Dünya
Xilas etmək istədi, qanına qəltan oldu - VİDEO
Balıqçı toruna düşmüş pələng köpəkbalığını xilas etmək istəyən iki balıqçı yırtıcıya yaxınlaşmışdı. Onlardan biri 1,4 metr uzunluğundakı köpəkbalığını quyruğundan tutub dartıb, tordan qurtarmağa çalışıb. Lakin yırtıcı onu dişləyib.
“Windows”-un məşhur mənzərəsinin son halı görənləri şoka saldı
"Microsoft Windows XP" sayəsində 1 milyard kompüterdə divar kağızı kimi istifadə edilən fotonun son halı görənləri təəccüb içində qoyub. Son görüntülərdə yamyaşıl tarlanın yerini saralmış otların tutduğu əks olunub. 1988-ci ildə Çarlez Orear tərəfindən çəkilən foto internetdə ən çox görüntülənən fotolar arasında yer alıb. Bill Geyts tərəfindən satın alınan bu foto ABŞ-ın Kaliforniya ştatında Sonoma Kauntidə çəkilib.
Dünyanın ƏN TƏHLÜKƏLİ 10 hakeri - SİYAHI
Dünyanın 10 ən məşhur hakeri haqqında məlumatları oxucuların diqqətinə çatdırırıq.
Bu halda ABŞ və Rusiya nüvə müharibəsinə başlayacaq - ŞOK SSENARİ
Şimali Koreya tərəfindən buraxılan raket təsadüfən ABŞ və Rusiya arasında nüvə müharibəsini təhrik edə bilər. Bu haqda “The Daily Beast” nəşrində dərc edilmiş məqalədə Beynəlxalq Tədqiqatlar İnstitutunun (ABŞ) əməkdaşı Cefri Luis yazıb.
Romada spirtli içkilər qadağan edildi - AXŞAMLAR
İtaliyanın paytaxtı Romada axşam və gecə saatlarında spirti içkilərə məhdudiyyət qoyulub. Axşam saat 10-dan başlayaraq səhər saat 7-yə kimi şüşə qablardan, gecəyarısından etibarən isə istənilən qablardan spirtli içkilər içmək qadağan edilir.
Türkiyənin iqtisadiyyat nazirinə Avstriyaya giriş qadağan edildi
Avstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçiyə Türkiyədəki dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ölkə ərazisinə girişinə qadağa qoyub. Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. "Təsdiq edə bilərəm ki, xarici işlər naziri Sebastyan Kurts həqiqətən Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə girişini qadağan edib", - XİN rəsmisi qeyd edib. Onun sözlərinə görə, türkiyəli nazirin bu cür tədbirlərə qatılması Avstriyada ictimai qaydaları və təhlükəsizliyi təhlükə altına sala bilərdi.
10 il öncə öldürülən ərinin intiqamını nəsilliklə aldı
Adanada 10 il əvvəl öldürülən ərinin intiqamını almaq üçün oğulları ilə birgə qətl törətməkdə təqsirli bilinən ana Hikmət Kartal (46), oğulları Serdar (26) və Əziz Kartal (24) ilə 8 qohumu haqda ömürlük cəza istənilib.
Motosikletli "canlı bomba" polisləri hədəf aldı: rəis öldü
Pakistanın Çaman şəhərində polisləri hədəf alan "canlı bomba" sürdüyü motosikleti təhlükəsizlik səlahiyyətlilərinin maşının üzərinə yönəldib. Təhlükəsizlik rəisinin öldüyü terror hücumunda yaralanan 19 adam arasında vətəndaşlar və polislərin olduğu deyilir.
Dünyanın "gözü" sabah saat 10:00-a ÇEVİRİLDİ
260 metr ölçüsü olan “Ölüm asteroidi” adlı kosmos daşı sabah Yer kürəsinə ən yaxın məsafədə olacaq. Mütəxəssislər bu ölçülərdəki asteroidin planetimizlə toqquşması nəticəsində həyat əlamətlərinin tamamilə məhv olacağını bildiriblər.
Amerikaya məxsus hərbi gəmi Qara dənizdə
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid olan CG-66 sayılı USS Haiy Siti hərbi gəmi səhər saatlarında İstanbul Boğazından keçərək Qara Dənizə daxil olub. Raket silahı və ən müasir radioelektronik silah növləri ilə təchiz edilən hərbi gəminin Qara Dənizdə NATO dəniz növbətçiliyi planına uyğun olaraq, burada keşik çəkəcəyi ehtimal edilir.
Narkotacirlər həbs olundu
Türkiyənin Bursa şəhərində Baş Polis idarəsinin Narkotik və Narkoticarət ilə Mübarizə bölməsinin əməkdaşları şəhərdə geniş fəaliyyət göstərən narkotik ticarətçilərinə qarşı uğurlu əməliyyat həyata keçiriblər.
İldırım çobanı və 1500 qoyunu öldürdü
Qazaxıstanın Kostanay vilayətində ildırım çaxması nəticəsində çoban və onun otardığı 1500 qoyun ölüb. Qeyri-adi faciə iyulun 7-də Jangeldin rayonunda baş verib. Məlumata görə, ildırım çaxmasından sonra çöllük ərazidə güclü yanğın baş verib.
Qəzaya düşən qadının həyatının son saniyələri - VİDEO
Nikol Barabasova adlı qadın bilmədən öz ölümünü videoya çəkib. Qadın rəfiqəsi ilə birlikdə maşında oturarkən Facebook-da canlı yayım edib. Nikol gülərək kameraya baxarkən rəfiqəsi sürəti artırıb. Anidən onlar qəzaya düşüblər. Hadisə nəticəsində Nikol Barabasova dünyasını dəyişib.
Ermənilər Qarabağa gedən yolu bağladılar
Ermənistanda etiraz aksiyası vətəndaşlar İrəvan-Vardenis-Qarabağ magistral yolunu bağlayıblar. Bu barədə "newsarmenia" saytı xəbər yayıb.
NATO-dan Moskvaya Krım XƏBƏRDARLIĞI
“Şimali-Atlantika Müqaviləsi Təşkilatı Ukraynanı dəstəkləyir və heç vaxt Krımın Rusiya tərəfindən zəbtini tanımayacaq”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən Ukrayna-NATO Komissiyasının iclasının açılışı zamanı hərbi alyansın baş katibi Yens Stoltenberq deyib.














