Dünya

16 yaşlı oğlan bacısının məşuqunu öldürdü

11 İyul 2017 12:06

Türkiyənin Muğla rayonunun Fethiye Mahalında 16 yaşlı D. Ç 19 yaşlı bacısı Reyhan Gül Ç.-nin 32 yaşlı sevgilisi Harun Eryılmazı bıçaqlayaraq öldürüb. Hadisə saat 22.00 radələrində Tuzla Məhəlləsi Süleyman Dəmirəl Bulvarında baş verib. İddiaya görə, şəhərlərarası avtobuslardan birində sürücü olaraq çalışan Harun Eryılmaz birlikdə yaşadığı Reyhan Gül Ç. ilə mübahisə edib.

ŞOK: “Hitler” 128 yaşında Argentinada tapıldı və bunları söylədi

11 İyul 2017 12:04

Argentinanın Şimal-Qərbində yerləşən Salta şəhərində yaşlı bir kişi bildirib ki, məhz o, totalitar diktaturanın banisidir və son 70 ildə gizlənmək məcburiyyətində qalıb.

Hamilə qadının bətnində vəhşi heyvan göründü - USM zamanı ŞOK 

11 İyul 2017 11:57

Valideyn olmağa hazırlaşan cütlük 20 həftəlik körpələrini ultra səs müayinəsi (USM) etdirən zamanı gördüklərindən şok keçirib. Eşli Mid və Qerry Tusson adlı cütlük 20 həftəlik körpələrinin USM görüntülərinə nəzər saldıqda vəhşi bir heyvanın onlara baxdıqlarını görüb. "Game of Thrones" (Taxt Oyunları) serialının böyük pərəstişkarı olan cütlük ilk əvvəl şok olsa da, daha sonra bunu yaxşılığa doğru yozmağa çalışıb.

ABŞ və Rusiyanın anti-Türkiyə PLANI - ŞOK DETALLAR

11 İyul 2017 11:52

Türkiyəyə qarşı Suriyanın Mümbiç şəhərində oynanılan oyunun eynisi Afrində səhnələşdirilir. Ankaraya PKK-nın Mümbiçi boşaldacağı barədə verdiyi sözünü yerinə yetirməyən ABŞ indi Türkiyənin Afrinə müdaxiləsinə maneə olmağa çalışır.

Yeni Zelandiya sahillərində güclü zəlzələ - 6,8 bal

11 İyul 2017 11:46

Sakit okeanda, Yeni Zelandiya sahillərində Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Oklend adasından 214 kilometr məsafədə yerin 10 kilometr dərinliyində qeydə alınıb. Hadisə nəticəsində itkilərin qeydə alınmadığı bildirilib. Sunami xəbərdarlığı da verilməyib.

"Müharibə göstərdi ki, bizim tanklar işə yaramır..." - Ermənilərdən ETİRAF

11 İyul 2017 11:38

Xəbər verildiyi kmi Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan gəmilərlə Bakıya növbəti silah-hərbi sursat partiyasının gətirilməsinə dair görüntüləri yayıb. Görüntülərə əsasən, gəmilərdən çoxsaylı raket konteynerləri boşaldılır. Nazirlik gətirilən silahların adlarını açıqlamasa da hərbi ekspertlər bunların "Solntsepyok" TOS-1A ağır odsaçan sistemlərinə və "Smerç" reaktiv yaylım atəşi sistemlərinə aid raketlər olduğunu müəyyən ediblər. Bundan əvvəl Rusiyadan Azərbaycana "Xrizantema-S" tank əleyhinə raket komplekslərinin böyük partiyası gətirilmişdi.

İldırım bir gecədə 31 nəfəri öldürdü

11 İyul 2017 11:17

Hindistanın Bihar əyalətində fərqli bölgələrə çox sayda ildırım düşüb. Bu təbiət hadisəsi 31 nəfərin həyatına son qoyub.

Qətər rəsmi açıqlama verdi: Təzminat ödəniləcək!

