Dünya
PKK/PYD Türkiyəyə qarşı TƏXRİBAT hazırllayır: "Kəndləri BOMBALAYIN"
Amerika Birləşmiş Ştatlarının “Türkiyə sizə hücum etməz” deyə zəmanət verdiyi terror təşkilatı PKK Afrin hərəkatı öncəsi Türkiyə və Avropada təxribat xarakterli əməliyyatlara hazırlaşır.
Daşqınlar 12 nəfərin həyatına son qoydu - Pakistanda
Pakistanın şimal-şərqində daşqınlar nəticəsində azı 12 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Daşqınlar Pəncab əyalətinin 3 bölgəsində qeydə alınıb.
Yer TƏHLÜKƏDƏDİR - Günəşdə ləkə tapıldı
NASA kosmik agentliyi Günəşin səthində böyük bir ləkə tapdığını açıqlayıb. Agentlik bu ləkənin Yer kürəsinə böyük təhlükə törədə biləcəyi qənaətindədir. Günəş üzərindəki bu ləkənin ölçüsü planetimizdən 19 qat böyükdür. Ləkənin ölçüsünün böyüklüyü Günəşdə təhlükəli partlayışa səbəb ola və Yer kürəsində rabitə sistemlərinə zərər verə bilər. Partlayışın bir başqa ziyanı isə atmosferə radioaktiv maddələr axını yaratması ola bilər.
ABŞ-dan Rusiyaya qarşı yeni həmlə
Demokratlar Partiyasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsi təqdim edib. Yeni qanun layihəsi Senatın iyunun 15-də səsvermə yolu ilə qəbul etdiyi sənədə bənzəyir.
Məşhur Sovet aktrisası vəfat etdi
Sovet aktrisası İrina Bunina dünyasını dəyişdi. Onun 77 yaşı vardı. Ukranyalı aktrisa 40-dan çox filmə çəkilmişdi. “Muxtarın qayıtması”, “Yeddinci səma”, “Əbədi zəng”, “Burjuanın ad günü” filmləri ilə məşhurluq qazanıb. Qeyd edək ki, İrina Buninaya Ukraynanın Anna Manyanisi deyirdilər.
Hərbi kazarmada partlayış
Türkiyənin Kilis vilayətində Kilis-Qaziantep yolu üzərində yerləşən hərbi kazarmada konteynerlərdə yanğın baş verib. Yanğın nəticəsində xeyli sursat partlayıb. On əsgərin yüngül şəkildə tüstüdən zəhərləndiyi bildirilir. Hadisə yerinə çox sayda təcili yardım və axtarış-xilasetmə qrupları cəlb edilib.
Ərdoğan haqqında çəkilən filmin prodüsseri FETÖ – çu çıxdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən “Rəis” sənədli filminin prodüsseri, 15 İyul gecəsini “Oyanış” filmi ilə ekranlaşdıran rejissor Ali Avcı FETÖ terror qruplaşmasının üzvü olması şübhəsi ilə həbs olunub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İstanbul Respublika Baş Polis idarəsinə çağırılan Ali Avcı üçün həbs qərarı verilib. Bağçılar qəsəbəsində yerləşən mənzilində həbs olunan rejissorun evində axtarış tədbirləri həyata keçirilib.
Dinc sakinləri öldürdü
233 İŞİD-çi saxlanıldı
Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən ölkənin 29 vilayətində aparılan əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasına mənsub olduğu iddia edilən 233 nəfər saxlanılıb. Onlardan 25 nəfərinin xarici vətəndaş olduğu bildirilir. Həmin şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.
Prezident həbs edildi
Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanı 9,5 il həbs cəzasına məhkum edib. Sabiq prezident korrupsiya və çirkli pulların yuyulmasında günahkar bilinib.
Konqresmenlər Trampın impiçmentinə çağırdı
Paddinqton vağzalı boşaldıldı
Şimali Koreya sahillərində güclü zəlzələ
Çində süni intellekt şəhərciyi yaradılıb
Çinin Xançjou şəhərində süni intellekt texnologiyalarının inkişafı sahəsində son nailiyyətlərin təmsil olunduğu şəhərcik istifadəyə verilib.
Simsiz enerjidoldurmanı dəstəkləyən ilk noutbuk təqdim edilib
“Apple” şirkəti simsiz enerjidoldurma sisteminə malik smartfon çıxarmağı planlaşdırdığı halda, “Dell” şirkəti bu texnologiyanı artıq noutbuklarda tətbiq edir. Şirkət tərəfindən təqdim edilmiş noutbuklar seriyası dünyada ilk dəfə simsiz şəkildə enerji ilə doldurula bilir. Qurğular yeddinci nəsil “Intel Core” prosessorları ilə təchiz edilib və istifadəçinin məlumatlarının mühafizəsi üçün şifrləmə funksiyası təklif edilir.














