Moskvada ticarət mərkəzində YANĞIN: xəsarət alanların sayı artdı
11 İyul 2017 10:20 DünyaRusiyanın paytaxtı Moskvanın şimal-şərqində "Rio" ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində biri uşaq, 1 nəfər FHN əməkdaşı olmaqla 18 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, yanğın ticarət mərkəzinin -1 mərtəbəsində başlayıb və yanğının sahəsi təxminən min kvadrat metr təşkil edib.
Xəsarət alanlardan 14 nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Yanğının baş vermə səbəbləri hələ məlum deyil, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31