Ərdoğanın korteji saxlanıldı

G20  sammitində iştirak etmək üçün Almaniyanın Hamburq şəhərinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın korteji 10 dəqiqə saxlanılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir  ki, Ərdoğanın oteldən çıxaraq sammitin keçiriləcəyi beynəlxalq ticarət mərkəzinə getdiyi vaxt inşaat kranının üzərində dayanan şübhəli şəxs alman polisini hərəkətə keçirib.

G20  sammitində iştirak etmək üçün Almaniyanın Hamburq şəhərinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın korteji 10 dəqiqə saxlanılıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir  ki, Ərdoğanın oteldən çıxaraq sammitin keçiriləcəyi beynəlxalq ticarət mərkəzinə getdiyi vaxt inşaat kranının üzərində dayanan şübhəli şəxs alman polisini hərəkətə keçirib.

Polis təhlükəsizlik səbəbi ilə korteji dayandırmağa məcbur olub. Polisi snayperlər və helikopterlər də müşayiət edib. Şübhəli şəxs aşağı endirildikdən sonra Türkiyə prezidentinin korteji hərəkətinə davam edib. Şübhəlinin üzərində hər hansı bir silahın olmadığı deyilir. Polis bölməsinə aparılan şəxsin telefonu ilə fotoşəkil çəkmək istədiyi təxmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31