Dünya

Yeni “Samsung” virtual reallıq kaskası iki hərəkət kontrollerinə malikdir

5 Oktyabr 2017 18:37

“Samsung” şirkəti “Microsoft” korporasiyası ilə tərəfdaşlıq çərçivəsində yaradılan “Samsung HMD Odyssey” virtual reallıq kaskasını təqdim edib. Kaska 11 dərəcəlik baxış bucağına malik iki 3,5 düym diaqonallı “AMOLED” ekran, 350 dərəcəlik səs sistemi (quraşdırılmış AKG qulaqcıqları) və iki hərəkət kontrolleri ilə təchiz olunub. İstifadəçilər qarnituru çıxarmadan quraşdırılmış mikrofon vasitəsilə digər oyunçularla ünsiyyət qura biləcəklər. Məlumata görə, qarnitur oktyabrın 17-də rəsmən istifadəyə veriləcək “Windows Mixed Reality” platformasını dəstəkləyir.

Rusiya Ərəbistanda AES tikmək istəyir

5 Oktyabr 2017 18:22

"Rusiyanın "Rosatom" şirkəti Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikintisi ilə bağlı təklif irəli sürüb". Bunu "Rosatom" şirkətinin rəhbəri Aleksey Lixaçyov deyib. Şirkət rəhbəri bununla bağlı təkliflərin artıq Səudiyyə Ərəbistanına təqdim edildiyini də qeyd edib. Onun sözlərinə gröə, Səudiyyə Ərəbistanı ölkə ərazisində ilk AES-in tikintisi üçün müxtəlif şirkətləri nəzərdən keçirir.

Gülben Ergen keçmiş ərini də məhkəməyə verir

5 Oktyabr 2017 18:12

Müğənni Gülben Ergen onu təhqir edən həmkarları Yeşim Salkım və Sereb Serengillə yanaşı, keçmiş aparıcı əri Erhan Çeliki də məhkəməyə verir. İfaçı eks-həyat yoldaşının Yeşim Salkımla birlikdə ona qarşı tələ qurduğunu iddia edir. Belə ki, evli izmirli iş adamı ilə sevgili olması xəbərinin mediada yayılmasında Gülben Erhandan şübhələnir.

Məşhur müğənninin qızı canlı yayıma çıxıb, atasını RÜSVAY ETDİ - VİDEO

5 Oktyabr 2017 18:03

Müğənni Emrah və oğlu Tayfun arasında yaşananlara bənzər daha bir qalmaqal baş verib. Show TV ekranlarında Seda Sayan və Uğur Aslanın təqdimatında yayımlanan "Artık Susma" verilişinə məşhur müğənni Ayhan Aşanın qızı qatılıb.

Rusiyada 10 məktəb təxliyə edildi - Yenə bomba xəbəri

5 Oktyabr 2017 17:56

Yekaterinburqda anonim zəngdən sonra 10 məktəb binası təxliyə edilib. Məktəblərə bomba qoyulması barədə zəngdən dərhal sonra ümumilikdə 7500-ə yaxın adam təxliyə edilib. Təxliyədən sonra məktəblərdə axtarış aparılıb. Axtarışlar nəticəsində şübhəli əşyaların aşkar olunmadığı barədə məlumat verilib.

Novak: “Rusiya neftin hazırkı qiymətindən razıdır”

5 Oktyabr 2017 17:38

Rusiya neftin hazırkı qiymətindən razıdır. Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. “Neftin mövcud qiyməti bizi qane edir. Öz hədəflərimizə çatmağa başladıq. Bazar da yavaş-yavaş tarazlaşır”, - deyə A.Novak qeyd edib.

İspaniyalı nazır: “Kataloniya müstəqillik almayacaq”

5 Oktyabr 2017 17:37

İspaniyanın iqtisadiyyat naziri Luis de Gindos referendumun nəticələrinə əsasən Kataloniyanın müstəqillik qazanması imkanını istisna edib. “Interfaks” xəbər verir ki, nazir bunu bloomberg agentliyinin televiziya efirində çıxışı zamanı bildirib. “Muxtar regionun müstəqilliyi Kataloniya əhalisinə yalnız zərər vura bilər”, - deyə o qeyd edib.

