Dünya

Səudiyyə Ərəbistanında növbəti həbs dalğası başlayıb

8 Noyabr 2017 16:32

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə bağlı həbslərin yeni dalğası başlayıb. Məlumata görə, siyasət və biznes aləminin təmsilçisi olan daha bir neçə nəfər saxlanılıb. Onlardan bəzilərinin 2012-ci ilə vəfat etmiş vəliəhd şahzadə və müdafiə naziri Sultan Bin Əbdüləzizə yaxın adamlar olduğu bildirilir. Həmin şəxslərin banklardakı hesabları da dondurulub.

Ohanyan indi də arvadını Sərkisyana qarşı meydana sürür

8 Noyabr 2017 16:00

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçaturyan öz partiyasını yaradacaq.  Ermənistanın “İravunk” qəzeti Xaçaturyanın partiya yaradılması ilə bağlı hazırlığın üç aydır davam etdiyini yazıb.

Jirinovskinin Tramp arzusu puç oldu

8 Noyabr 2017 15:58

ABŞ Prezidenti Donald Tramp Amerikaya yaraşmır. Buna görə də bu ölkədəki seçki sistemini dəyişmək lazımdır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.

Ərəb hadisələri və ya regionda yeni siyasi dövrün başlanğıcı

8 Noyabr 2017 14:57

Son günlər Səudiyyə Ərəbistanında baş verən siyasi proseslər özüylə bir sıra maraqlı və cavabı çətin olan sualları meydana çıxarıb. Əsas düşündürücü suallardan biri ondan ibarətdir ki, Ər-Riyadda belə bir radikal addımların atılması hansı zərurətdən meydana gəldi və Səudiyyə Krallığı bununla dünyaya, eləcə də onun dost və düşməni olan ölkələrə hansı mesajı verir. Çünki Səudiyyədə baş verənlər heç də yalnız ölkənin daxili işi kimi xarakterizə edilmir. Və bu radikal addımların müəyyən xarici dairələr üçün də nəzərdə tutulduğu iddia olunur. Siyasi şərhçi Vüqar Zifəroğlu deyir ki,  əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri bir daxili “yenilənmə” kimi də qəbul etmək olar. Onun sözlərinə görə, səudlar bu yenilənməyə getməyə məcbur idilər: “Çünki bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu.

Səudiyyə Ərəbistanı Yaxın Şərqin diqqət mərkəzinə çevrilir

8 Noyabr 2017 14:53

Son bir həftə ərzində Səudiyyə Ərəbistanında baş verən hadisələr Yaxın və Orta Şərqdə baş verən digər hadisələri ( Suriya, İraq, Qətər) kölgədə qoyub. Onsuz da problemlər məngənəsində sıxılan, münaqişələri bir an səngiməyən ərəb dövlətləri yeni-yeni çağırışlarla üz-üzədir. Qətərlə bağlı baş verən hadisələr, bu kiçik dövlətin böyük nəzərə gəlməsinə səbəb oldu. Gözlənilirdi ki, münaqişə pik nöqtəsinə çatıb və deeskalasiya müharibə olmadan baş verəcək.

71 yaşlı müğənni ideal formada qalmağın SİRRİNİ AÇDI

8 Noyabr 2017 14:28

Meqa ulduz Ajda Pekkan şəxsi evinin mətbəxindən paylaşdığı şəkillə bağlı açıqlama verib.  71 yaşlı müğənninin dünən instaqramda paylaşdığı foto sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan biri olub. Ajda Pekkan bunu nəzərə alaraq 71 yaşına qədər ideal formada qalmasının sirri açıb: "Heç vaxt gözəl qadın simvolu olmaq istəməmişəm. Amma hər zaman bədənimi qorudum.

İrəvanda orduya etiraz davam edir: Sarkisyan istefa verəcək

8 Noyabr 2017 14:26

Ermənistanda tələbələrin orduda xidmətdən möhlət hüququnun ləğv edilməsi təklifinə qarşı etirazları davam edir. Müdafiə naziri Viqen Sarkisyanın təşəbbüsü ilə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi hazırlanıb.

