Qələbə elan edildi
İraq prezidenti Heydər əl Əbadi ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatı qüvvələrindən təmizləndiyini rəsmən elan edib. "Olaylar" "Anadolu" agentliyinə istinadən bildirir ki, prezident bu münasibətlə şəhərdə mübarizə aparan əsgərləri və şəhər sakinlərini təbrik edib. Şəhərin azad edilməsi üçün təşkil edilən əmliyyata İraq ordusu liderlik edib. Peşmərgə, Sünni ərəb tayfaları və Şiə milisləri orduya fərqli mövqelərdən yardım göstərib. Bir neçə cinahdan hücuma keçən bu birləşməyə ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri havadan dəstək verib.
10 İyul 2017 09:54 Dünyaİraq prezidenti Heydər əl Əbadi ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatı qüvvələrindən təmizləndiyini rəsmən elan edib. "Olaylar" "Anadolu" agentliyinə istinadən bildirir ki, prezident bu münasibətlə şəhərdə mübarizə aparan əsgərləri və şəhər sakinlərini təbrik edib. Şəhərin azad edilməsi üçün təşkil edilən əmliyyata İraq ordusu liderlik edib. Peşmərgə, Sünni ərəb tayfaları və Şiə milisləri orduya fərqli mövqelərdən yardım göstərib. Bir neçə cinahdan hücuma keçən bu birləşməyə ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri havadan dəstək verib.
Mosul terror təşkilatı tərəfindən 2014-cü ildə ələ keçirilib xilafət elan olunub. Şəhərin geri alınması üçün hələ 2016-cı il oktyabr ayında əməliyyatlara başlanmışdı.