Dünya
Suriyada PKK-ya qarşı üsyan bayrağı qaldırıldı
Suriyanın Hələb şəhərində yerli sakinlər PKK/PYD terror təşkilatına qarşı etiraz aksiyası təşkil ediblər. Aksiya tarlada işləyən 14 yaşlı qızın dünən terrorçular tərəfindən qətlə yetirilməsinə etiraz olaraq təşkil edilib. Nümayişdə iştirak edənlər terror təşkilatını lənətləyən şüarlar səsləndiriblər. Ətraf ərazilərin sakinlərinin də qatıldığı aksiyada ərəb və ingilis dillərində “PKK-nı xəyanətkarlıqla evlərimizə yerləşdirdiniz, indi isə onları zülmlə evimizdən çıxaracaqsınız!” tipli pankartlar açılıb.
Böyük Britaniya parlamentinin binasında yanğın həyəcanı
Londonda Böyük Britaniya parlamentinin binası təxliyə edilir. Buna yanğın siqnalizasiyasının işə düşməsi səbəb olub. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir. Bölgəyə yanğınsöndürənlərin cəlb olunduğu bildirilir.
Nur Yerlitaş xəstəxanaya yerləşdirildi - vəziyyəti ağırdır
Bodrumda tətil edən modelyer Nur Yerlitaşın vəziyyəti pisləşib. Dərhal xətəxanaya aparılan Yerlitaşın pnevmaniya olduğu üzə çıxıb. O, hazırda həminlərin nəzarəti altındadır.
Mustafa Ceceli bu gün ikinci dəfə evlənir
Bir müddət əvvəl həyat yoldaşından boşanan müğənni Mustafa Ceceli bu gün ikinci dəfə evlənir. Sevgilisi Selin İmerlə nikah masasına oturmağa hazırlaşan Mustafa toy etməyəcəyini deyib. Mərasimdə sadəcə S.İmerin yaxınları iştirak edəcək.
Türkiyəni sarsıdan vəhşiliklə bağlı inanılmaz faktın üstü açıldı
Türkiyəni yasa boğan Sakaryada suriyalı 9 aylıq hamilə qadın və 10 aylıq körpəsinin vəhşicəsinə öldürüldüyü hadisənin ağrı-acısı bitməmiş, qətli törədən Birol ilə bağlı daha bir şok detal ortaya çıxıb.
“Hamı güllələnəcək!” - Erməni nazirin məsləhətçisindən “Qırmızı terror” ANONSU
Ukraynanın daxili işlər naziri, Arsen Avakovun məsləhətçisi, Sosialist Partiyasının lideri İlya Kiva “qırmızı terror” təşkil edəcəyinə söz verib. Kiva vurğulayıb ki, onun rəhbərliyi altında olan partiya Ukrayna oliqarxlarının məhv edilməsi üçün effektiv silah olacaq. “Oliqarxlara qırmızı terror!” - Kivanın statusunda deyilir. Məsləhətçi statusuna video əlavə edib. O videoda hədəfləri tapança ilə güllələyirdi. Ötən ilin sonunda İlya Kiva bildirib ki, Avakov prezident kreslosunu ona verməyə söz verib.
Ərdoğan ABŞ-ın dövlət katibi ilə görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət katibi ReksTillerson ilə görüşüb. Görüş İstanbuldakı "Tarabya" iqamətgahında keçirilib. Danışıqların məzmunu barədə məlumat verilmir.
Türkiyə universitetlərində FETÖ əməliyyatı - 72 nəfər saxlanıldı
Türkiyənin Ədliyyə Nazirliyi Boğaziçi və Mədəniyyət universitetlərində FETÖ ilə bağlı əməliyyat keçirib. Universitetlərin 72 üzvü haqqında cinayət işini açılması tələb edilib. Polis bu şəxslərdən 42 nəfərini nəzarətə götürüb.
Hindistanda ildırım 26 nəfəri vurub öldürdü
Hindistanın şimalında Bihar ştatında ildırım vurması nəticəsində 26 nəfər ölüb. Bu barədə ştatın Fövqəladə Xidmət Departamentinin nümayəndəsi Anirudx Kumar deyib.
TƏBİİ FƏLAKƏT: 500 nəfərdən xəbər yoxdu
Yaponiyada kəskin yağışlar və sel can almaqda davam edir. Fəlakət nəticəsində 18 nəfər dünyasını dəyişib, 500 nəfərin taleyindən hələ də heç bir xəbər yoxdur. Yerli mediada yayılan məlumata görə, xilasetmə komandaları 27 insanın axtarışlarını davam etdirir.
İşıqlı gecələrin arxasındakı ZÜLMƏT: Dubayda qadınlar ...
Çoxlarının getməyi xəyal etdiyi dünyanın ən bahalı və ən zəngin şəhərlərindən biri Dubayda köləlik sistemi hökm sürür. Göydələnlərin və lüks həyatın simvolu olan Dubayın bütün gözəlliklərinin arxasında gizlənən gerçək və qaranlıq bir üzü var. İşçi haqlarının heçə sayıldığı bu şəhərdə işləyən insanlar öz istəkləri ilə işdən ayrıla və ya işini dəyişdirə bilmir. Bu isə tam anlamı ilə köləliyi ehtiva edir.
"İstanbullu gəlin" sentyabrda ekranlara qayıdır
Ötən mövsümün iddialı seriallarından olan "İstanbullu gəlin" ikinci mövsüm üçün efir icazəsi alıb. Özcan Deniz və Aslı Enverin baş rollarda iştirak etdiyi ekran işi yenə də Star TV-də, cümə günləri yayımlanacaq.
Fransanın paytaxtı su altında qaldı
Fransanın paytaxtı Paris və ətrafındakı yaşayış məntəqələri kəskin yağışlar səbəbilə su altında qalıb. Seldən ən çox metro stansiyaları zərər görüb. Şəhərdə 20-dən çox metro stansiyasının platformaları sel suları altında qalıb. 7 stansiya istifadəyə bağlanıb. Bağlanan metro stansiyalarının nə zaman açılacağı haqqında heç bir açıqlama verilməyib. Metroları sel sularından təmizlənmək üçün əməliyyatlar başladılıb.
Trampın Kremlin adamı ilə gizli əlaqəsi ORTAYA ÇIXDI - ABŞ ŞOKDA
ABŞ prezidenti Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri barədə növbəti iddia ortaya atılıb. Bu haqda ABŞ-ın “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.
Alim nəzarət altına alındı
“Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, CHP millət vəkili Oğuz Kaan Salıcı twitter hesabından alim Koray Çalışkanın nəzarətə altına alındığını yazıb.














