40 saniyəlik məşq diabetdən qorunmağa kömək edir
Gün ərzində fiziki hərəkətlərə cəmi bir dəqiqə vaxt ayrılarsa, bu, ikinci tip diabetin inkişafının qarşısını ala bilər. Bunu Bat Universitetinin əməkdaşları müəyyən ediblər. Bir qrup könüllüdən həftədə üç dəfə 40 saniyə velosipeddə gəzmək xahiş olunub. Altı həftə keçdikdən sonra insulinin ifrazında 28 faiz yaxşılaşma qeydə alınıb. Qeyd etmək lazımdır ki, məşqlərin şəkərin səviyyəsinə müsbət təsir etməsi artıq çoxdan sübut edilib. Lakin müasir həyat ritmi məşğələlərə vaxt ayırmağa heç də həmişə imkan vermir.
12 İyul 2017 19:09 DünyaGün ərzində fiziki hərəkətlərə cəmi bir dəqiqə vaxt ayrılarsa, bu, ikinci tip diabetin inkişafının qarşısını ala bilər. Bunu Bat Universitetinin əməkdaşları müəyyən ediblər. Bir qrup könüllüdən həftədə üç dəfə 40 saniyə velosipeddə gəzmək xahiş olunub. Altı həftə keçdikdən sonra insulinin ifrazında 28 faiz yaxşılaşma qeydə alınıb. Qeyd etmək lazımdır ki, məşqlərin şəkərin səviyyəsinə müsbət təsir etməsi artıq çoxdan sübut edilib. Lakin müasir həyat ritmi məşğələlərə vaxt ayırmağa heç də həmişə imkan vermir.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, insanların 66 faizi həkimlərin təlimatlarında tələb olunduğu kimi, həftədə beş dəfə 30 dəqiqəlik idmanla məşğul olmurlar. Sonuncu araşdırmanın rəhbəri Nils Vollaard qeyd edib ki, əzələlərdə şəkər ehtiyatı - qlikogen vardır. Orqanizm məşqlər zamanı ondan istifadə edir. Məşqlərdən sonra ehtiyatı doldurmaq üçün əzələlər qandan şəkər toplamağa başlayır.
Aktiv olmayan adamlarda əzələlərin bunu etməsi lazım deyil. Bu da insulin hissiyatının aşağı düşməsinə, qanda şəkərin miqdarının çoxalmasına və nəticədə 2-ci tip diabetin yaranmasına gətirib çıxarır. Bu zaman hətta heç də ardıcıl olmayan, lakin intensiv məşqlər vəziyyəti dəyişə bilər. Belə ki, 20 saniyə ərzində gücləndirilmiş məşqlər bir saat orta sürətli məşqlərdəki həcmdə qlikogeni parçalayır.