Dünya
Yeni displey tipi virtual reallıq eynəklərindən istifadə zamanı gözlərin yorulmasının qarşısını alacaq
Çoxsaylı virtual reallıq şlemlərinin uğuru bu texnologiyanın daha kütləvi inkişafına imkan yaradır. Amma yeni texnologiyanın insana qeyri-adi hisslər yaşatmasına baxmayaraq, o, bəzi çatışmazlıqlara malikdir. Məsələn, virtual məkanda uzun müddət vaxt keçirmək gözlərin yorğunluğuna səbəb olur. İllinoys Universitetində çalışan alimlərin yeni həlli çıxış yolu ola bilər.
Prosessorların işi 30 faiz sürətlənəcək
Bütün prosessorlar sistemin işi üçün lazımi məlumatların saxlanıldığı yüksəksürətli quraşdırılmış yaddaşa (“cache”) malikdir. Böyük və sürətli “cache” yüksək məhsuldarlıq deməkdir, lakin qeyd etmək lazımdır ki, çiplərin hamısı quraşdırılmış yaddaşdan səmərəli istifadə etmir. Massaçusets Texnoloji İnstitutunun alimləri “cache”in struktur sistemini hazırlamaqla bu problemi həll ediblər. Yeni sistem yubanmanı azaltmaq üçün məlumatın hansı yaddaş vahidində saxlanılmasını müəyyənləşdirir. Texnologiya “Jenga” adlanır (blokların qurulması üzrə eyniadlı stolüstü oyun şərəfinə).
Dünyada yeni kiberhücumlar barədə xəbərdarlıq edilib
Dünya şirkətlərinin yaxın vaxtlarda yenidən ciddi kiberhücumlarla üzləşəcəyi gözlənilir. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin infrastruktur təhlükəsizliyi biznesinin inkişafı üzrə direktoru Andrey Suvorov “RİA Novosti” agentliyinə müsahibədə bildirib.
Bu gün Ümumdünya şokolad günüdür
Bu gün -11 iyul dünyada şokolad günü (World Chocolate Day) kimi qeyd olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu tarixin qeyd edilməsi ilk dəfə 1995-ci ildə Fransa tərəfindən təklif olunub.
ŞOK iddia: Alkoqol kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır
Gündə iki dəfə spirtli içki içmək kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır. Alkoqolun istifadəsi və zərəri ətrafında mübahisələr davam edir. ABC NEWS xəbər verir ki, European Heart jurnalının tədqiqatlarına görə gündəlik 1-2 dəfə spirtli içki qəbulu ürək tutması olmuş kişilər üçün faydalıdır. Tədqiqatın müəllifləri doktor Cenifer Payın rəhbərliyi altında Briqam qadın xəstəxanasının əməkdaşlarıdır. Onlar həyat tərzi barədə suallara cavab verməli olan 1800-dən artıq ürək xəstəsini müşahidə ediblər.
Alimlər: Saçlar ən çox oktyabrda tökülür
İsveç alimlərinə görə, payızın gəlişi təkcə havaların soyuması və yağışların çoxalması ilə müşayiət olunmur. Bir çox qadınların saçları məhz payız mövsümündə güclü tökülür. Məlumdur ki, bir saç tükü 2-6 il yaşayır. Bir saç follikulundan inkişaf edən tük 2-6 ay ərzində uzanır və sonra təxminən üç ay ərzində dincəlir.
"Qadınlar kişi olsaydılar, nə edərdilər?" - Sorğu
Qadına istədiyini etmək imkanının verilməməsi ta qədim zamanlardan bir adət halını alıb. Sirr deyil ki, bu gün də qadınların qarşısına çox qadağalar qoyulur. Məhz elə bu qadağalara görə də qadınların çox vaxt şikayətləndiklərinin şahidi olur, "bəxtimiz olsaydı oğlan olardıq" deyimlərini eşidirik.
