Turist avtobusu qəzaya uğradı: 9 ölü, 25 yaralı - Peruda
Peruda turistləri daşıyan ikimərtəbəli avtobus qəzaya uğrayıb. Qəza nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi avtobusun Limada Prezident Sarayından 2 kilometr məsafədə axşam saatlarında qəzaya uğradığını bildirib.
10 İyul 2017 11:18 DünyaPeruda turistləri daşıyan ikimərtəbəli avtobus qəzaya uğrayıb. Qəza nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi avtobusun Limada Prezident Sarayından 2 kilometr məsafədə axşam saatlarında qəzaya uğradığını bildirib. Polisin verdiyi məlumata görə, avtobus turistləri hündürdən şəhərə mənzərə açılan San-Kristobal dağına aparırmış. İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Araşdırma aparılır. Xəsarət alan turistlər arasında Kanada və Çilidən olan vətəndaşların da olduğu bildirilir. Trend.az