Dünya

Bu ölkədə edam edilənlərin sayı rekord həddə çatdı

12 İyul 2017 14:21

Dünən Səudiyyə Ərəbistanında 6 insan edam edilib. Bu rəqəm bir ölkədə bir gün içində gerçəkləşən ən yüksək edam sayıdır. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, edama məhkum edilənlərdən iki nəfəri terror əməliyyatı həyata keçirməkdə günahlandırılıb.

Məktəbli uşaq təsadüfən müdafiə nazirinə ZƏNG ETDİ - İNANILMAZ DİALOQ

12 İyul 2017 14:20

Vaşinqton ştatında, kiçik şəhərcikdə yaşayan, orta məktəbin qəzetində çalışan məktəbli jurnalist Pentaqonun rəhbərindən müsahibə alıb. Bir dövlət rəsmisinin əlindəki qovluqda yazılmış telefon nömrəsi "The Washington Post" qəzetinin fotokameralarına tuş gəlir. Həm uzaqdan çəkiliş, həm də mikroskopik kiçik olan nömrə fərqinə varılmadan nüfuzlu qəzetdə dərc olunur.

“ABŞ səfirliyini bağlayın və...” - Jirinovskidən NÖVBƏTİ QALMAQAL

12 İyul 2017 14:17

Gündəm yaradacaq bəyanatları ilə daim gündəmdə olan Rusiya Liberal Demokrat Partiyasının (RLDP) Vladimir Jirinovski növbəti qalmaqallı bəyanatı ilə diqqət mərkəzinə düşüb.

Ərdoğan: “B və C planlarımızı həyata keçirəcəyik”

12 İyul 2017 14:03

“Avropa İttifaqı bizə qarşı çox açıq və dəqiq olarsa, məsələn “Biz Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik” desə, bu, bizi rahatlaşdırar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində deyib.

Tramp-Putin görüşünün PƏRDƏARXASI: Rusiyanın məhvi və "BÖYÜK SAZİŞ"

12 İyul 2017 13:18

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın G20 sammitində söhbətindən cəmi bir neçə saat sonra aydın oldu ki, iki saatlıq danışıq münasibətlərdə fundamental sıçrayış gətirmədi. Hər iki liderdə manevr üçün imkanlar güclü şəkildə məhdudlaşdırılıb və indiki şərtlərdə gərginliyin aradan qaldırılması üçün ilkin şərtlər görünmür.

Qərb hazırda sınaq qarşısındadır

12 İyul 2017 13:12

Yaxın Şərq uğrunda mübarizə getdikcə supergüclər arasında ölüm-dirim savaşına çevrilir. Xüsusilə, bu mübarizədə Birləşmiş Ştatlar və Rusiyanın ön sıralarda yer aldığı görünməkdədir. Rusiyanın Suriyada uzun müddətdir ki, möhkəmlənməsi təbii olaraq Vaşinqtonu narahat edən əsas məsələlərdən idi.

Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini işğal etdi – VİDEO

12 İyul 2017 12:36

Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib. "Kavkazplus” saytı gürcü torpaqlarının zəbt edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini yazıb. Sayt yazır ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: "Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə faktiki olaraq monastrın ərazisini zəbt etməyi qanuniləşdirə bilər”.

Sarkisyan keçmiş məhkumu səfir təyin etdi

12 İyul 2017 12:09

Ermənistan prezidenti Serj Sarkisyan keçmiş xarici işlər naziri Aleksandr Arzumanyanı Danimarka krallığına səfir təyin edib.  Əvvəlki səfir Qraçya Ağacanyan isə Yerevana geri çağrılıb. 2007-ci il ildə çirkli pulların yuyulması ittihamı ilə saxlanılan Arzumanyan həbs olunub və 2009-cu ildə amnistiya ilə azadlığa çıxıb.

Müsəlmanlar qarşıdakı 30 ildə bütün Avropanı diz çökdürəcək

12 İyul 2017 11:37

İldən-ilə islam ölkələrindən Avropaya axan insan seli daha kəskin xarakter alır. Ekspertlər həyəcan təbili çalır: o gün uzaqda deyil ki, müsəlmanlar Avropada öz qaydalarını tətbiq edəcək.

Tarixin ən böyük aviaqəzasının qarşısı alındı - VİDEO

12 İyul 2017 11:35

Dispetçerlər ABŞ-ın San-Fransisko şəhərində müasir aviasiya tarixinin ən böyük qəzasının qarşısını alıblar. Hadisə iyulun 7-də gecə saatlarında baş verib. Torontodan uçan “Air Canada” aviaşirkətinin sərnişin təyyarəsi səhvən uçuş-enmə zolağına deyil, bu zolağa paralel olan C zolağına enmək istəyib. C zolağında həmin anda içində sərnişinlər olan 4 layner var idi.

Hacı gecə klubuna getdi və səhərə qədər o xanımla əyləndi

12 İyul 2017 11:33

Məşhur Sabancı ailəsinin böyük oğlu Hacı Sabancı Cem Yılmazın keçmiş həyat yoldaşı və model Ahu Yağtu ilə gecə səhərə qədər klubda əylənib.

Rusiya işğal olunmuş ərazilərdəki təlimlə bağlı məlumata dəyişiklik etdi - YENİLƏNİB

12 İyul 2017 11:28

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Rusiya və Ermənistanın İranla sərhəddə təlim keçirməsi ilə bağlı iki gün əvvəl yaydığı məlumata dəyişiklik edib. Məlumatın yenilənmiş versiyasında Dağlıq Qarabağ sözü çıxarılıb.

Türkiyənin mərkəzində İŞİD-lə döyüş: 5 ölü, 4 yaralı

12 İyul 2017 11:17

Türkiyə polisi ölkənin mərkəzi hissəsində yerləşən Konya şəhərində anti-terror əməliyyatı keçirib. Əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının 5 döyüşçüsü öldürülüb.

Bağdadi ölməyib? - Pentaqonda MÜƏMMA

12 İyul 2017 11:16

Xəbər verdiyimiz kimi, Rusiyanın Müdafiə Nazirliyi İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürüldüyünü açıqlamışdı. Bu ölkənin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı verdiyi açıqlamada “Bağdadini öldürdüyümüz qətidir” demişdi.