TƏBİİ FƏLAKƏT: 500 nəfərdən xəbər yoxdu

Yaponiyada kəskin yağışlar və sel can almaqda davam edir. Fəlakət nəticəsində 18 nəfər dünyasını dəyişib, 500 nəfərin taleyindən hələ də heç bir xəbər yoxdur. Yerli mediada yayılan məlumata görə, xilasetmə komandaları 27 insanın axtarışlarını davam etdirir.

Yaponiyada kəskin yağışlar və sel can almaqda davam edir. Fəlakət nəticəsində 18 nəfər dünyasını dəyişib, 500 nəfərin taleyindən hələ də heç bir xəbər yoxdur. Yerli mediada yayılan məlumata görə, xilasetmə komandaları 27 insanın axtarışlarını davam etdirir. Təbii fəlakət nəticəsində küçələr və evlər su altında qalıb. Yüz minlərlə insan yaşayış yerlərini tərk edib. Davam edən şiddətli yağışlar itkin düşən vətəndaşların axtarışını daha da çətinləşdirib. Meterologiya Demartamenti yağışların Yaponiyanın Kyusu adasında bu günə qədər qeydə alınan ən şiddətli yağışlar olduğunu bildirb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31