Dünya

Zərərli proqram təminatının sayında azalma qeydə alınıb

7 İyul 2017 19:23

“AV-Test Son” laboratoriyası 2016-2017-ci illər üçün informasiya təhlükəsizliyi üzrə hesabat təqdim edərək son ildə zərərli proqramların sayında 2015-ci illə müqayisədə 14 faiz azalmanın qeydə alınmasına baxmayaraq onların daha mürəkkəb xarakter almasını bildirib. Hesabata görə, 2016-cı ildə 127,5 milyon zərərli proqram aşkarlanıb. Bir il əvvəl bu göstərici 144 milyon təşkil edib.  

Yeni elektrik mühərrikli təyyarə min km uçacaq

7 İyul 2017 19:18

“Eviation Aircraft” şirkəti əlavə enerji toplamadan min km məsafəni qət edən elektrik sərnişin təyyarəsinin işlək prototipini təqdim edib. 9 sərnişin və 2 ekipaj üzvünü daşıyan kiçik təyyarə “Eviation Aircraft” şirkəti tərəfindən “NASA On-Demand Mobility Program” proqramı çərçivəsində yaradılıb. 2018-ci ilin sonunadək təyyarənin bütün lazımi sertifikasiyadan keçərək seriyalı istehsala daxil olacağı gözlənilir. Hava gəmisinin başlıca innovasiyası konstruksiyada yeni tip akkumulyator batareyasının quraşdırılmasıdır.

Yeni "görünməz" proqram MMS mesajın köməyilə smartfonları virusa yoluxdurur

7 İyul 2017 19:12

Ekspertlər MMS mesajların köməyilə telefonları virusa yoluxduran yeni zərərverici proqram haqda xəbərdarlıq ediblər. Virus informasiyanı istifadəçinin telefon kitabçasından əldə edir: kontaktlardan birini seçərək onun adını MMS mesajı göndərən şəxs kimi göstərir. Beləliklə, qurban ona dostundan şəkil göndərildiyini zənn edir. Göndərilmiş faylın üzərinə klik etdikdən sonra smartfona “.apk” genişlənməli virusa yoluxmuş proqram quraşdırılıb.

Merve ilə Murad boşanırlar

7 İyul 2017 19:04

Aktrisa Merve Boluğurla müğənni Murad Dalkılıç boşanır.  Ötən aylarda ayrılmaları ilə bağlı xəbərlər yayılan cütlük ailə həyatına son qoymaq qərarına gəlib. Merve ilə Murad evlərini də ayırıb. Belə ki, Murad Bodruma köçüb, Merve isə İstanbulda qalır. 

Putin və Trampın görüşü baş tutdu

7 İyul 2017 18:45

Almaniyanın Hambruq şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü baş tutub. Bu, dövlət başçıları arasında ilk şəxsi görüşdür. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş baş tutub.

Kipr müzakirələri başa çatdı — 10 günlük müzakirələr nəticəsiz qaldı

7 İyul 2017 18:07

İsveçrədə keçirilən Kipr danışıqları başa çatıb.  Krans-Montana şəhərində 10 gün davam edən danışıqlarda nəticə əldə edilməyib. Bu barədə Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu məlumat verib.

İranın Məşhəd şəhərində 21 nəfərlik terrorçu qrup zərərsizləşdirildi

7 İyul 2017 18:01

İranın kəşfiyyat orqanları Məşhəd şəhərində 21 nəfərdən ibarət terrorçu qrupu zərərsizləşdirib. Bu barədə məlumat verən Məşhəd şəhərinin prokuroru Həsən Heydəri jurnalistlərə bildirib ki, uzun müddət müşahidə altında olan bu şəxslər tez-tez Əfqanıstan və Pakistan sərhədlərini qanunsuz yollarla keçərək radikal terror qruplaşmaları ilə əlaqə saxlayırdılar.

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tutulanların sayı açıqlanıb

7 İyul 2017 17:54

Türkiyədə ötən ilin 15 iyulundan indiyədək  dövlət çevrilişinə cəhddə ittiham olunaraq barələrində hüquqi tədbirlər görülən şəxslərin sayı 168 801 nəfərdir. 

Holoqrafik ekranlı ilk smartfon təqdim olunub

7 İyul 2017 17:08

“RED” şirkəti unikal holoqrafik ekranı ilə seçilən “RED Hydrogen One” smartfon modelini təqdim edib. Qurğu ilə iş üçün istifadəçilərdən kaska və xüsusi eynəyin geyilməsi tələb olunmur.

Qanada qızıl mədəni çökdü: 22 ölü

7 İyul 2017 17:04

Qanada qızıl mədənində çökmə baş verib. Çökmə nəticəsində 22 nəfər həlak olub. Çökmənin yerin 80 metr dərinliyində baş verdiyi bildirilir. Qəzanın səbəbləri islə məlum deyil. Hadisə nəticəsində həlak olanların qeyri-leqal işçilər olduğu bildirilir.

Yaponiyada sürüşmə 11 nəfəri öldürdü, 14 nəfəri itirdi

7 İyul 2017 16:38

Aramsız yağışlardan sonra Yaponiyanın Kyusyu adasında baş verən sürüşmələr nəticəsində 11 nəfər ölüb, 14 nəfər itkin düşüb.  Həlak olanların əsasən yuxarı dağlıq ərazilərdə yaşayan yaşlı insanlar olduğu bildirilir.

Ərdoğanın korteji saxlanıldı

7 İyul 2017 15:44

G20  sammitində iştirak etmək üçün Almaniyanın Hamburq şəhərinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın korteji 10 dəqiqə saxlanılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir  ki, Ərdoğanın oteldən çıxaraq sammitin keçiriləcəyi beynəlxalq ticarət mərkəzinə getdiyi vaxt inşaat kranının üzərində dayanan şübhəli şəxs alman polisini hərəkətə keçirib.

Bina uçdu

7 İyul 2017 15:18

İtaliyada Neapol şəhərinin yaxınlığında 5 mərtəbəli bina uçub. Binanın  ilk 3 mərtəbəsində yaşayış olmayıb. İlkin məlumata görə 7 nəfər dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.

İspaniyada qanlı festival başladı

7 İyul 2017 14:18

Bu gün İspaniyanın cənubunda yerləşən Pamplona şəhərində “San Fermin” festivalı start götürüb. Bu festivalda insanlar buğalarla birlikdə küçələrdə qaçaraq əylənirlər. Hər il mütəmadi olaraq keçirilən festivalda iştirakçılar başdan-ayağa ağ geyim geyinir və qırmızı qalstuk taxır. İspanların buğalarla yarış ənənəsinin kökü 16-cə əsrə dayanır. Onlar bu festivalı şəhərin qoruyucu tanrısı kimi tapındıqları Əziz Ferminin xatirəsini yad etmək üçün təşkil edirlər.

Gəlin toya gedəndə həlak oldu - VİDEO

7 İyul 2017 14:15

Rouzmariya Nasimente da Silva uşaqlıqdan arzulayırdı ki, toyu qeyri-adi, yaddaqalan olsun. O, nikah zamanı kilsənin qarşısına helikopterdə enmək istəyirdi.  Braziliyanın San-Paulu şəhərində yaşayan 32 yaşlı Rouzmariyanın toyu elə həmin şəhərdə oldu. Rouzmariya sevgilisi Uderli Damasçeno ilə ailə quracaqdı.