Dünya

Britaniyalı alimlər aritmiyanı yüksək dəqiqliklə aşkar edən alqoritm yaradıblar

12 İyul 2017 19:50

Aritmiya tibdə çox mübahisəli hal sayılır, çünki onun bəzi növləri, demək olar ki, zərərsizdir: ürək ritminin pozulmasından əziyyət çəkən bir çox insanlar uzun illər yaşaya bilərlər, halbuki bu patologiyanın başqa növləri ciddi təhlükədir və hətta ölümə səbəb ola bilər.  

"Sevgi dəftərini bağladım" - 6 dəfə ərə gedən Seda Sayan

12 İyul 2017 19:39

Müğənni Seda Sayan Bodrumda tətil edir.  Erkan Çelikdən ayrılan ifaçı həyatında başqa birinin olmadığını deyib:  "Sevgi dəftərini bağlamışam. Belə çox xoşbəxtəm".  Seda səhhətində yaranan problemlərdən də danışıb:  "Yunan adalarına sürət gəmisilə getdik.

Bunu bilirdiniz?- Əsəbi insanlar köklüyə meyilli olurlar

12 İyul 2017 19:35

İnsanın xarakteri onun çəkisi arasında əlaqə var. 50 ildən çox müddətdə aparılan yoxlamalar nəticəsində bu qənaətə gəlinib. ABŞ-dakı Milli Yaşlanma İnstitutunun 1988 insan üzərində apardığı araşdırma xarakter ilə bədən kütlə indeksi arasında əlaqə olduğu üzə çıxıb.

Sən demə, yumurta ən yaxşı energetikdir...

12 İyul 2017 19:30

Bizlərdən hər birimizin elə xoşagəlməz dəqiqələrimiz olur ki, yuxu hissi işə mane olur. Diqqət yayınır, qaşlar çatılır, baş işləmir. Adətən kofe və şirniyyat dadımıza çatır – axı belə bir fikir yayılmışdır ki, zəifləmiş orqanizmə məhz yüksək miqdarda qlükoza lazımdır. Lakin Britaniya diyetoloqlarına görə, heç bir şirniyyat toyuq yumurtası qədər güc vermir.

ŞOK iddia: İkinci dəfə ailə qurmaq ömrü uzadır

12 İyul 2017 19:25

Ruslar daha bir araşdırma ilə diqqət mərkəzinə düşüblər. Özü də ikinci dəfə nigah barədə. Rusiya mətbuatının verdiyi məlumata görə, alimlərin son araşdırması təkrar nigahın əksinə, insan sağlamlığına xeyir verdiyini göstərib. Məlum olub ki, ikinci dəfə ailə qurmaq ürək-damar sisteminə xeyir olmaqla, ömrü uzadır. Araşdırma göstərib ki, təkrar nigaha girən şəxslər bundan sonra antidepressantlar, yuxu dərmanları və bu qəbildən olan preparatları daha az qəbul edir!

Alimlər: Qadınlar yaraşıqlı deyil, pulu çox olan kişiyə üstünlük verirlər

12 İyul 2017 19:13

Alimlərə görə, qadın özünə tərəf-müqabil seçərkən kişinin maliyyə durumu onun üçün əsas rol oynayır. Qadınlar yaraşıqlı deyil, pulu çox olan kişiyə daha çox üstünlük verirlər. Qərb KİV-lərinin yazdıqlarına görə, belə bir proqram qadının təhtəlşüurunda gizlənir.

40 saniyəlik məşq diabetdən qorunmağa kömək edir

12 İyul 2017 19:09

Gün ərzində fiziki hərəkətlərə cəmi bir dəqiqə vaxt ayrılarsa, bu, ikinci tip diabetin inkişafının qarşısını ala bilər. Bunu Bat Universitetinin əməkdaşları müəyyən ediblər. Bir qrup könüllüdən həftədə üç dəfə 40 saniyə velosipeddə gəzmək xahiş olunub. Altı həftə keçdikdən sonra insulinin ifrazında 28 faiz yaxşılaşma qeydə alınıb. Qeyd etmək lazımdır ki, məşqlərin şəkərin səviyyəsinə müsbət təsir etməsi artıq çoxdan sübut edilib. Lakin müasir həyat ritmi məşğələlərə vaxt ayırmağa heç də həmişə imkan vermir.

Müğənninin boşanmış bacısı özünə yeni sevgili tapdı

12 İyul 2017 18:43

Türkiyə mətbuatında məşhur müğənni Hülya Avşarın bacısı Helin Avşar ilə Gürkan Şef olaraq tanınan Gürkan Topçunun eşq yaşadığı iddia edilib.

Qadın sevgilisini yatdığı yerdə benzin töküb yandırdı

12 İyul 2017 18:32

38 yaşlı qadın Leigh Ann Sepelyak sevgilisini yandırmaqda, sonra da alovları söndürmək üçün üstünə sidik tökməkdə günahlandırılır. O, sevgilisi ilə birlikdə mübahisə edib. Leigh sevgilisi yuxuya getdikdən sonra onun üzərinə benzin töküb, sonra da siqaretlə yandırıb.

Hamama telefonla girən 14 yaşlı qız öldü

12 İyul 2017 18:20

Hamama telefonla girən yeniyetmə ölüb. Madison Coewas adlı 14 yaşlı qız hamama telefonla girdiyinə görə həyatını itirib. Hadisə Mexikoda baş verib. Qız vannada uzanarkən əlində olan telefonu şarj aləti ilə cərəyan mənbəyinə taxılı olub.

Suriyanın yaşayış məntəqəsi bombalandı - Ölənlər var

12 İyul 2017 18:19

ABŞ Silahlı Qüvvələri başda olmaqla koalisiya qüvvələri Suriyanın Əl-Xasaka əyalətində Şaddadi şəhərindən cənubda yerləşən Kişkiş Cabur yaşayış məntəqəsinə aviazərbələr endiriblər.

Donanma döyüş hazırlığı vəziyyətinə gətirilir – Moskvadan cavab

12 İyul 2017 18:08

Krımda Qara dəniz donanmasının döyüş hazırlığının yoxlanılması başlanıb.  Bu haqda Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib. Krımda və Qara dənizdə donanmanın poliqonlarında keçiriləcək yoxlamalar bir neçə gün davam edəcək.

Təyyarədə problem - Antalyaya reys təxirə salındı

12 İyul 2017 17:52

Tatarıstanın Kazan hava limanında Türkiyənin "Atlas-Global" aviaşirkətinə məxsus təyyarə şassi dayağını zədələyib. Bu səbəbdən Kazan-Antalya reysi təxirə salınıb.

İranda qalmaqal - Qadınlar avtomobillərində başlarını açdılar 

12 İyul 2017 17:49

İranda avtomobildə başını açan qadınların sayı artmaqdadır. Bu halların artması "avtomobillərin şəxsi, yoxsa ümumi sahə" olduğuna aid müzakirələri yenidən alovlandırıb.

Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt aradan qaldırılacaq? - Ərdoğandan cavab

12 İyul 2017 17:21

"Terrorla mübarizəyə ehtiyac qalmadıqda ölkədə fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, Fəthullah Gülən hərəkatı və PKK ilə mübarizədə önəmli bir məsafə qət edildi: "Yəni fövqəladə vəziyyət rejimi çox da uzaq olmayan bir gələcəkdə ləğv edilə bilər".