Dünya

Məşhur rejissorun keçmiş həyat yoldaşı vəfat etdi

6 Oktyabr 2017 10:03

 “Yeni dalğa” cərəyanının yaradıcılarından biri, müasir kinonun klassiklərindən sayılan Jan Lyuk Qodarın keçmiş həyat yoldaşı Anna Vizemski 70 yaşında vəfat edib. Olaylar bildirir ki, məşhur rejissorun eks həyat yoldaşının ölüm xəbərini qardaşı açıqlayıb. Aktrisa və yazar olaraq tanınan Anna Qodarın “Çinli qız” (1967) və bir neçə filmində rol alıb.

Suriyalı İŞİD – çilər saxlanıldı

6 Oktyabr 2017 09:37

Türkiyənin Bursa vilayətinin İnegöl və Gemlik bölgələrində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Olaylar bildirir ki, əməliyyat zamanı  6 nəfər şübhəli şəxs saxlanılıb. Təhlükəsizlik qüvvələri əməliyyatı iki bölgədə üç ayrı ayrı ünvanda eyni vaxtda reallaşdırıblar.

Miqrantlar saxlanıldı

6 Oktyabr 2017 09:16

Türkiyənin Çankırı bölgəsində ölkəyə qeyri-qanuni yollarla daxil olan 119 miqrant saxlanılıb. Saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Ağrı bölgəsindən İstanbula getmək üçün yola düşən avtobus və avtomobil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, miqrantlar Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.

Dünyada 14 TB tutumunda ilk sərt disk təqdim edilib

5 Oktyabr 2017 19:58

“Western Digital” şirkəti tərəfindən hazırlanmış “HGST Ultrastar Hs14” modeli dünyada 14 terabayt (TB) tutuma malik ilk sərt diskdir. Korporativ sinfə məxsus məhsullara aid olan yeni sərt diskdə dördüncü nəsil “Western Digital HelioSeal” texnologiyası tətbiq edilib. Heliumla hermetik doldurulma daşıyıcının yüksək tutumuna, etibarlılığına və enerji effektivliyinə nail olmağa imkan verib. 3,5 düymlük form faktorda hazırlanmış “Ultrastar Hs14” sərt diski “SATA 6 Qbit/s” və “SAS 12 Qbit/s” interfeyslərində tədarük olunur. Şpindelin fırlanma sürəti 7200 dövr/dəq, buferin həcmi 512 MB, imtinaya qədər işləmə vaxtı 2,5 milyon saat təşkil edir.

“Oracle” “bulud” servisləri süni intellektlə təchiz edilib

5 Oktyabr 2017 19:54

“Oracle” “bulud” əlavələri maliyyə, kadrlar, istehsal, elektron ticarət, müştəri xidmətləri, marketinq və satış kimi sahələrdə tətbiq oluna biləcək süni intellekt imkanları ilə təchiz olunub. Bu barədə şirkətin məlumatında deyilir.  “Oracle Adaptive Intelligent Apps” adlanan yeni əlavələr süni intellektdən istifadə etməklə çoxfunksiyalı müasir biznes əlavələri təklif etmək üçün mövcud “Oracle Cloud Applications” (o cümlədən Oracle Enterprise Resource Planning Cloud, Oracle Human Capital Management Cloud, Oracle Supply Chain Management Cloud və Oracle Customer Experience Cloud) “bulud” servislərinə quraşdırılıb.

“Google” şirkəti öz yeniliklərini təqdim edib

5 Oktyabr 2017 19:46

“Google” şirkəti “Nexus” istehsal xəttini əvəz edən “Pixel 2” və “Pixel 2 XL” adlı smartfonlarını, həmçinin “Pixelbook” adlı güclü noutbukunu rəsmən təqdim edib. “Pixel 2” smartfonu 1080x1920 piksel təsvir ölçülü və tərəflər nisbəti 16:9 olan 5 düymlük displey, “Pixel 2 XL” isə 1440x2560 piksel təsvir ölçülü,  kiçik çərçivəli və tərəflər nisbəti 18:9 olan 6 düymlük ekranla təchiz edilib. Hər iki smartfon barmaq izi sensoru ilə təchiz edilib, “Qualcomm Snapdragon 835” prosessoru ilə işləyir və 4 QB əməli yaddaşa malikdir. “Pixel 2” və “Pixel 2 XL” smartfonlarında daxili yaddaşın tutumu 64 və ya 128 QB təşkil edir.

“Photoshop” proqramına yeni funksiyalar əlavə olunub

5 Oktyabr 2017 19:37

“Adobe” şirkəti süni intellekt əsasında əlavə funksiyalarla təkmilləşdirilən “Photoshop Elements” proqramının yeni versiyasını təqdim edib. Tərtibatçılar əvvəllər yerinə yetirilməsi üçün peşəkar istifadəçi bacarıqları və çoxlu vaxt tələb edən bir sıra əməliyyatları avtomatlaşdırmağa nail olublar. Məsələn, yeni “Photoshop Elements” versiyası qıyılmış gözləri açmağa imkan verir. Bunun üçün istifadəçidən sadəcə “Open Closed Eyes” funksiyasını aktivləşdirmək və insanın kameraya baxdığı fotoşəkilləri göstərmək tələb olunur. Xüsusi alqoritm modelin baxışını “yadda saxladıq”dan sonra digər şəkilləri avtomatik redaktə edə biləcək.

