Trampın Kremlin adamı ilə gizli əlaqəsi ORTAYA ÇIXDI - ABŞ ŞOKDA

ABŞ prezidenti Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri barədə növbəti iddia ortaya atılıb. Bu haqda ABŞ-ın “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.

ABŞ prezidenti Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri barədə növbəti iddia ortaya atılıb. Bu haqda ABŞ-ın "Nyu York Tayms" nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.

Nəşrin yazdığına görə, ABŞ prezidentinin birinci oğlu kiçik Donald Tramp ötən il rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüş keçirməyə razılaşıb. Qeyd edilir ki, Rusiya hüquqşünası qarşı tərəfə prezident seçkilərində Trampın rəqibi demokrat Hillari Klintonu etibardan sala bilən informasiyanı verməyə razılaşıb. Nəşr iddia edir ki, 2016-cı ilin iyununda kiçik Tramp, həmçinin Donald Trampın iki məsləhətçisi - Cared Kuşner və Pol Manafort hüquqşünasla görüş keçiriblər.

Natalya Veselnitskayanın Rusiya hakimiyyətilə bağlı olduğu bildirilir. Onun müştəriləri arasında Rusiya hakimiyyətilə bağlı şəxslər, həmçinin Rusiyanın bir sıra dövlət şirkətləri var.

Kiçik Tramp nəşrə açıqlamasında təsdiqləyib ki, görüş Nyu-Yorkda "Trump Tower" göydələnində baş tutub. Onun sözlərinə görə, bu, əsasən Rusiya uşaqlarının övladlığa götürülməsi proqramı üzrə qısa tanışlıq görüşü idi. Nəşr yazır ki, Veselnitskayanın Klinton barəsində həqiqətənmi hər hansı məlumatlara malik olduğu dəqiq deyil.

Trampın oğlu bildirib ki, rusiyalı hüquqşünas görüş zamanı onda Rusiyaya bağlı şəxslərin Demokrat Partiyasının Milli Komitəsi və Klintonu maliyyələşdirdiyi barədə məlumatların olduğunu söyləyib. Ancaq kiçik Trampın sözlərinə görə, Veselnitskayanın bəyanatları "qeyri-müəyyən idi və heç bir məna daşımırdı", o, həmçinin heç bir sübut verməyib. "Tezliklə aydın oldu ki, o, əhəmiyyətli informasiyaya malik deyil", - prezidentin oğlu bildirib.

Daha sonra isə hüquqşünas danışıqların mövzusunu Rusiya uşaqlarının övladlığa götürülməsi proqramının müzakirəsilə əvəz edib. Kiçik Trampın fikrincə, bu söhbətin əvvəlki hədəfi idi və Klinton barədə dəlillərin mövcudluğu haqqında iddialar görüş üçün yalnız bəhanə idi. ABŞ prezidentinin vəkillərinin nümayəndəsi Mark Korallo bildirib ki, Trampın özü görüş haqqında bilmirdi və orada iştirak etmirdi. Rusiya hüquqşünasının özü isə görüşdə prezident seçkisi kampaniyası haqqında danışılmadığını açıqlayıb. Cared Kuşner və Pol Manafortdan isə görüşlə bağlı hər hansı şərh gəlməyib.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır. Moskva isə prezident seçkilərinə müdaxilə etdiyi barədə bütün iddiaları rədd edir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31