Dünya
Alimlər cizgi filmini DNT-yə yazmağa müvəffəq olublar
Alimlər qısametrajlı cizgi filmini bakteriyanın DNT-nə (dezoksiribinuklein turşusu) yazmağa və bundan sonra genomun sekvensiyasının köməyilə onu 90% dəqiqliklə bərpa etməyə müvəffəq olublar. Beləliklə, alimlər nümayiş etdiriblər ki, DNT-də yalnız genetik deyil, həm də istənilən başqa informasiyanı yadda saxlamaq mümkündür.
Dünya mikroelektronika bazarının həcmi 400 milyard dolları ötəcək
“Gartner” analitik şirkəti 2017-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcminin 400 milyard dolları üstələyərək 401,4 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 16,8 faiz çoxdur. Bazarda 300 milyard dollarlıq satış həcmi 2010-cu ildə, 200 milyard dollarlıq 2000-ci ildə qeydə alınıb.
Şantajçı virus “Android” smartfonlarını təhdid edir
“McAfee” antivirus şirkəti “Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virusun peyda olması haqda xəbərdarlıq edib. Onlarla ölkənin ən nəhəng şirkətlərində kompüterlərin işini iflic etmiş “Petya” troyanından fərqli olaraq, yeni zərərverici proqram təminatı faylları şifrləmir, əksinə, onları istifadəçinin dostlarına göndərməklə hədələyir.
Nikbin insanlar hansı xəbərləri eşitmirlər?
London Universitet Kollecində aparılmış tədqiqat zamanı bəzi insanların xəbərlərdəki mənfi məqamları ümumiyyətlə, qulaqardına vurduqları məlum olub. İnsanların 70 faizi nikbindir: hətta bu şəxslər arasında çoxları nikbin olmadıqlarını desələr də, onlar gələcəyin daha yaxşı olacağını düşünürlər.
Kağız dəsmallar təhlükəli bakteriyalarla doludur!
Laval Universitetinin alimlərinə görə, ictimai tualetlərə qoyulan kağız dəsmallar sağlamlıq üçün ciddi təhlükə mənbəyidir. Onlar hələ istifadə olunmamış dəsmallarda müxtəlif xəstəliklər törədən bakteriyalar aşkar ediblər. Bu isə o deməkdir ki, patogenlər insanın əlinə yuyulduqdan sonra da düşə bilər. Yolu xəstəxanaya düşən zəif immunitetli insanlar daha çox təhlükədədirlər.
Fransızlar açıqladı: Mobil telefon üzdəki qırışları artırır
"Le Monde" nəşri yazır ki, Paris Universitetində mobil telefonların qadın orqanizminə təsiri ilə bağlı araşdırmalar başa çatıb.
Övladlığa götürdüyü uşaqların vətənində xəstəxana açdı
Madonna övladlığa götürdüyü dörd uşağın doğulduğu Malavidə uşaq xəstəxanası açıb. 58 yaşlı müğənni 50 yataqlıq xəstəxananın açılışını 11 yaşlı malavili qızı Mersi Ceymslə birgə edib. Qızının adı verilən "Pediatrik cərrahiyə və reanimasiya İnstitu"nun qarşısında tədbir də keçirilib. Madonna qızına sarılaraq oan sevgisini nümayiş etdirib.
İtaliyada yanğınlar - Ölənlər var, turistlər təxliyə edildi
İtaliyanın cənubunda şiddətli yanğınlar qeydə alınıb. Hazırda yanğınlar 4 vilayətdə, eləcə də Sicilia və Sardiniya adalarında davam edir. Son sutka ərzində yanğınlar nəticəsində 2 nəfərin həlak olduğu barədə məlumat verilib.
Uşaqlarını marketə göndərib, arvadını öldürdü
Türkiyədə qətl hadisəsi törədilib. Kayseri şəhərində ər arvadını öldürüb. O, uşaqlarını marketə göndərdikdən sonra həyat yoldaşını iki yerindən bıçaqlayıb, sonra da tüfənglə güllələyib. 13 illik xanımı, 2 uşağının anası Meral Polatı öldürən 35 yaşlı Abdurrahim Polat cinayəti törətdikdən sonra qaçmaq istəsə də, polislər tərəfindən tutulub. Məsələ ilə bağlı cinayət işi açılıb. Araşdırma davam etdirilir.
Mosuldakı son İŞİD-çilər təslim oldu
İraqın ikinci böyük şəhəri olan Mosulda qalan İŞİD terror təşkilatının son üzvlərinin əlibağlı görüntüləri paylaşılıb. İnsan Hüquqlarının Müdafiəsi təşkilatı Mosulla bağlı verdiyi açıqlamada terrorçuların ailələrinin də cəzalandırıldığını bəyan edib. Açıqlamada 170 terrorçu ailəsinin zorla bir düşərgəyə aparıldığı bildirilir.
Rusiyanın ən varlı qadın məmurlarının reytinqi
"Forbes" jurnalı Rusiyanın ən varlı qadın məmurlarının reytinqini tərtib edib. "top-10"a daxil olan məmurların ümumi gəliri təqribən 220 milyon rubl (6,2 milyon manat) təşkil edib. İlk onluqda yer alanların çoxu Dövlət Dumasının üzvləridir. Belə ki, "top-10"un 7 pilləsini onlar "zəbt ediblər". Reytinqə Rusiya parlamentinin aşağı palatasının üzvü, "Vahid Rusiya" Partiyasından deputat olan Tatyana Solomatina rəhbərlik edir. O, bir il ərzində 56,2 milyon rubl (1,6 milyon manat) qazanıb.
Rusiya terrorçuların kabusunu hazırladı
“Rusiya vertolyotları” şirkəti Mi-171Ş-VN müasirləşdirilmiş hərbi-nəqliyyat vertolyotunu ilk dəfə təqdim edəcək. Yeni hərbi maşın terrorizmlə mübarizə üzrə məsələlərin icrası üçün nəzərdə tutulub.
Din xadiminin PORNO OYUNU: imamla bağlı MÜDHİŞ FAKTLAR
İndoneziyada siyasi qalmaqal get-gedə alovlanır: Əxlaq mücahidi və şəriət qanunlarının qızğın tərəfdarı, porno çəkilişlərə məcbur etmədə ittiham olunan imam Həbib Rizek məhkəməyə gəlməkdən boyun qaçırıb. İmam hazırda Səudiyyə Ərəbistanında yaşayır və gərginlik aradan qalxmayınca oradan qayıtmaq fikri yoxdur. Rizekin tərəfdarları bildirir ki, ittiham polis tərəfindən uydurulub və onun rəqibləri bundan kam alırlar.
Qatil əxlaqsız qadınlar Taylandda məşhurlaşdılar - VİDEO
24 yaşlı Priyanuk Nonvançay 23 yaşlı Vaysara Klincuini qətlə yetirəndən sonra iki rəfiqəsi ilə birlikdə qonşu Birmaya qaçmışdı. O, həbs edilərək Taylanda aparılıb. 23 yaşlı Vaysara Taylandın şimal-şərqindəki Kon Kahen vilayətində mayın 25-də qətlə yetiriləndən sonra şaqqalanmış, cəsədinin tikələri iki qara yeşiyə yığılaraq meşəliyə atılmışdı.
"FETÖ bu gün fəaliyyət göstərdiyi ölkələr üçün də böyük təhdiddir"
Bu gün Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.