İlk avtonom yük qatarının sınaqları keçirilib

5 Oktyabr 2017 19:33

“Rio Tinto” konserni Avstraliyanın Pilbara regionunda dünyada ilk maşinistsiz idarə olunan yük qatarının testinə başlayıb. Bir neçə maşinistsiz yük qatarının yaradıldığı “AutoHaul” layihəsinin dəfələrlə avtopilot proqram təminatı və digər gözlənilməz hallarla bağlı problemlərə görə təxirə salınmasına baxmayaraq hazırda qatarın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Sınaq zamanı məsafədən idarə olunan qatar 100 kilometrə yaxın məsafəni qət etməklə avtopilot rejimində nəzarətçi maşınistlərin müşayiəti ilə hərəkət edib. Qatar müstəqil şəkildə 1 km hərəkət etsə də, bu göstərici avtopilotun stabil işləyəcəyini və qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyini nümayiş etdirib.

Dronlar bağlamanı birbaşa sifarişçinin əlinə çatdırmağı öyrəniblər

5 Oktyabr 2017 19:16

Britaniyanın “Cambridge Consultants” şirkəti tərəfindən hazırlanmış bağlamaların dronlar vasitəsilə çatdırılması sistemi bağlamanı birbaşa sifarişçinin əlinə çatdırır. Əksər böyük şirkət və kiçik startaplar kuryer vəzifəsini yerinə yetirən dronlardan istifadə edir. Yemək, dərman, poçt və başqa kiçik yüklərin çatdırılmasında pilotsuz uçan təyyarələrdən istifadə etmək təklif edilir. Bu halda çox zaman belə sistemlər bağlamanı konkret ünvan və ya koordinat üzrə çatdırmağı nəzərdə tutur.

Yaraları sağaldan unikal yapışqan təqdim edilib

5 Oktyabr 2017 19:14

Hazırda məqsədi qanaxmanı dayandırmaq və ya insan bədənindəki yaranı sağaltmaq üçün universal yapışqan yaratmaq olan bir neçə layihə mövcuddur. Müxtəlif tədqiqat komandaları məsələnin həllinə müxtəlif istiqamətlərdən yaxınlaşır. Məsələn, Avstraliya Universitetinin alimləri yapışqanın yaradılması zamanı son dərəcə elastik zülallardan istifadə ediblər. “MeTro” adlı yapışqan yaranı yapışdırmaq imkanına malikdir. Yapışqan ultrabənövşəyi işığın təsiri zamanı çox elastik materiala çevrilən zülallardan ibarətdir. “MeTro” yapışqanı yaranın üzərinə çəkildikdən bir dəqiqə sonra onu aralanmış toxumaları birləşdirir. Bu yapışqanın köməyilə tibb sahəsində istifadə edilən tikişlərdən xilas olmaq olar.

Hadisədən Aleyna Tilki etirafı

5 Oktyabr 2017 19:00

Müğənni Hadise həmkarı Aleyna Tilkiyə söz atması ilə bağlı iddiaları rədd edib. Konsertlərinin birində yaşanan izdiham səbəbindən səhnəni tərk edən, onun ardınca isə səhnəyə çıxan Hadisənin fanatları "Tilkini qovub "Şampiyon"u çıxartdıq" şüarı yazılmış plakat qaldırıblar. Hadisənin də həmin plakatın şəklini sosial şəbəkədə paylaşması həmakrına söz atması kimi dəyərləndirilmişdi.

Murat yeni eşqə başladı

5 Oktyabr 2017 18:56

Aktrisa Merve Boluğurdan bir ay əvvəl boşanan müğənni Murat Dalkılıç İdil Fıratla görülüb.  Muratı gecə klublarının birində izləməyə gələnlər arasında İdil də olub.

Böyük sevgilərin GÜCÜ haqqında maraqlı fakt

5 Oktyabr 2017 18:50

“Böyük sevgidə güc var. Və o amansızdır. Ucuz sevgi yumşaqdır, o əzablara tab gətirmək iqtidarında deyil”. Məşhur alman psixoloqu, filosofu və ilahiyyatçı Berta Xellinqeranın sevginin gücü haqqında yazdığı mətinini həqiqətən oxumağa dəyər.

Bu tarixdə robotların sayı insanlardan daha çox olacaq

5 Oktyabr 2017 18:40

2035-ci ildə dünyada robotların sayı insanlardan daha çox ola bilər. Belə bir proqnozu "Finopolis-2017" innovativ maliyyə texnologiyaları konfransında "Moven" şirkətinin rəhbəri Brett Kinq verib.