Dünya
Dünyanı yeni təhlükə gözləyir: Antarktida parçalanır - VİDEO
Antarktidada təqribən 6 min kvadrat kilometr sahəsi, 1 trilyon ton ağırlığı olan nəhəng aysberq parçalanaraq materikdan ayrılıb. Qərbi Larsen C buzlağının parçalanması Antarktidanın ümumi sahəsinin 1/10 hissəsinin itirilməsi deməkdir.
İstanbulda terrorçuluqda şübhəli bilinən 44 nəfər saxlanıldı
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində genişmiqyaslı anti-terror əməliyyatı keçirib. Nəticədə terrorçuluqda şübhəli bilinən 44 nəfər saxlanılıb.
Ermənilər Qarabağda prezident seçkiləri keçirəcək
Erməni seperatçıları Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda prezident seçkiləri keçirəcək. Qondarma rejim seçkini iyulun 19-da keçirməyi planlaşdırır.
Öküz 6 nəfərə xəsarət yetirdi
İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalı çərçivəsində ənənəvi öküz qaçışları zamanı 6 nəfər xəsarət alıb. Onlardan iki nəfəri öküzlərin zərbələri nəticəsində xəsarət alıb. 4 nəfər isə yıxılaraq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
İŞİD yeni dövlət yaratdı: Tel-Afvar
İŞİD terror təşkilatının üzvləri İraqın Neynava əyalətində Tel-Afvar şəhərini müstəqil dövlət elan ediblər.
Təyyarələrin yerə yaxın məsafədən uçduğu çimərlikdə ölüm hadisəsi - VİDEO
Karib dənizinin sahilindəki "Princess Juliana International Airport"un yaxınlığındakı çimərlikdə ölüm hadisəsi baş verib. Sint Maarten çimərliyində dincələn turist və yerli sakinlər sərnişin təyyarəsinin işə düşdüyü zaman yaranan güclü küləyin təsirindən qaçaraq dənizə giriblər. Bu zaman qadın turistlərdən biri yıxılaraq başından zədələnib. Başından zədələnən 57 yaşlı qadın turist həyatını itirib.
Bu ölkə də homoseksualların nikahını qanuniləşdirdi
Mühafizəkar və katolik ölkəsi olan Malta homoseksuallara evlilik hüququ verən qanunu parlamentə təqdim edib. Parlamentin səsverməsində kilsənin etirazlarına rəğmən 67 millət vəkilindən yalnız 1-i qanunun əleyhinə səs verib. Qanunla ölkədə evlənən insanların istifadə etdiyi “ər”,”arvad” kimi cinsi kateqoriyalı sözlər leksikadan çıxarılıb və onun yerinə “yoldaş” kimi cinsi kateqoriyası olmayan sözlər yerləşdirilib.
"WhatsApp" və "Twitter" hökumətdən müdafiə oluna bilmir
"Electronic Frontier Foundation" şirkətinin əməkdaşları müxtəlif İT şirkətlərinin məlumatlarının hökumətdən müdafiəsi səviyyəsi ilə bağlı təhlil aparıblar. 26 müəssisənin qiymətləndirildiyi meyarlar hökumətlə əlaqədə şəffaflıq, istifadəçilər haqqında məlumatların üçüncü şəxslərə ötürülməsinə qadağa, ABŞ-da dövlət sorğularının qanuniliyinin yoxlanılması və dövlətin ölkə vətəndaşlarını izləməsinə şirkətin münasibəti sahəsində aparılıb.
Hindistanda aramsız yağışlar 40 nəfəri "boğdu"
Hindistanın şimal-şərqində Assam ştatında daşqınlarda ölənlərin sayı 40-a çatıb. 1,5 milyon nəfər evsiz qalıb.
Əfqanıstanda mina partladı - 4 uşaq öldü
Əfqanıstanın şimal-şərqində minanın partlaması nəticəsində 4 uşaq həlak olub. Mina partlayışı Baqlan əyalətində uşaqlar oyun oynayarkən baş verib.
Boris Nemtsovun qatillərinə höküm oxundu
Moskva Dairə Hərbi Məhkəməsində müxalifət lideri Boris Nemtsovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin qərarı ilə Nemtsovun qətlində təqsirli bilinənlər 11 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. İşdə əsas fiqurant olan Zaur Dadayev 20 il həbs cəzasına məhkum edilib.
Təcili yardım həkimini girov götürdülər - Xəstəxanada DƏHŞƏT - VİDEO
İstanbul Kağıthane Dövlət Xəstəxanası ötən gecə inanılmaz bir dəhşətə səhnə olub. Xəstəxanaya gələn 2 şəxs təcili yardımda çalışan növbətçi həkimi "Bizimlə maraqlanmır" deyərək girov götürüb. Həmin məqamda digər 3 təcili xəstəsi ilə maraqlanan həkimi qapını qıran xəstəxana polisi xilas edib.
Əmisi 8 yaşlı qızı döyərək öldürdü
8 yaşlı qızın əmisi onu işgəncə verərək, döyərək öldürüb. O, əl-qolunu bağladığı qıza 12 saat işgəncə verib. Daha sonra isə qızın vəziyyətinin ağır olduğunu görərək onu xəstəxanaya aparıb və pilləkənlərdən yıxılıdığını söyləyib və xəstəxananı tərk edib.
Yaxın Şərq savaşının ƏSL HƏDƏFİ: “Sykes-Picot”la başlayan plan
Cenevrədə 10 gün davam edən Kipr müzakirələrinin nəticəsiz yekunlaşmasından sonra adanı yeni bir gərginlik gözləyir. Gərginliyin səbəbi 11-ci bölgədir. Məlumata görə, Fransanın TOTAL və İtalyan ENİ enerji şirkətiləri Şərqi Aralıq dənizində yerləşən 11-ci bölgədə iyulun 17-də qazma-axtarış işlərinə başlayacaq. İşləri həyata keçirəcək “West Capella” gəmisi artıq Kiprə çatıb.
Trampa ŞOK: İmpiçment üçün ilk rəsmi sənəd
ABŞ Konqresinin Kaliforniya ştatından olan demokrat üzvü Bred Şerman prezident Donald Trampın impiçmentini tələb edən qanun layihəsini təqdim edib. Qanun layihəsində dövlət başçısının Rusiyanın prezident seçkilərinə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyi iddia olunur.














