Dünya
Lavrov: "Xəzərin statusu ilə bağlı danışıqların tezliklə finişə çatacağına ümid edirik"
Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovqazaxıstanlı həmkarı ilə keçirdiyi danışıqların yekununda deyib.
Kosta-Rikada fövqəladə vəziyyət elan olunub - Səbəb "Neyt"...
Kosta-Rikada Prezident Lusi Qilermonun göstərişi ilə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub. Məlumata görə, tropik "Neyt" qasırğası ilə əlaqədar eləcə də 2 gün qeyri-iş günü elan olunub.
6 şagird və müəllimələri diri-diri yandı - Bağçada faciə
Braziliyanın Janauba şəhərindəki bağçada faciə baş verib. Bağçanın mühafizəçisinin uşaqların üstünə spirt püskürtməsi nəticəsində 6 uşaq və onların müəllimləri diri-diri yanıb, 50 nəfər ağr bədən xəsarətləri ilə xəstəxanaya yatırılıb. Hadisəni törədən mühafizəçinin özü də yanıb. 4 uşaq hadisə yerindəcə ölüb, iki nəfər isə xəstəxanada dünyasını dəyişib. Xəstəxananın baş həkimi Bruno Ataide Santos açıqlamasında bildirib ki, yanğın törədən, yaşı 50-dən çox olan mühafizəçi Damiao Soares də xəstəxanada ölüb.
Almaniyada 7 nəfər "Ksavye"nin qurbanı oldu
Almaniyanın şimalında güclü külək və yığışla müşayiət olunan "Ksavye" siklonu tüğyan edir. Siklon nəticəsində azı 7 nəfərin həlak olduğu bildirilir. Brandenbur polisi 4 nəfərin ağacın aşması nəticəsində altında qalaraq ölməsini bildirib. Məlumata görə, ölənlərin əksəriyyəti avtomobillərdə olub. Teqel şəhərində də ağacın maşının üstünə aşması nəticəsində 1 qadın həlak olub. Daha 24 nəfərin müxtəlif xəsarət aldıqları bildirilir.
Tramp İranla nüvə müqaviləsini ləğv edəcək — YENİ İDDİA
ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə müqaviləsini 12 oktyabr tarixində ləğv etməyə hazırlaşır. Bu barədə nüfuzlu "Washington Post" qəzeti məqalə dərc edib. Vəzifəyə başladığı gündən İranla imzalanan nüvə müqaviləsini tənqid edən Tramp yeni həmləyə hazırlaşır. Donald Tramp Barak Obama tərəfindən imzalanan nüvə müqaviləsini ləğv etməyə hazırlaşır. Xəbərə əsasən, Tramp 12 oktyabr tarixində Orta Şərq haqqında çıxış edəcək və İrana aid planını elan edəcək.
Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
"Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələr dərinləşir". Bunu Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, dekabrda Rusiya parlament üzvlərinin Bakıya iki dəfə səfər edəcəyi gözlənilir.
Las-Veqas terrorçusunun dəhşətli planları ORTAYA ÇIXDI
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını güllələyən Stiven Peddok bir sıra başqa hücumlar da hazırlayırmış. Bu haqda məlumatı “Assoşieyted Press” hadisənin araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanlarının işçilərinə istinadən yayıb. Anonim Amerika federal məmuru qeyd edib ki, Peddok avtomobillərin partlayışlarının seriyasını hazırlayırmış. İstintaqın məlumatına görə, Peddok hadisəyə az qalmış başqa böyük musiqi fevtivalları keçirilən Çikaqo və Las-Veqas mehmanxanalarında nömrələr tutub. Məsələn, Peddok avqust ayında “Lollapalooza” festivalının keçirildiyi yerin yaxınlıqda yerləşən Çikaqo mehmanxanasında iki nömrə tutub. Ancaq ora yerləşməyib. Sentyabrın sonunda isə o, Las-Veqasda pəncərələri “Life is Beautiful” musiqi festivalının keçirildiyi əraziyə açılan nömrələr sifariş verir.
