər boyunca istənilən şəraitdə yetişən, virus və təhlükəli zərərvericilərə qarşı davamlı yeni genetik dəyişilmiş bitkilər yaratmaq üçün səy göstərirlər. “Monsanto” şirkəti öz məqsədinə nail olmaq üçün ən qabaqcıl texnologiyalardan istifadəyə üstünlük verir. Məsələn, bu yaxınlarda məlum olub ki, sözügedən şirkət süni intellekt sahəsində lider sayılan “Atomwise” şirkəti ilə öz səylərini birləşdirəcək.














