Dünya
Ruslar Ermənistana daxili pasportla gedəcəklər
Rusiya vətəndaşları daxili pasportla Ermənistana səfər edə biləcəklər.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə deyib.
Rusiya qoşunları daha 50 il Suriyada qalacaq
Rusiya Dövlət Duması HavaKosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib. Sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb.
Putin İKİ VARİANT qarşısında: müharibə, yoxsa...
“Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri ərəfəsində seçicilərə növbəti “böyük qələbə”ni təqdim etmək istəyir. Lakin Putin anlayır ki, reytinqin qaldırılması üsulu kimi yeni hərbi macəra özünü bitirib”. Bunu “Obozrevatel” nəşri üçün məqaləsində Rusiya politoloqu Dmitri Oreşkin bildirib. “Putin seçiciləri hansısa yolla təəccübləndirməlidir. Və Rusiyada bütün daxili siyasət bunun üçün işləyir. Putində reytinqin üç sıçrantısı olub və hamısı müharibələrlə bağlıdır: çeçen, gürcü və Ukrayna. Dördüncü müharibəni etmək mümkün olmayacaq”, - politoloq qeyd edib.
"Putinin mənə dəstək verəcəyinə inanmıram"
“Moskva ilə mükəmməl əlaqələr qurmaq istəyirəm”. Məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib. Putini “Ağ evə” dəvət edib-etməyəcəyi ilə bağlı suala Tramp cavabında deyib ki, hələlik bu dəvət üçün məqam yetişməyib: “Hazırda bu səfər üçün əlverişli zamanın olmadığını düşünürəm. Amma sualınıza cavabım, əlbəttə, “hə”dir. Bəli, dəvət edərdim”.
Rusiyada azərbaycanlı qadın qısqanclıq zəminində uşaq öldürməkdə ittiham olunur
Rusiyanın İvanovo vilayətində azyaşlı uşağın qaçırılması və öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə azərbaycanlı qadına qarşı ittiham iddianaməsi təsdiq edilib. İvanovo vilayətinin sakini, 1991-ci il təvəllüdlü azərbaycanlı qadın köməksiz vəziyyətdə olan uşağın qətli maddəsi ilə cinayət törətməkdə ittiham olunur. İstintaq məlumatlarına görə, qadın 2016-cı il sentyabrın 2-də uşağın çoxmənzilli yaşayış binasının qabağında nəzarətsiz qalmasını gözləyərək, onu uşaq arabasından oğurlayıb.
Tuba Büyüküstün sevgilisinə vəkillərlə ismarıc yollayır
Aktrisa Tuba Büyüküstün həbsdəki sevgilisi Umut Evirgeni bir an olsun belə tək qoymur. Gecə klubu sahibi olan Umut Tuba ilə şəklini çəkən jurnalistin fotoaparatını silahla hədələyərək əlindən almışdı. Nəticədə müxbir Evirgendən şikayətçi olmuş və o, tutularaq həbsə salınmışdı. İş adamının iyulun 17-də hakim qarşısına çıxacağı gözlənilir. Bu müddətdə isə Büyüküstün sevgilisinə dəstək olub. O, Umutun vəkilləri ilə tez-tez görüşərək məlumatlar alır, ona ismarıclar yollayır.
Kremldən İrəvana BÖYÜK ZƏRBƏ: Ermənistanı qorxuya salan Qarabağ PLANI
“Kreml Qarabağ üçün yeni ssenari hazırlayır və bu ssenaridə Bakını qazanmaq üçün ərazilərin Azərbaycana qaytarılması öz əksini tapır”. Bu barədə erməni jurnalist Ramella Mnasakanyan deyib.
Vulkan yamaclarında meşələr alışdı, nəhəng quru kəllə yarandı - VİDEO
İtaliyada güclü meşə yanğınları davam edir. Məşhur Vezuvi vulkanının ətəkləri də alışıb yandığından minlərlə yerli sakin və turist bölgədən təlxiyyə olunub. Vezuvi vulkanının ətəklərindəki yanğından ucalan tüstü buludları Neapolda belə, görünür. İtalyanlar ilk əvvəl bu tüstünü görəndə vulkanın püskürməyə başladığını düşünüblər. Lakin sonradan bəlli olub ki, havaların həddən artıq isti keçməyi nəticəsində vulkanın yamaclarındakı meşələrdə yanğınlar başlanıb.
İŞİD Ukrayna-Rusiya sərhədlərində: Yeni DÖYÜŞ MEYDANI – VİDEO
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov şəhərində İŞİD terror qruplaşmasının iki üzvünü saxlayıb. Hadisə “Karvan” ticarət mərkəzinin avtodayanacağında dünən saat 19:30 radələrində baş verib. Hadisə şahidləri deyirlər ki, mülki geyimdə olan iki vətəndaş biri qeyri-slavyan görünüşünə malik iki nəfərə yaxınlaşaraq onlardan uzanmağı tələb edib.
Ankara S-400-lər üçün Rusiyaya bu qədər ödəyəcək
Türkiyənin S-400 zenit-raket kompleksləri üçün Rusiyaya ödəcəyi pulun məbləği bəlli olub. 4 S-400 batereyası üçün 2,5 milyard dollar ödəniləcək. Sonradan daha 2 batareyanın Türkiyəyə çatdırılması planlaşdırılır. Türkiyə ilk dəfə S-400 raket kompleksləri ilə 2009-cu ildə maraqlanıb.
Kamçatkada vulkanın ətəklərində ZƏLZƏLƏ oldu
Kamçatkada zəlzələ baş verib. Yeraltı təkanların gücü 5 bal olub. Zəlzələnin episentrinin Klyuçevskaya vulkanı ətəklərində 180 km dərinlikdə qeydə alındığı bildirilib. Fövqəladə Xidmət yeraltı təkanların Klyuçi Ust-Kamçatka yaşayış rayonunda da hiss edildiyini bildirib. Zəlzələ nəticəsində dağıntılar və təlafat barədə məlumat verilməyib.
Qüdsdə silahlı hücum
Səhər saatlarında Qüdsdə yerləşən El Əqsa Məscidinin yaxınlığında üç fələstinli ətrafa ard – arda atəş açıblar. Atəş zamanı üç İsrail vətəndaşı yaralanıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, yaralılardan ikisinin vəziyyəti ağırdı. Fələstinli təcavüzkarlar İsrail polisi tərəfindən zərərsizləşdirilib.
Təzə gəlin intihar etdi - bakirəlik testinə görə - VİDEO
Sabiq prezidenti və xanımı həbsə alınır
Perunun sabiq prezidenti Olyanta Umala və xanımı Nadin Erediya haqqında məhkəmə 18 aylıq həbs qətimkan qərarı çıxarıb və onlar həbsə alınıblar. Məhkəmə həbs qərarını qəbul etdikdən dərhal sonra onlar polisin müşayiəti ilə könüllü olaraq məntəqəyə gəliblər. Sabiq prezident və xanımının cəzalarını harada çəkəcəkləri hələ məlum deyil.
İlk kosmik teleportasiya həyata keçirilib
Çinin Şanxay Universitetinin fiziklər qrupu tarixdə ilk dəfə kosmik kvant teleportasiyasını həyata keçirib. Alimlər “Mozi” peykindən Yerə hissəciyin vəziyyəti barədə informasiyanı uğurla ötürüblər.














