Dünya
Eynşteynin məktubları hərracda satıldı 210 min dollara
Görkəmli alim Albert Eynşteynin fizika və Allah haqqında fikirlərinin əks olunduğu məktubları hərracda 210 min dollara satılıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, satış məbləği hərrac təşkilatçılarının gözlədiklərindən qat-qat üstün olub.
Norveç alimləri: Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir
Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir. Norveç alimləri belə bir nəticəyə gəliblər ki, qələmlə yazan uşaqlar klaviaturadan istifadə edənlərə nisbətən daha yaxşı oxuyurlar. Onlar bildiriblər ki, qələm və kitabdan kompüter monitoru və klaviaturasına keçəndə, beynin inkişaf prosesində nəsə itir. Çünki oxumaq və yazmaq bizim bir neçə hisslərimizi inkişaf etdirir.
Diqqət: Tünd şokolad meyvə şirəsindən daha faydalıdır
ABŞ alimlərinin fikrincə, tünd şokolad və kakao tozu tərkibindəki antioksidantların miqdarına görə meyvə şirələrini üstələyir.
Bu şəhərdə 20 min adamı gənə dişlədi: 500 nəfər xəstəxanada
Rusiyanın Yekaterinburq şəhərində 500 nəfərə yaxın insan gənə dişləməsi nəticəsində xəstəxanaya yerləşdirilib. Ümumilikdə 20 minə yaxın insan gənə dişləməsinə məruz qalıb. Onlardan 4 mini uşaqdır. Məlumata görə, artıq şəhərdə dezinfeksiya işlərinə başlanılıb.
Qadın 8-ci mərtəbədən yıxıldı - vəziyyəti yaxşıdır
Ukraynada qadın çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb. Evinin eyvanından küçə musiqiçilərinə baxmaq istəyən yaşlı qadın tarazlığını itirərək 8-ci mərtəbədən yıxılıb. Ölümlə üz-üzə qalan yaşlı qadın təxminən 1 saata yaxın dəmirlərdən asılı vəziyyətdə qalıb.
23 nəfəri ildırım vurdu - DƏHŞƏTLİ GECƏ
Banqladeşdə musson mövsümündə intensiv yağan yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Kəskin hava şəraiti çoxsaylı inasan ölümlərilə nəticələnib.
Fransada dəniz sahilləri "kokain"lə zibilləndi
Fransanın cənub-qərbindəki Land rayonu ərazisində dəniz suları 1,5 ton kokaini sahilə vurub. Polisin yaydığı məlumata görə, narkotik vasitələri daşıyan şəxslərin olduğu rezin qayıqlar suda çevrildikdən sonra kokain dənizə dağılıb. Həmin şəxsləri xilas etmək üçün qəza yerinə hərbçilər cəlb olunub.
Tank aşdı: 1 hərbçi həlak oldu - Yaponiyada
Yaponiyanın Hokkaydo adasında hərbi təlimlər zamanı tank aşıb. Hadisə nəticəsində bir nəfər həlak olub. Qəza zamanı tankın içərisində 4 hərbçi olub. Onlardan biri tank aşdıqdan sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olub. Tankda olan digər hərbçilər xəsarət almayıblar.
Rusiya polisi erməni yalanını ifşa etdi
Rusiyanın Çelyabinsk şəhərində 35 yaşlı Ermənistan vətəndaşı hücuma məruz qalması barədə polisə məlumat verib. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, o, borclarını qaytarmaq istəmədiyi üçün yalan məlumat uydurub.
Trampdan "birləşmək" ÇAĞIRIŞI
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Demokratik Partiya səhiyyə, vergilər və təhlükəsizlik məsələlərində respublikaçılarla birləşsəydi, daha səmərəli olardı. Bu barədə dövlət başçısı "Twitter" hesabında yazıb.
"Ramazan bayramı ilə əlaqədar 65 min suriyalı mühacir ölkəsinə gedib"
Ramazan bayramı ilə əlaqədar 65 min suriyalı mühacir ölkəsinə gedib. Bu barədə Türkiyə baş nazirliyi yanında Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarənin (AFAD) rəhbəri Mehmet Halis Bilden Türkiyədə səfərdə olan bir qrup jurnalistlə görüşdə bildirib.
Makron-Putin müzakirələri: çətin yolun başlanğıcında
Fransada yeni prezidentin seçilməsi ilə rəsmi Parisin xarici siyasətdə dəyişikliklər edəcəyi barədə informasiyalar yayılmağa başladı.
Türkiyə, Rusiya, İsrail və İran yeni alyans yaradır?
Dünya tarixi ilə yaxından maraqlanan hər kəs deyə bilər ki, Yaxın Şərq yer kürəsinin ən mürəkkəb geosiyasi bölgəsi olaraq çıxış edir.Uzun illərdir ki, bu bölgə dayanmadan mürəkkəb siyasi və hərbi böhranlardan heç bir şəkildə xilas ola bilmir. Bu bölgədə zaman məhfumu Qərb, yaxud Uzaq Şərqlə müqayisədə fərqli bir şəkildə qəbul edilir, hər növ münaqişə və böhran isə başqa müstəvilərə keçərək yüz illər boyunca davam edərək yeni, daha mücərrəd siyasi hadisələrin meydana gəlməsinə zəmin yaradır. Bəzi hallarda bu bölgə çox böyük və bir-biri ilə əlaqəsi olmayan bir neçə münaqişəyə səhnə ola bilir. Ancaq yaxından baxdıqda bu vəziyyətin eyni böyük bir tablonun kiçik parçaları olduğu anlaşılır. Çox vaxt Yaxın Şərqdəki vəziyyəti müşahidə edərkən siyasətin tarixi yaratdığı qənaətinə gəlmək olar. Ancaq şərqşünasların ifadəsinə görə Yaxın Şərqdə tarix heç bir vaxt bitmək bilmir, burada tarix daimi olaraq yaradılır, yaşanır.
Türkiyə qaçqınları saxlamaq üçün xərclədiyi pulun miqdarını açıqladı
"2011-ci ilin aprelindən Türkiyə çoxsaylı mühacir qəbul etməyə başlayıb. Suriya hadisələri zamanı o zamankı baş naziri və indiki prezidentimiz Rəcəb Tayyib Ərdoğanın tələbi ilə biz açıq qapı siyasəti həyata keçirdik və sərhədi açdıq. İyirmi üç modern sığınacaq mərkəzi quruldu. Regionlarda ciddi tədbirlər görüldü".
Səudiyyə 15 min Qətər dəvəsini ölkədən qovdu - KURYOZ
Səudiyyə Ərəbistanı maraqlı bir rəsmi qərarla yenə dünya mətbuatının gündəmindədir. Ölkə Qətərlə ikitərəfli əlaqələrinə son qoyan Səudiyyə bu ölkədən gələn dəvələri də istəmir. Qətər və Səudiyyə Ərəbistanı arasında bütün biznes əlaqələrinə son qoyulub, gediş-gəliş mümkün deyil və indi də Qətər dəvələri ölkədən getməlidir. Bu qərar elan edildikdən sonra minlərlə dəvə az yemək və su ilə Səudiyyənin Qətərlə sərhəd bölgəsində tərk edilib. Hazırda 15 min dəvə ölkədən deportasiya edilir.














