Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tutulanların sayı açıqlanıb
Türkiyədə ötən ilin 15 iyulundan indiyədək dövlət çevrilişinə cəhddə ittiham olunaraq barələrində hüquqi tədbirlər görülən şəxslərin sayı 168 801 nəfərdir.
7 İyul 2017 17:54 DünyaTürkiyədə ötən ilin 15 iyulundan indiyədək dövlət çevrilişinə cəhddə ittiham olunaraq barələrində hüquqi tədbirlər görülən şəxslərin sayı 168 801 nəfərdir. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Nazirin sözlərinə görə, ötən müddətdə 8 069 nəfər istintaqdan yayınıb. B. Bozdağ qeyd edib ki, 50 504 nəfər hazırda həbsdədir. APA-nın "Hürriyət"ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31