Ermənistan Polşadan bəzi silahlar almaq üçün vurnuxur...

5 Oktyabr 2017 17:35

Sentyabrın sonlarında Ermənistanın müdafiə naziri Vigen Sərkisyan Polşa xarici işlər nazirinin təhlükəsizlik və şərq siyasəti işləri üzrə müavini Bartoş Çixotski ilə görüşüb. Erməni KİV-lərinin xəbər verdiyi kimi görüşdə Ermənistanla Polşa arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Çixotski jurnalistlərə bildirib ki, Polşa Ermənistana hərbi sahədə “nou-hau” təklif edib və onlar bu texnologiya əsasında Ermənistanda birgə istehsalı təşkil etməyə hazırdır.

Santa-Klausun məzarı tapıldı - VİDEO 

5 Oktyabr 2017 17:25

Dünyanın Santa-Klaus kimi tanıdığı Müqəddəs Nikolayın dəfn olunduğu məkan aşkarlanıb. Türk arxeoloqlar ölkənin cənubundakı Demre şəhərində yerləşən kilsənin döşəməsinin altında indiyədək məlum olmayan boşluqlar tapıblar. Alimlərin fikrincə, bu boşluqlardan birində sonradan "Santa-Klaus" adlandırılan, xristianlıqda pərəstiş edilən Müqəddəs Nikolayın məzarı ola bilər. 

Yeni qasırğa gəlir "Neyt"...

5 Oktyabr 2017 17:21

Nikaraqua sahillərində "Neyt" tropik qasırğası formalaşıb. Yaxın günlərdə Nikaraquada və Mərkəzi Amerikanın digər rayonlarında şiddətli yağıntılar gözlənilir. Daşqınlaırn ola biləcəyi də istisna edilmir. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 63 kilometrə çatır. 

Terrorçuları maliyyələşdirən 73 nəfər aşkar edilib

5 Oktyabr 2017 16:57

“Bu il MDB dövlətlərinin maliyyə-kəşfiyyat bölmələri ilə birgə həyata keçirilmiş əməliyyat nəticəsində terrorçuluğun maliyyələşdirilməsində iştirak edən 73 şəxs aşkarlanıb”. Bunu MDB dövlətlərin Antiterror Mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov “Ria Novosti”-yə müsahibəsində deyib.

Putinlə kralın görüşü başladı

5 Oktyabr 2017 16:44

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudla Rusiya prezidenti Vladimir Putinin görüşü başlayıb.m Kremlin Andreyevski zalında keçirilən görüş öncəsi Vladimir Putin Səudiyyə Ərəbistanı kralının səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini söyləyib.

Hindistanda zavod işini dayandırdı - Bəbirə görə

5 Oktyabr 2017 16:24

Hindistanda böyük avtomobil zavodu işini dayandırıb. Buna zavodun ərazisinə vəhşi bəbirin daxil olması olub. Məlumata görə, "Maruti Suzuki" avtomobil zavodunun müşahidə kameralarına axşam saatlarında zavodun ərazisində gəzişən bəbirin görüntüləri düşüb. Bundan sonra zavodda gecə növbəsi işi dərhal dayandıraraq zavodu tərk edib.

Azərbaycanlı keçmiş nazir Estoniyada yenidən şəhər meri olmaq istəyir

5 Oktyabr 2017 16:22

Estoniyada azərbaycanlı keçmiş nazir və deputat, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Eldar Əfəndiyev Narva şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb. AAK prezidenti Sahil Qasımov bildirib ki, artıq onun namizədliyi qeydə alınıb. Şəhər meri uğrunda seçkilər oktyabrın 15-də keçiriləcək.

Rusiyanın Türkiyəyə qarşı film kimi CASUS OYUNU - MİT DE-ŞİFRƏ ETDİ

5 Oktyabr 2017 16:14

Rusiya Türkiyədən casusunu almaq üçün yalan danışıb. İstanbulda çeçen komandir Vahid Edelqiriyevi öldürən qrupun üzvləri olan 2 rus casus ötən il Türkiyə Milli İstihbarat Təşkilatı tərəfindən tutulub. Casuslardan biri Aleksandr Smirnovun 2000-2011-ci illərdə 7 çeçeni öldürdüyü ortaya çıxıb.