Dünya

Misirdə partlayış

9 İyul 2017 08:33

Misirin Əl-Ariş şəhərində içərisində DİN əməkdaşları olan zirehli avtomobil partladılıb. Partlayış nəticəsində 2 DİN əməkdaşı həlak olub, 9 nəfər isə yaralanıb. Partlayış baş verən rayonda təhlükəsizlik tədbirəri artırılıb. Qeyd edək ki, ötən gün terrorçuların Misirdə bir neçə hərbi obyektlərə hücumu nəticəsində 23 hərbçi həlak olub, 33-ü isə yaralanıb.

Gələn il Yaponiyada

9 İyul 2017 08:31

"Böyük İyirmilik" ölkələrinin liderləri 2019-cu il sammitinin Yaponiyada, 2020-ci il sammitinin isə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul ediblər. Müvafiq bənd yekun deklarasiyaya daxil ediləcək. G20-yə Avropa İttifaqı ayrıca təşkilat kimi, Şimali Amerikadan Kanada, ABŞ və Meksika, Cənubi Amerikadan Braziliya və Argentina, Avropa və Yaxın Şərqdən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı, Asiyadan Hindistan, İndoneziya, Çin, Cənubi Koreya və Yaponiya, Afrikadan Cənubi Afrika Respublikası, habelə Avstraliya daxildir. Sammitə Dünya Bankının, Dünya Ticarət Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının rəhbərləri də dəvət olunurlar.

Azərbaycanın qatı düşməni mafiya başçısı imiş

8 İyul 2017 18:42

İtaliyanın Apuliya vilayətində TAP qaz kəmərinin tikintisinin qatı əleyhdarlarından biri olan Avetran şəhərinin meri Antonio Mino İtaliya polisi tərəfindən həbs edilib.  O, polis tərəfindən "Koza Nostra" mafiya klanının mümkün rəhbərlərindən biri kimi şübhəli qismində saxlanılıb. Aparıcı İtaliya nəşrləri "La Republica" və "La Stampa"nın yazdıqlarına əsasən, Antonio Minonun həbsi son illər ərzində mafiyaya qarşı aparılan ən irimiqyaslı əməliyyat çərçivəsində baş tutub. Əməliyyatın məqsədi kriminal qruplaşmaların 116 nümayəndəsinin həbsidir. Xüsusi əməliyyatda 1000 nəfərdən artıq polis əməkdaşı iştirak edir, mafiyanın daldalanacaqlarının aşkar edilməsi məqsədilə helikopterlərdən və digər xüsusi texnikadan, həmçinin kinoloji təcrübəyə malik itlərdən istifadə edilir.

Rusiyada qumbara partladı: Ölən və yaralanan var

8 İyul 2017 18:39

Rusiyanın Kaluqa vilayətinin Jizdr şəhərinin Lyudinov rayonunda qumbaranın partlaması nəticəsində bir yeniyetmə ölüb, ikisi yaralanıb. Bu haqda regional İstintaq İdarəsindən TASS-a bildirilib. "13 yaşlı yeniyetmə qohumlarının sarayından qumbara tapıb. Öz yaşıdlarını qorxutmaq istəyib. Qumbara ilə ehtiyatsız davrandığı üçün özü ölüb, 10 və 14 yaşlı daha iki yeniyetmə isə yaralanıb", - deyə məlumatda bildirilib. Hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyi Kaluqa vilayəti İdarəsində cinayət işi açılıb.

TRT1 Alxanlıda

8 İyul 2017 18:35

Türkiyənin TRT1 kanalı Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən Zəhranın yaşadığı evdən reportaj yayımlayıb.  TRT 1 kanalı 2 yaşlı Zəhranın ölümünü dünyaya çatdırmaq məqsədilə “Ana xəbər” burxılışı üçün hazırladıqları özəl bölümü təqdim edib. Aparıcı süjeti yayımlamadan öncə “16 aylıq Zəhranın ölümü erməni təcavüzünün simvolu oldu” deyib.

PKK  hücum etdi

8 İyul 2017 18:33

PKK terror təşkilatı Türkiyənin Hakkari vilayətinin Yüksəkova mahalında yol inşaatında çalışan işçilərə hücum edib. İran sərhədində yerləşən Çobanpınar kəndinin yaxınlığında təşkil edilən hücumda 2 işçi yaralanıb. Yaralılar Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirilib.