“Skype”ın fəaliyyətində ciddi nasazlıq yaranıb
“Skype” istifadəçiləri proqramın fəaliyyətində yaranan nasazlıqdan şikayətlənməyə başlayıblar. Problemin ciddi olmasına görə “Microsoft” korporasiyası onun mövcudluğunu etiraf etmək məcburiyyətində qalıb. Korporasiya nümayəndələrinin sözlərinə görə, əksər istifadəçilər qrup şəklində olan zənglərdə problemlərlə üzləşib, bəziləri dostlar siyahısına istifadəçilərin əlavə olunması zamanı ciddi yubanmalarla rastlaşıb. Həmçinin, istifadəçilər avtorizədə çətinliklərin yaranmasını və bildirişlərin göndərilməsinin qeyri-mümkünlüyünü qeyd ediblər.
Xoruldayan qadınlar qocalanda ağıllarını itirirlər
Alimlərə görə xorultu xoşagəlməz hal olmaqla yanaşı, həm də sağlamlığa ziyandır. Xorultu özlüyündə ağciyərin hava ilə dolub boşalmasında müəyyən pozğunluğun yarandığını göstərir. Üstəlik, bir çox xoşagəlməz xəstəliklər törədir.
Alkoqolizmi narkotiklə müalicə etmək olar?
Hallyusinasiya preparatı olan LCD-nin bir dozası xroniki alkoqolluqdan əziyyət çəkənlərə bu zərərli vərdişdən əl çəkməyə kömək edə bilər. Norveç Elm və Texnika Universitetinin alimləri 1960-cı ildə alkoqolizmin müalicəsi məqsədilə keçirilmiş 6 eksperimenti tədqiq ediblər. Onlar müəyyən ediblər ki, bir doza LCD hallyusinasiya maddəsi ilə müalicə edilən xəstələrin sayı ənənəvi yolla müalicə edilənlərdən artıqdır. 38 faizə qarşı 56 faiz.
İvana Sertin keçmiş əri tərk edildi
Serbiyalı modelyer İvana Sertin keçmiş əri, iş adamı Yurdal Sert sevgilisi tərəfindən tərk edilib. Belarusiyalı model Tatyana Tereşçuk iş adamını yarı yolda qoyub. Yurdal Sertin haqqında "Mənim üçün sonuncu daynacaqdır, onunla evlənəcəyəm" dediyi Tatyana ölkəsinə yola düşüb.
Nur Yerlitaşın səhhətindən xəbər var
Bodrumdakı evində halı pisləşdiyindən xəstəxanaya aparılan modelyer Nur Yerlitaşın səhhətindən xəbər var. Aktrisaya pnevmaniya diaqnozu qoyulub. Həkim nəzarətində olan Nurla bağlı yerləşdiyi xəstəxanadan yazılı açıqlama verilib.
9 aylıq hamilə qadını zorladılar: görüntülər ortaya çıxdı - VİDEO
Sakarya Kaynarca mahalında 10 aylıq körpəsi və bətnindəki 9 aylıq balası ilə öldürülən suriyalı ananın ölümə aparıldığı an kameralara əks olunub. Görüntülərdə qatillərin hamilə qadın və 10 aylıq körpəsinin olduğu avtomobil sürətlə meşəyə doğru irəliləyir.
Səudiyyədə 6 nəfər edam edildi
Səudiyyə Ərəbistanında altı məhbusa ölüm cəzası tətbiq edilib. Bir Pakistan vətəndaşı narkotik qaçaqmalçılığına görə boynu vurularaq edam edilib. Daha beş yerli vətəndaş isə qətlə görə eyni qayda ilə edam edilib.
Tillerson: Qətərə vəziyyəti düzəltmək üçün gəlmişəm
ABŞ-ın dövlət katibi Reks Tillerson Qətərə səfər edib. Trend-in məlumatına görə, onun səfəri Körfəz ölkələri arasında davam edən böhranın kəskinləşməsinin qarşısını almaq məqsədi daşıyır.