Türkiyədə 119 miqrant saxlanıldı
Türkiyənin Çankırı bölgəsində ölkəyə qeyri-qanuni yollarla daxil olan 119 miqrant saxlanılıb. Saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Ağrı bölgəsindən İstanbula getmək üçün yola düşən avtobus və avtomobil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, miqrantlar Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.
ABŞ ordusu Körfəz ölkələri ilə hərbi təlimləri dayandırdı
Qətər böhranından sonra ABŞ ordusu Körfəz ölkələri ilə hərbi təlimlər həyata keçirəcəyi bəzi hərbi təlimləri təxirə salmağa hazırlaşır. Bu məlumatı nüfuzlu "Associated Press" agentliyi yayıb. Böhranda rəsmi Dohanı günahlandıran ABŞ 4 aydan sonra fərqli bir addım atır. ABŞ ordusu Körfəz ölkələri ilə planlaşdırılan bəzi hərbi təlimləri dayandırır.
Rusiyada qatar sərnişin avtobusu ilə toqquşdu — 17 ölü
Rusiyanın Vladimirsk vilayətində dəhşətli nəqliyyat hadisəsi baş verib. Vilayətin Pokrov şəhərində qatar sərnişin avtobusu ilə toqquşub. Nəticədə 17 nəfər həlak olub. On nəfərdən çox insan, eyni zamanda azyaşlı uşaq xəsarət alıb. Rəsmi qurumların verdiyi məlumata əsasən, qatar Peterburqdan Nijniy Novqorod istiqamətində hərəkət edirmiş. Avtobus isə Qazaxıstandan Moskvaya sərnişin aparırmış. Avtobusda 56 sərnişin olub.
Nikaraquada leysan yağışları nəticəsində ölənlərin sayı 8-ə çatıb
Nikaraquada "Neyt" tropik fırtınasından sonra baş verən güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8-ə çatıb. Bu haqda ölkənin vitse-prezidenti Rosario Murilyo xəbər verib. Daha əvvəl 4 nəfərin öldüyü və 9 nəfərin itkin düşdüyü haqda məlumat verilirdi.
Gizli səs qeydinin sirrini Pentaqon açıqladı: Bağdadi yaşayır?
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD lideri Əbubəkr Əl Bağdadiyə aid olduğu iddia edilən səs qeydlərini analiz edib. Pentaqon səs qeydinin Bağdadiyə aid olduğunu təsdiq edib. Pentaqonun Orta Şərq masasının spikerlərindən olan Erik Pahon sözügedən səs qeydlərinin Bağdadinin yaşadığını sübut etdiyini deyib.
Məşhur rejissorun keçmiş həyat yoldaşı vəfat etdi
“Yeni dalğa” cərəyanının yaradıcılarından biri, müasir kinonun klassiklərindən sayılan Jan Lyuk Qodarın keçmiş həyat yoldaşı Anna Vizemski 70 yaşında vəfat edib. Olaylar bildirir ki, məşhur rejissorun eks həyat yoldaşının ölüm xəbərini qardaşı açıqlayıb. Aktrisa və yazar olaraq tanınan Anna Qodarın “Çinli qız” (1967) və bir neçə filmində rol alıb.
Suriyalı İŞİD – çilər saxlanıldı
Türkiyənin Bursa vilayətinin İnegöl və Gemlik bölgələrində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Olaylar bildirir ki, əməliyyat zamanı 6 nəfər şübhəli şəxs saxlanılıb. Təhlükəsizlik qüvvələri əməliyyatı iki bölgədə üç ayrı ayrı ünvanda eyni vaxtda reallaşdırıblar.
Miqrantlar saxlanıldı
Türkiyənin Çankırı bölgəsində ölkəyə qeyri-qanuni yollarla daxil olan 119 miqrant saxlanılıb. Saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Ağrı bölgəsindən İstanbula getmək üçün yola düşən avtobus və avtomobil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, miqrantlar Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.














