Dünya
Türkiyənin İŞİD hesabatı – Azərbaycanın da adı var
Türkiyədən keçməklə İŞİD-a qoşulmaq məqsədi ilə münaqişə zonalarına getməyə çalışan əcnəbilərin daha çox hansı ölkədən olduqları açıqlanıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Suriya ilə sərhəddə saxlanılanın böyük qismi Rusiya, Azərbaycan, Fransa, İrandan olub. Yaxalananlar ölkədən deportasiya ediliblər.
Rusiya 30 amerikalı diplomatı ölkədən çıxarmaq istəyir
Rəsmi Moskva 30 amerikalı diplomatı ölkədən çıxarmaq və ABŞ-ın Rusiyadakı bir neçə obyektinə həbs qoymaq niyyətindədir. Bu barədə “İzvestiya” qəzeti Rusiya XİN-dəki mənbəyə istinadən yazır.
Hacı cazibədar rəqqasəni gördü – DİN YADDAN ÇIXDI – VİDEO
Hadisənin Ərəbistanda baş verdiyi iddia edilir. Din adamlarının da iştirak etdiyi məclislərdən birindən maraqlı görüntülər yayılıb. Belə ki, rəqs meydancasına giən cazibədar qadın özünü bir anda məclisdə olan “hacı”ların əhatəsində tapıb. Saqqalı və başında təkkəsi olan hacının rəqqasə xanımı gördükdən sonra etdiyi hərəkətlər isə “qadını gördü, dini unutdu” təəssüratı yaradıb.
Terror aksiyasının qarşısı alındı
Türkiyə Silahlı Qüvvələrinin Tuncelinin Nazimiyyə bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində böyük bir faciənin qarşısının alındığı məlum olub. Nazimiyyənin Yanık və Xanköy məhəllələrində həyata keçirilən əməliyyat zamanı 100 kq ağırlığında iki ədəd mətbəx qaz ballonuna yerləşdilimiş partlayıcı qurğu aşkarlanıb. Böyük dağıdıcı qüvvəyə malik olan partıayıcı qurğu Tunceli Prokurorluğunun talimatı ilə partladılaraq zərəsizləşdilib. Terror aksiyasını hazırlayan şəxslərin istinataqa cəlb edilməsi məqsədi ilə cinayət, axtarış tədbirləri başladılıb.
Lavrov Nalbandyanla Avstriyada görüşüb
Rusiya və Ermənistan XİN rəhbərləri bu gün Avstriyanın Mauerbax şəhərində görüşüblər. Sergey Lavrov və Edvard Nalbandyanın görüşü bağlı qapılar arxasında keçirilib.
Nazir: "Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir"
"Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac edib". Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Tehranda Türk Ticarət Mərkəzinin açılışı zamanı deyib.
Qatar relsdən çıxdı
Almaniyanın cənub-qərbindəki Baden-Vürtemberq federal vilayətində qatar relsdən çıxıb. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Bölgədə əsən güclü külək nəticəsində ağaclardan biri dəmir yolunun üzərinə aşıb. Bu da qatarın relsdən çıxmağına səbəb olub.
Venesuelada növbəti iğtişaşlar — Müxalifət küçələri savaş meydanına çevirdi
Venesuela müxalifəti yeni etiraz aksiyası keçirib. Aksiya dava, silahlı toqquşma və partlayışlarla müşayiət olunub. Hökumət əleyhinə keçirilən nümayişlərdə 30 nəfərdən çox insan xəsarət alıb. Bu barədə Karakas şəhərinin Çakao rayonunun icra hakimiyyəti məlumat verib.
Daxili işlər naziri: Hərbi çevriliş cəhdinin əsas məqsədi Türkiyənin zəiflədilməsi idi
Türkiyə xalqı hərbi çevriliş cəhdinin qarşısını alaraq, hökumətlə öz birliyini təsdiq etdi. Bunu jurnalistlərə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Ermənistanda KTMT üzv ölkələrinin təlimləri başlayıb
Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv ölkələrinin xüsusi təyinatlı qüvvələrinin təlimləri başlayıb.
Son dəqiqə: İŞİD Bağdadinin öldüyünü təsdiqlədi
İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldüyü təsdiqlənib. Mənbədən telekanala verilən məlumata görə, İŞİD terrorçuları Bağdadinin ölümü və "yeni xəlifə"nin adını müəyyən etdikləri haqda qısa məlumat veriblər.
Türkiyədə 11 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyənin cənub-şərqindəki Mardin vilayətində həyata keçirilən aviazərbələr nəticəsində 8 PKK terrorçusu zərərsizləşdirilib. Zərbələr nəticəsində terrorçuların iki atəş mövqeyi də məhv edilib. Hakkari vilayətində də PKK mövqelərinə zərbələr endirilib. Burada 3 terrorçunun zərərsizləşdirildiyi deyilir.
“Putinin NATO-su” Ermənistanda təlimlərə başladı
Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xüsusi təyinatlı güclərinin təlimləri başlayıb. Bu haqda KTMT-nin saytında bildirilir. Təlimlər Ermənistan polisinin maarifləndirici kompleksinin bazasında üç gün keçiriləcək.
Smartfon istifadəçilərinin NƏZƏRİNƏ: yeni virus yayıldı
Dünya üzrə 14 milyondan çox smartfon istifadəçisi "CopyCat" virusu vasitəsilə haker hücumuna məruz qalıb. Bu barədə İT təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ABŞ-ın "Check Point Software Technologies" şirkəti açıqlama yayıb.
Putin ən yaxşı generallarını... - MÜHARİBƏ HAZIRLIĞI?
Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinə daxil olan 8-ci ümumqoşun ordusunun komandanlığını təyin edib. Bu haqda Rusiya Silah Qüvvələri Baş Qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən “Kommersant” nəşri bildirib. Hərbi birləşmənin komandanlığı bir neçə ay ərzində xüsusi diqqətlə seçilib.