Kişi 12 yaşlı qızı qaçırıb, təcavüz etdi

8 Noyabr 2017 14:20

Silsilə cinayətlər törədərək 10 nəfəri öldürən Rose Vestin yaxın qohumu 38 yaşlı Stivn Lets 12 yaşlı qıza təcavüz edib. 38 yaşlı Stivn Lets adlı şəxs 12 yaşlı İngiltərinin Qlauster şəhərinin mərkəzi küçəsində 12 yaşlı qıza yaxınlaşıb, onu qaçırıb, narkotik maddə verdikdən sonra onu zorlayıb. 

Erməni ordusunda təlatüm: Akopyan vurulur

8 Noyabr 2017 14:15

Ermənistanda Konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə kadr dəyişiklikləri edilməsi gözlənilir. “Qraparak” qəzeti Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə bu dəyişikliklərdən sonra Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakanyanın təyin edilməsinin gözlənildiyini yazıb.

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə vuracaq - Moskvadan DƏQİQ TARİX

8 Noyabr 2017 14:14

“Koreya yarımadası ətrafında yaranan böhranın siyasi həllini tapmasaq, Şimali Koreya rejimində 2-3 ilə qitələrarası ballistik raketlər mütləq olacaq”.  Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin silahsızlaşdırma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib.

Ankaranın yeni meri məmurların istefasını tələb edir

8 Noyabr 2017 14:03

Ankaranın yeni meri Mustafa Tuna meriyanın bundan əvvəlki mer Melih Gökçeklə işləyən bütün məmurlarının istefasını tələb edir. Məlumata görə, ötən gün sabiq merin bütün köməkçiləri istefa verib. 1994-cü ildən bu vəzifədə çalışan M.Gökçekin köməkçilərinin hansı səbəbdən postlarını tərk etdiyi bildirilmir.

ABŞ prezidenti bu ölkəyə cənnət vəd etdi

8 Noyabr 2017 13:40

“Nüvə silahını əldə etmək cəhdləri Pxenyanı böyük təhlükə altında qoyur”. Bu sözləri ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışında deyib. “Mən Koreya yarımadasına gəldim ki, Şimali Koreyanın diktator liderinə birbaşa müraciətimi çatdırım. Sənin almağa çalışdığın silahlar sənin təhlükəsizliyini təmin etməyəcək, onlar sənin rejimini böyük təhlükə altına qoyur”, - ABŞ prezidenti qeyd edib. Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya ən yaxşı gələcək üçün yolu təklif etməyə hazırdır: “Şimali Koreya sənin babanın (Kim İr Sen) qurmaq istədiyi cənnət deyil, bura heç bir insanın layiq olmadığı cəhənnəmdir. Sənin etdin cinayətlərə baxmayaraq, ABŞ ən yaxşı gələcəyə yolu təklif etməyə hazırdır. Bu, yalnız bir şərtlə mümkündür: təcavüzdən və nüvə proqramından tam imtina”.

Trampın müharibəyə səbəb olacaq GİZLİ QARABAĞ QƏRARI

8 Noyabr 2017 13:17

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dünən bildirdi ki, “Vaşinqtonda yeni administrasiya hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ məsələsində necə hərəkət etməklə bağlı qərarlar qəbul edildi”. Səfir qeyd etdi ki, ABŞ Minsk qrupunda həmsədrlik fəaliyyətinə davam etdirmək qərarını verib.

Əsədin məsləhətçisi Ankaranı təhdid etdi

8 Noyabr 2017 13:00

Suriya hakimiyyəti Türkiyəni təhdid edib. Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şaban Suriyanın şimalında türk ordusunun varlığının təcavüzkarlıq olduğunu bildirib. O, Suriya hökumətinin uyğun zamanda buna sərt reaksiya verəcəyini deyib.