11 İyul 2017 11:12

Rəsmi Doha Qətərə yönəlik embarqonun zərər verdiyi şirkətlərin maddi ziyanını qarşılayacağını açıqlayıb. İqtisadi təcriddən ən çox əziyyət çəkən “Qətər Airveys” şirkətidir. İnşaat sektoru isə 2 milyard dollarlıq müqavilələr yerinə yetirilmədiyi üçün ziyana uğrayıb.

“Həyat sənəti təqlid edir”: Putin-Tramp görüşündən ən incə DETALLAR

11 İyul 2017 11:11

Mütəxəssislər ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin ilk görüşündə liderlərin bədən dillərini şərh ediblər. İki ölkənin liderlərinin ilk dəfə G20 zirvəsində bir araya gəlməsi dünya gündəminin əsas maraq dairəsini təşkil edib. Bununla bağlı olaraq görüş ən incə detallarına qədər müzakirə edilib.

Türkan Şoray əməliyyat oldu

11 İyul 2017 10:35

“Selvi boylum, al yazmalım”, “Dila xanım”, “Devlerin aşkı” və  bir çox filmləri ilə  könüllərdə taxt quran Yeşilçamın əfsanəvi adı Türkan Şorayın gizlin əməliyyat olduğu bildirilir. “Olaylar” “Sözcü” - yə istinadən bildirir ki, aktrisa tutulduğu Cushing Sindromu səbəbiylə gizlin əməliyyat olub.  Daha öncədən Türkan Şoray uzun illərdir yaşadığı bu narahatlığın araşdırmalarla Cushing Sindromu olaraq diaqnoz edildiyini bildirmiş və əməliyyat olacağını açıqlamışdı. Xəstəlik səbəbiylə sürətlə aldığı kiloları verə bilməyən Türkan Şorayın adı gizli saxlanılan bir xəstəxanada əməliyyat olunduğunu və səhhətinin  yaxşı olduğu bildirilir.

Məşhur aktyor vəfat etdi

11 İyul 2017 10:13

Türk kinosunun korifey simalarından Fikrət Hakan həyatını itirib. Əsl adı Bumin Ğaffar Çıtanak olan Fikrət Hakan bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Dr. Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında gecə saat 2 radələrində həyatını itirən Fikrət Hakanın 83 yaşı var idi. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq korifey sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Alınan məlumatlara görə, həkimlər təxminən 2 saat onu həyata qaytarmaq üçün bütün səylərini ortaya qoyublar.

33 ton tibbi yardım göndərildi

11 İyul 2017 10:09

UNİCEF Yəmənə 33 ton tibbi yardım göndərib. Tibbi ləvazimat vəba xəstələrini müalicə etmək üçün göndərilib. UNİCEF-in Yəməndəki nümayəndəsi Məhəmməd əl Əsədi verdiyi açıqlamada vəba xəstələrinin müalicəsində istifadə ediləcək ləvazimatların epidemiyadan ən çox əziyyət çəkən bölgələrə göndəriləcəyini bildirib. 

Türkiyəli yazar məşhur modellə görüntüləndi

11 İyul 2017 09:54

Məşhur braziliyalı top model Adriana Lima türkiyəli yazıçı Metin Hara ilə sevgilidir. Cütülük dünən Bodrumd hava limanında birlikdə görüntülənib. Dünya şöhrtəli modelin VİP hissədən deyil, sadə sərnişinlərlə birlikdə digər çıxışdan çıxması diqqət çəkib. Jurnalistlərin onları çəkməsinə əhəmiyyət verməyən cütlük avtomobilə minib qalacaqları otelə yollanıblar. Adriana Limanın Bodrum şəhər mərkəzinə daxil olduqdan sonra mətbuat nümayəndələrinin onları təqib etməsinə əsəbiləşib. Lima sürücüsünə mətbuat nümayəndələrinə yolu itirməyi tapşırığı verib. Sürücü Göltürkbükü, Gündoğan və Yalıkavak məhəllələrində beş dəfə fırlanıb. Daha sonra mətbuat nümayəndələrini keçməyə çalışan sürücü qırmızı işıqlarda da dayanmayıb. Onlar  iki gün Bodrumda qaldıqdan sonra Gökova Körfəzi və Yunanıstan adalarını əhatə edən dəniz səyahətinı çıxmağı planlaşdırıb.