Dünya

Nazirə qadağa qoyuldu

10 İyul 2017 11:51

Avstriya hakimiyyəti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ölkəsinə girişini qadağan edib. “Olaylar” “Anadolu” agentliyinə istinadən xəbər verifr ki, türkiyəli nazirin 2016-cı il iyulun 15-də edilən dövlət çevrilişə cəhdin ildönümü ilə bağlı tədbirdə iştirakı planlaşdırılırdı.

Xəyanət edən arvadını küçə ortasında öldürənə qədər bıçaqladı - VİDEO (18+)

10 İyul 2017 11:48

Bu dəhşətli görüntülər Çində qeydə alınıb. Yolun ortasında bir şəxs arvadını öldürənə qədər dəfələrlə bıçaqlayıb. Qadın ayağa qalxıb qaçmağa çalışsa da səyləri işə yaramayıb.

TRT-yə yeni direktor təyin olundu

10 İyul 2017 11:36

TRT Baş direktor vəzifəsinə hazırda qurumun baş direktor müavini vəzifəsini icra edən İbrahim Eren təyin olundu. Təyinat prezident Ərdoğan tərəfindən təsdiqləndi və Rəsmi Qəzetdə yayımlandı. TRT baş direktorluğu üçün namizədliyi irəli sürülən 56 şəxsdən biri olan İbrahim Eren bu təyinatla kanalın 17-ci başqanı oldu.

“ABŞ müharibəni uduzur” – Vaşinqtondan SOS

10 İyul 2017 11:25

“Vaşinqton Əfqanıstanda müharibəni uduzur”. Bu haqda ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Con Makkeyn CBS telekanalına müsahibəsində deyib. “Bizdə strategiya yoxdur və biz uduzuruq. Əfqanıstanın milli ordusu qəbuledilməz itkilər verir”, - senator bildirib. Respublikaçı senator həmçinin qeyd edib ki, Ağ Evdə hazırda əsas problem nizamsızlıqdır.

Mosul İŞİD-dən təmizləndi: QƏLƏBƏ elan edildi

10 İyul 2017 11:21

İraqın Baş naziri Heydər əl-Əbadi ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatı qüvvələrindən təmizləndiyini rəsmən elan edib. O, bu münasibətlə şəhərdə mübarizə aparan əsgərləri və şəhər sakinlərini təbrik edib. Şəhərin azad edilməsi üçün təşkil edilən əmliyyata İraq ordusu liderlik edib. Peşmərgə, Sünni ərəb tayfaları və Şiə milisləri orduya fərqli mövqelərdən yardım göstərib. Bir neçə cinahdan hücuma keçən bu birləşməyə ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri havadan dəstək verib.

Turist avtobusu qəzaya uğradı: 9 ölü, 25 yaralı - Peruda

10 İyul 2017 11:18

Peruda turistləri daşıyan ikimərtəbəli avtobus qəzaya uğrayıb. Qəza nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi avtobusun Limada Prezident Sarayından 2 kilometr məsafədə axşam saatlarında qəzaya uğradığını bildirib. 

Rusiyada yol qəzası: 5 ölü

10 İyul 2017 11:16

Rusiyada baş verən yol qəzası beş nəfərin ölümü ilə nəticələnib. Leninqrad vilayətinin Volxov rayonu ərazisində, Murmansk şossesinin 100-cü km-də səhər saatlarında yük və minik maşınlarının toqquşması nəticəsində kimliyi məlum olmayan üç kişi, 17 və 18 yaşlarında iki qız ölüb. 

Məşhur aktyor cəzlandırıldı

10 İyul 2017 10:43

“Indiana Jones və Crystal Skull Krallığı”, “Mən Robot”, “Transformers” filmlərində rol alan amerikalı aktyor Shia LaBeouf  Georgia əyalətinin Savannah şəhərində ictimai asayişi  pozduğu üçün  nəzarətə altına alınıb. “Olaylar” “Miliyyet” - ə İstinadən bildirir ki, Shia LaBeouf'un bir adamdan və bir polis məmurundan siqaret istəyib. Bu istəyi rədd edilən aktyor  həmin insanları təhqir edib.

