Alimlər prosessor və əməli yaddaşı özündə birləşdirən çip yaradıblar

Prosessor və əməli yaddaş arasında məlumat mübadiləsi zamanı məhdud buraxılış qabiliyyəti daha məhsuldar kompüterlərin yaradılmasına mane olan əsas problemlərdən biridir.

Prosessor və əməli yaddaş arasında məlumat mübadiləsi zamanı məhdud buraxılış qabiliyyəti daha məhsuldar kompüterlərin yaradılmasına mane olan əsas problemlərdən biridir. Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutunun alimləri bu problemin həllini tapıblar. Onlar tərəfindən yaradılmış çipin prototipi özündə prosessor, yaddaş, həmçinin əlavə sensorları birləşdirir.

Silisium materialından hazırlanan müasir çiplərdən fərqli olaraq, prosessor və yaddaşı özündə birləşdirən prototip karbon (qrafen) nanoborularından yaradılıb və üzərinə rezistiv yaddaş (RRAM) qatı çəkilib. Alimlərin sözlərinə görə, yaradılmış yeni çip ən mürəkkəb nano elektron sistemə malikdir. Bundan başqa, üçölçülü kompüter arxitekturası reallaşdırılıb. Məhz karbondan istifadə nəticəsində bu irəliləyiş əldə edilib, çünki silisium çiplərin istehsalı zamanı yüksək temperatur tələb olunur ki, bu da  "RRAM"-ın həssas xanalarına zərər vura bilər. "ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31