Dünya

30 ildən sonra insanlar... - Alimdən inanılmaz XƏBƏRDARLIQ

21 İyun 2017 14:59

Məşhur Böyük Britaniya astrofiziki Stiven Hokinq insanların başqa planetlərə miqrasiyasının müddətini açıqlayıb. Fizikə görə, insanlar ən yaxın 30 ildə Yer kürəsindən köçməyə başlamalıdır. Alim hesab edir ki, yaxşı koloniyaların yaradılması üçün Ay və Mars daha münasibdir.

Lavrov yeni sanksiyalara cavab verdi: “Rusofob düşkünlüyü...”

21 İyun 2017 14:57

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh edib. Rusiyalı nazir növbəti məhdudiyyətlərin heç bir əsas olmadan tətbiq edildiyini deyib. “Bu proses üçün Ukraynadakı vəziyyətə istinad edilməsi, məncə, ciddi müşahidəçilərdə təbəssüm yaradır.

NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə yaxınlaşıb

21 İyun 2017 14:48

NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib. Hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib. Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib. 

Məşhur rep ifaçısı vəfat etdi

21 İyun 2017 14:33

ABŞ-ın məşhur "Mobb Deep" rep qrupunun ifaçısı Prodigy (Albert Conson) 42 yaşında vəfat edib.  Bunu musiqiçinin təmsilçisi bildirib. İnformasiyaya əsasən, Conson bir neçə gün əvvəl anemiyanın kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Rusiya Ermənistana yeni işğalın YOLUNU GÖSTƏRDİ - TƏHLÜKƏLİ PLAN

21 İyun 2017 13:25

“Son günlər Qarabağda baş verən hadisələr yeni müharibə əlamətidir. Artıq növbəti bir il ərzində genişmiqyaslı müharibə başlaya bilər”. Bu barədə MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Qərbin demokratiyası avropalılar üçündür

21 İyun 2017 13:22

Yaxın Şərqdə cərəyan edən proseslər regionun yaxın on illərdə heç də sabit bir məkana çevriləcəyindən xəbər vermir. Görünən odur ki, imperialist dövlətlər, dünyanın güc mərkəzləri hazırda Yaxın Şərqdə mövcud olan dövlətlərdən iki qat artıq “dövlət” və dövlətciklər yaratmaq niyyətindədirlər. Yəni, regionda marağı olan hər bir dövlət regionda onun maraqlarına xidmət edəcək tərəfdaş hazırlayır. Artıq bu prosesin icrasına demək olar ki. start verilib. Türkiyə ilə sərhəddə Kürdüstan dövləti yaradılması ideyasının reallığa çevrilməsi istiqamətində Qərb dairələrinin göstərdiyi canfəşanlıq belə deməyə əsas verir. Bir sözlə görünən odur ki, Qərbin uzun illərdən bəzi gedən Şərqi “parçala, böl” siyasəti bu gün də öz axarı ilə davam edir. Elə əksər ekspert və analitiklər də bu qənaətdədirlər.

Ermənistanın ərəb “sevgisi”

21 İyun 2017 13:04

İşğalçı Ermənistan da Yaxın Şərqdə cərəyan edən proseslərdə bu və ya digər fomada iştirak etmək niyyətinə düşüb. Ancaq Yerevan həmişəki kimi bu dəfə də diplomatik sahədə atmış olduğu addımlarını hansısa dövlətə xoş getmək, yaxud bunun müqabilində müəyyən dividentlər götürmək istəyi ilə reallaşdırır. Elə bu günlərdə işğalçı ölkənin xarici işlər naziri Eldvard Nalbəndiyanın Qətərə reallaşdırdığı səfər də məhz qeyd edilən məqamlara hesablanıb.

Türkiyədə ticarət mərkəzində yanğın

21 İyun 2017 12:02

Türkiyənin İzmir əyalətində ticarət mərkəzlərinin birində yanğın baş verib. Hadisə nəticəsində xəsarət alanlar olmayıb. Yanğın səhər saatlarında başlayıb və bir müddət sonra qarşısı tamamilə alınıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

"Hacıkəndə dəymiş ziyan hesablanır"

21 İyun 2017 12:00

Dünən axşam saatlarında Gəncənin Hacıkənd qəsəbəsinə yağan leysan yağışı və dolu nəticəsində 116 evə ziyan dəyib. Bu barədə Hacıkəndin icra nümayəndəsi Hümbət Hüseynov məlumat verib.  Onun sözlərinə görə, hazırda sakinlərə dəymiş ziyan hesablanır: "116 evin dam örtüyü dağılıb. Maşınlara, fərdi təsərrüfat sahələrinə ciddi ziyan dəyib. Hazırda qəsəbədə iş aparılır, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub. Dəyimiş ziyan müəyyən edilir. Ziyanın məbləği araşdırma bitdikdən sonra məlum olacaq".

Dənizdən 4 meyit tapıldı

21 İyun 2017 11:56

İstanbulda son 10 gün ərzində baş verənlər əhalini qorxuya salıb. Son 10 gün ərzində İstanbulun müxtəlif bölgələrində dənizdən kimliyi bəlli olmayan 4 insan cəsədi çıxarılıb. 

Belçika polisi vağzaldakı insidenti terror adlandırdı

21 İyun 2017 11:54

Belçikanın Federal Prokurorluğu Brüsselin vağzalında baş vermiş insidenti terror aktı kimi qiymətləndirib. Bununla bağlı prokurorluğun rəsmisi Erik Van der Sipt bildirib. "Bu insident terror aktı kimi qiymətləndirilir" – deyə prokurorluğun nümayəndəsi qeyd edib.

İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum etdi

21 İyun 2017 11:50

Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər. Hadisə ölkənin cənubunda baş verib. Hələlik hüquq-mühafizə orqanları hücum zamanı yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat vermir.

Ancelina Colinin seksual zorakılıqla bağlı təsirli çıxışı

21 İyun 2017 11:48

Dünən iyunun 20-də, BMT Baş Assambleyası tərəfindən elan edilmiş Ümumdünya Qaçqınlar günündə Ancelina Coli Keniyaya səfər edib.  2012-ci ildə BMT-nin qaçqın işləri üzrə Ali komissarının xüsusi elçisi təyin olunan aktrisa zorakılıq probleminə diqqəti cəlb etmək üçün Afrika dövlətini ziyarət edib. 

2 yaşlı oğlunun şəklini paylaşdı: "1000 "like" gəlməsə, 15-ci mərtəbədən tullayacam"

21 İyun 2017 11:44

Əlcəzairdə baş verən dəhşətli hadisə dünya mediasında geniş müzakirələrə səbəb olub. 2 yaşlı oğlunu 15-ci mərtəbədən sallayan ata 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Poroşenko Moskvaya qarşı zəmanətlə qayıdır: Ağ Evdə TRİUMF

21 İyun 2017 11:38

Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Donald Trampın Rusiya ilə əlaqəsinə inanmır. Ukrayna liderinin fikrincə, Tramp Kiyevlə “möhkəm dostdur”.