Terrorçular 14 yaşlı qızı qətlə yetirdi

10 İyul 2017 10:31

PKK terror təşkilatının bir qolu olan PYD Suriyanın Mare şəhərinin Şeyx İsa kəndini ağır artilleriyadan atəşə tutub. Hücum nəticəsində təsərrüfat sahəsində işləyən 14 yaşlı qız həlak olub, 2 vətəndaş isə yaralanıb. Sözügedən bölgədə Azad Suriya Ordusunun qüvvələri olmadığı üçün terrorçulara cavab atəşi açılmayıb. Hadisə yerinə Mare Təhlükəsizlik Xidmətinin polis komandası göndərilib.

Qələbə elan edildi

10 İyul 2017 09:54

İraq prezidenti Heydər əl Əbadi ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatı qüvvələrindən təmizləndiyini rəsmən elan edib. "Olaylar"  "Anadolu" agentliyinə istinadən bildirir ki, prezident bu münasibətlə şəhərdə mübarizə aparan əsgərləri və şəhər sakinlərini təbrik edib. Şəhərin azad edilməsi üçün təşkil edilən əmliyyata İraq ordusu liderlik edib. Peşmərgə, Sünni ərəb tayfaları və Şiə milisləri orduya fərqli mövqelərdən yardım göstərib. Bir neçə cinahdan hücuma keçən bu birləşməyə ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri havadan dəstək verib.

Filippində zəlzələ

10 İyul 2017 09:28

 İyilun 10-da Filippində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri ölkənin sayca ikinci ən böyük şəhəri Sebudan 131 km aralıda, ocağı isə 40 km dərinlikdə yerləşib. 

“WhatsApp”ın bu özəlliklərini 90% insan bilmir!

9 İyul 2017 19:41

“WhatsApp”da çox sayda smayl işarəsi var. Bəzən doğru anda doğru smaylı tapmaq çətin olur. Artıq istədiyiniz kəliməni axtarış yerinə yazaraq axtardığınız smaylı tapa biləcəksiniz. Əgər danışıq prossesinizi davamlı olaraq izləmirsinizsə, söhbət lentindəki iki xəttin maviyə döndüyünü qaçırmış ola bilərsiniz. Artıq göndərdiyniz mesaja basılı tutaraq açılan yeni məlumat pəncərəsində xəttlərin nə zaman maviyə boyandığını öyrənə bilərsiniz. Boşboğaz dostlarınızın qrupdakı mesajlaşmalarının səsindən bezmisinizsə nizamlamalar bölməsindən qrup ismarcılarını 8 saat, bir həftə və ya bir illik səssizə ala bilərsiniz.

Şeytan adlandırılan Bermud üçbucağının sirri açıldı

9 İyul 2017 19:39

Bir çox təyyarənin və gəminin məlum olmayan səbəblərlə yox olduğu Bermud üçbucağının sirri nəhayət ki açılıb. Colorado Universitetindən bir qrup elm aamı pis şöhrəti ilə tanınan bu ərazinin peykdən çəkilmiş hava görüntülərini araşdırıblar və bu bölgənin üzərində normaldan fərqli olaraq altıbucaqlı buludlar olduğunu müəyyən ediblər. 

Hökumətinin tərkibi dəyişəcək

9 İyul 2017 08:49

Baş nazir Şinzo Abe rəhbərlik etdiyi Yaponiya hökumətinin tərkibində dəyişikliklər etmək üçün son hazırlıq işlərinə başlayıb. NHK telekanalının yaydığı məlumata görə, Baş nazir Nazirlər Kabinetinin tərkibində dəyişikliklərə iyulun 12-də, Tokioya qayıtdıqdan sonra başlayacaq. Hazırda o, Almaniyada G20 sammitində iştirak edir. Telekanalın bildirdiyinə görə, hökumətdə dəyişikliklərə ehtiyac Tokio assambleyasına seçkilərdə hakim Liberal Demokratik Partiyanın uğradığı ağır məğlubiyyətdən sonra yaranıb.