ABŞ alimləri: Çalışqan insanlar daha çox yaşayırlar

ABŞ alimlərinin qənaətinə görə, gərgin əmək ömrü orta hesabla 4 il uzadır, hərçənd əvvəllər belə hesab edilirdi ki, həddindən artıq işləmək ömrü qısaldır. Kaliforniya Universiteti mütəxəssislərinin fikrincə, çalışqanlıq insanlarda bir çox keyfiyyətlərin, məsələn, düşüncəlilik, iddialılıq, mütəşəkkillik və düzlük kimi cəhətləri inkişaf etdirir. Bu keyfiyyətlər təkcə peşə sahəsində deyil, həm də şəxsi həyatda özünü büruzə verir.

Bu isə o deməkdir ki, vəzifəpərəst özünü narkotik maddələrlə, alkoqollu içkilərlə məhv etməyəcəkdir. İşdə gərginlik, həmçinin stresə davamlılığı da artırır. Bunun da nəticəsində insan taleyin hər cür ağırlığına və çətinliyinə asanlıqla davam gətirir. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31