Dünya

Misirdə hotelə HÜCUM - Turistlər ölüb

14 İyul 2017 18:50

Misirin Hurqada kurort şəhərində soyuq silahla silahlanmış naməlum şəxs tərəfindən hotelə hücum olub. Hücum nəticəsində 2 turist ölüb, daha 4 nəfər xəsarət alıb.

Ölümdən qaçdı, ölümə qovuşdu - VİDEO

14 İyul 2017 18:24

Çayı keçməyə çalışan zebra qəflətən ona doğru üzməyə başlayan iki timsahı görür. Ölümdən qaçmağa çalışan zebra var gücü ilə hərəkət edir və sonucda sahilə çıxaraq timsahların iti dişlərindən qurtulmağa başlayır.

Onların ABŞ-a girişinə qoyulan qadağa götürüldü

14 İyul 2017 18:10

ABŞ-da bir ştatın federal hakimi prezident Donald Trampın təsdiq etdiyi səyahət qadağasını ləğv edib. Artıq ABŞ-ın Havai ştatında yaşayan miqrantların ailə yaxınları ölkəyə giriş edə biləcək.

Bastiliya günü Parisi etiraz aksiyaları bürüdü - Trampa qarşı

14 İyul 2017 18:06

Fransanın paytaxtı Parisdə milli bayram - Bastiliyanın alınması günündə etiraz aksiyası keçirilib. Etirazlar bu ölkədə səfərdə olan ABŞ prezidenti Donald Trampa qarşı olub. Yüzlərlə etirazçı D.Tramp əleyhinə müxtəlif şüarlar səsləndirərək yürüş keçirib.

Solmaz Acunun kanalında seriala çəkilir

14 İyul 2017 17:20

"Show TV"də yayımlanan "Evleneceksen gel" izdivac proqramının gəlin namizədi Solmaz Ciros bəy namizədi Kaan Güvenilir ilə birlikdə seriala çəkilir. Serialda müğənni Əmrahın oğlu Tayfun da rol alacaq. Ekran işinin yayımlanacağı kanalın adı da açıqlanıb.  Belə ki, "Global Medya"nın layihəsi olan "Aşk-ı Roman" avqustdan etibarən həftə içi hər gün TV8-də yayımlanacaq. 

Körpələrini öldürüb paketə qoyaraq soyuducuda dondurdu - DƏHŞƏTLİ CİNAYƏTİN ÜSTÜ AÇIQLDI

14 İyul 2017 17:01

Fransanın qərbindəki Lorient şəhərində 50 yaşlı qadının dəhşətli cinayət əməlinin üstü açılıb. 50 yaşlı qadının boğaraq öldürdüyü körpəsi iş yerinin soyuducusunda ortaya çıxınca onun əvvəllər də eyni cür cinayət törətdiyi istintaqa məlum olub.

Erməni qızları barədə Jirinovskidən ŞOK İFADƏLƏR: “Subay rus zabitlərini ora göndərsək...”

14 İyul 2017 16:47

Bu gün Rusiya-Ermənistan birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı sazişi ratifikasiya edən Dövlət Dumasında Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski maraqlı çıxış edib. Jirinovski Ermənistanda Rusiya hərbi bazalarına evli olan rus zabitlərin göndərilməsini təklifi ilə çıxış edib.

“Serjik qatildir, əclafdır” – Ermənistan prezidentinin iqamətgahı önündə aksiya

14 İyul 2017 16:45

Bu gün Ermənistanda mühəndis-sahibkar olan Vardqes Qaspari prezidenti Serj Sarkisyanın iqamətgahınn qarşısında aksiya keçirib. Baqramyan küçəsində yerləşən iqamətgahın önünə gələn Qaspari yerə uzanaraq, üzərində “Serjik qatildir, Serjik əclafdır” sözləri yazılan plakatları əlində qaldırıb. 

"Ankara hələ ümid edir ki, Vaşinqton Güləni ekstradisiya edəcək"

14 İyul 2017 16:17

Ankara Fəthulla Gülənin ekstradisiyası ilə bağlı məsələdə Vaşinqtonun əməkdaşlığına ümid edir. Bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyin Diriöz deyib. Səfirin sözlərinə görə, bu məsələ ilə bağlı bütün materiallar ABŞ tərəfinə təqdim edilib. Türkiyəli diplomat qeyd edib ki, ABŞ bu məsələnin məhkəmə yolu ilə həll edilməsində təkid edir: "Amma biz gözləyirik ki, rəsmi Vaşinqton bizimlə əməkdaşlıq edəcək".

ABŞ Baş konsulluğunda həyəcan: bir nəfər hasardan diplomatların olduğu həyətə atladı

14 İyul 2017 16:16

İstanbulun Sarıyer rayonunda yerləşən ABŞ Baş konsulluğunun həyətinə hasardan atlayan bir şəxs İstanbul Təhlükəsizlik İdarəsini hərəkətə keçirib. 

Rusiya Xəzəryanı ölkələrlə bağlı planını açıqladı

14 İyul 2017 16:14

Rusiya Xəzər dənizində digər ölkələrlə kruiz turizmini inkişaf etdirmək niyyətindədir. Bu barədə Turizmin İnkişafı üzrə Federal Agentliyin rəhbəri Oleq Safronov bildirib. "Biz Xəzər dənizində kruiz turizminin inkişafına dair məsələ üzərində işləyirik. Hesab edirik, bu, çox vacib və perspektiv istiqamətdir. Bu layihələr Rusiya Federasiyası, Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan və Türkmənistanı bir araya gətirə bilər. Beləliklə, hazırda mövcud olmayan tamamilə yeni, yüksək keyfiyyətli turizm layihəsi ortaya çıxacaq", - deyə o qeyd edib  

Rəfiqəsinə "İntihar edəcəyəm" yazdı: qapını qırmaq istəyən xilasedicilər gözlərinə inanmadı 

14 İyul 2017 15:34

Şanlıurfada 33 yaşlı Ş. adlı qadının rəfiqəsinə "intihar edəcəyəm" mesajı polis, xilasetmə və təcili yardım əməkdaşlarını hərəkətə keçirib.   Hadisə axşam saatlarında Devteşti Məhəlləsində baş verib. Rəfiqəsindən gələn mesajla həyəcan keçirən qadın dərhal aidiyyatı orqanlara məlumat verib. 

Müğənni şəhidləri təhqir etdi

14 İyul 2017 15:19

"O səs Türkiyə"nin yarışmaçısı Murad Özel sosial şəbəkə hesabından 15 iyul şəhidlərini təhqir edib. Bu səbəbdən də Murad Özel bir qrup adamlar tərəfindən baltalı və bıçaqlı hücuma məruz qalıb. Ona edilən hücuma səbəb isə şəhidləri təhqir etməsi olub. İlk olaraq, onu izləyən istifadəçilər etiraz edərək paylaşımın silinməsini istəyiblər. Murad ittihamlara dözməyərək yazdıqlarını silib. Məhz ondan sonra qəzəbli bir neçə nəfər müğənniyə hücum edib.

İŞİD vəhşiliyi İŞİD üzvlərinə tətbiq edildi – VİDEO

14 İyul 2017 15:18

İraqın ikinci böyük şəhəri olan Mosul "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilib. Hələ də  şəhərdə  gizlənən İŞİD üzvlərinə rast gəlinir. İraq ordusu və silahlı könüllülərin dəstələri Mosulu terrorçulardan təmizləməyə davam edirlər. T.mizlənmə zamanı İraq ordusu  İŞİD terrorçularına qarşı elə İŞİD vəhşiliyini tətbiq edirlər.