Ərdoğan  Putinə təşəkkür etdi

8 İyul 2017 16:03

Putin Türkiyə sayəsində Suriya münaqişəsinin nizama salınmasında irəliləyişin əldə olunduğunu bildirib. “Cənab prezident, mövqeyiniz sayəsində Suriyada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdirmək mümkün olub. Terror qruplaşmalarına ciddi zərbə vurulub və münaqişənin nizama salınması istiqamətində ciddi irəliləyiş əldə edilib. Biz sizin və danışıqlar prosesində iştirak edən bütün partnyorların mövqeyini yüksək qiymətləndiririk”, - Rusiya prezidenti deyib.

Təyyarə qəzası

8 İyul 2017 07:08

ABŞ-ın Cənubi Karolina ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə polisə istinadən "Associated Press" məlumat yayıb. Hadisə iyulun 7-də günorta saatlarında baş verib.

Yaşayış binasında partlayış

8 İyul 2017 06:46

Türkiyənin Qaziantep şəhərində yaşayış binasında partlayış baş verib. Partlayış zamanı 7 nəfər yaralanıb. Partlayışın binanın daxilindəki motosikldən qaynaqlandığı ehtimal olunur.

ŞOK: Bir çay qaşığı duz belə, insanın zehnini zəiflədir...

7 İyul 2017 19:56

Kanadadakı Toronto Universitetinin alimləri duzun insanın əqli qabiliyyətinə mənfi təsir etdiyini müəyyən ediblər. Belə ki, 67-84 yaş arasında 1.262 nəfərin cəlb edildiyi tədqiqat zamanı onlara gündə 1 çay qaşığı duz verilib. Məlum olub ki, yemək və içkilərin tərkibində gündə 1 çay qaşığı duz belə, insanın zehnini zəiflədir və alsgeymer xəstəliyi riskini artırır.

Qadınlar üzü təmiz kişiləri bəyənir...

7 İyul 2017 19:50

Yeni Zelandiya və Kanadada qadınların hansı kişiləri sevməsi ilə bağlı maraqlı araşdırma aparılıb.  Əsas məqsəd zərif cinsin nümayəndələrinin saqqallı, yoxsa üzü təmiz olan kişiləri sevdiyini müəyyən etmək olub. Araşdırmada iştirak edən qadınlara saqqallı və üzü qırxılan kişilərin fotoları göstərilib.  Qadınların böyük qismi üzü təmiz kişiləri bəyəndiklərini deyiblər.

“Ağıllı” zibil qabı dəmir yolu vağzalında təmizliyə riayət edəcək

7 İyul 2017 19:40

Fransanın dəmir yolu vağzallarının təmiz saxlanılmasında ixtisaslaşan “Gares&Connexions” ekspertləri “Immersive Robotics” şirkətinin mühəndisləri ilə səylərini birləşdirərək binaların təmizliyinə riayət edərək insanların mədəniyyətini artıracaq robotlaşdırılmış zibil qabı yaradıblar.

Mobil virus dünyada 14 milyon qurğunu yoluxdurub

7 İyul 2017 19:36

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara nüfuz edən “CopyCat” virusu 14 milyon smartfonu yoluxdurub. Bu barədə “Check Point Software Technologies” şirkətinin məlumatında deyilir. Virus sistemə daxil olaraq reklam gəlirlərini generasiya etməyə başlayır. Ekspertlərin sözlərinə görə, “CopyCat” virusu hakerlərə 1,5 milyon dollar qazanc gətirib.

Alimlər prosessor və əməli yaddaşı özündə birləşdirən çip yaradıblar

7 İyul 2017 19:32

Prosessor və əməli yaddaş arasında məlumat mübadiləsi zamanı məhdud buraxılış qabiliyyəti daha məhsuldar kompüterlərin yaradılmasına mane olan əsas problemlərdən biridir.

ABŞ alimləri: Çalışqan insanlar daha çox yaşayırlar

7 İyul 2017 19:28

ABŞ alimlərinin qənaətinə görə, gərgin əmək ömrü orta hesabla 4 il uzadır, hərçənd əvvəllər belə hesab edilirdi ki, həddindən artıq işləmək ömrü qısaldır. Kaliforniya Universiteti mütəxəssislərinin fikrincə, çalışqanlıq insanlarda bir çox keyfiyyətlərin, məsələn, düşüncəlilik, iddialılıq, mütəşəkkillik və düzlük kimi cəhətləri inkişaf etdirir. Bu keyfiyyətlər təkcə peşə sahəsində deyil, həm də şəxsi həyatda özünü büruzə verir.