Dünya

Marsda doğulduğunu iddia edən uşaq: O məzar açılanda həyat tam dəyişəcək

8 Noyabr 2017 12:49

Rusiyanın Volqoqrad şəhərində yaşayan Boriska Kipriyanoviç adlı uşaq doğulmamışdan öncə Marsda yaşadığını deyib. Kipriyanoviçin iddiası və kosmos mövzusundakı dərin məlumatı elm adamlarının fikirlərini qarışdırıb.

Rusiyalı jurnalistlərə BOMBALI HÜCUM

8 Noyabr 2017 12:14

Rusiyalı jurnalistlər hücum nəticəsində yaralanıblar. Belə ki, Suriyanın Deyr Əz Zur şəhəri yaxınığında Rusiyanın NTV və Zvezda televiziya kanallarının jurnalistləri bombalı hücuma məruz qalıblar. Müxalif qruplar tərəfindən partlatdılan şəhərdə   4 rus jurnalist və onları müşayət edən 5 nəfər hərbçi müxtəlif bədən xəsarəti alıblar.

Rusiyada FACİƏ: 9 nəfər öldü

8 Noyabr 2017 11:54

Rusiyanın Voronej vilayətində fərdi evdə baş verən yanğın nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər ölüb. Bu barədə "RİA Novosti" region üzrə fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb. Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Türkiyə və İran razılığa gəldi - Əməliyyatlar başlayır

8 Noyabr 2017 11:50

Türkiyə və İran İraqın şimalında PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyatların keçirilməsi barədə razılığa gəliblər.  Ankara və Tehranın birgə hərbi fəaliyyəti haqqında razılaşma bu yaxınlarda əldə olunub. Əməliyyatın başlama vaxtı barədə məlumat verilmir.

Əl- Qaidə üzvləri həbs edildi

8 Noyabr 2017 11:45

İstanbul polisi Əl-Qaidə terror təşkilatına məxsus Heyyət Təhriri -Şam qrupunun  iki üzvünü həbs edib. Polis əvvəlcədən müəyyən edilən ünvanlarda əməliyyat həyata keçirib. Əməliyyat zamanı şübhəlilərin yaşadığı mənzillərdə iki ədəd Vinçester yarıavtomatik döyüş tüfəngi, bir ədəd Braununq tapançası, çoxlu sayda güllə və digər silah- sürsat aşkar ediblər.

Turistlərin ən çox axın etdiyi ŞƏHƏRLƏR

8 Noyabr 2017 11:44

“Euromonitor International” analitik şirkətləri il ərzində turistlərin axın etdiyi Top-100 şəhərlərin reytinqini tərtib edib. 2017-ci ildə turistlərin ən çox getdiyi şəhərlərin siyahısında birinci yeri Honkonq tutur. Məlumatlara görə, bu il Honkonqu artıq 25.7 milyon turist ziyarət edib. İkinci yeri Bankok - cari ilin 8 ayı ərzində 23.3 milyon insana qapısını açıb. 19.8 milyonla isə London ilk üçlüyü bağlayır.

İŞİD ABŞ-dakı məktəblərə hücum etdi

8 Noyabr 2017 11:43

Hakerlər ABŞ-ın yerli məktəblərinə aid olan saytlara giriş edən minlərlə insanı İŞİD terror təşkilatını dəstəkləyən videolara yönləndirib.  Blumfild məktəbi hakerlərin hücumları ərzində internet saytlarında 2 saata yaxın İŞİD videosunun verildiyini açıqlayıb. ABŞ Federal Təhqiqatlar Agentliyi hakerləri tapmaq üçün hərəkətə keçib.

Çindən yeni Türkiyə həmləsi – Güc nümayişi

8 Noyabr 2017 11:37

Dünyanın ən böyük 7-ci bankı olan “Bank of China” Türkiyədə açacağı şöbə ilə güc nümayiş etdirəcək. Bu barədə Çinin İstanbuldakı Baş konsulu Qian Bo danışıb. “Ölkəmiz doğru addımlar ataraq dünya iqtisadiyyatına və sülhünə fayda verməyi planlaşdırır. İstanbul Baş Konsulluğu olaraq bölgəmizdəki bələdiyyələrlə təmasları dərinləşdirdik. Çinin Çongqinq bələdiyyəsi ilə İstanbul bələdiyyəsi arasında qardaş şəhər münasibəti qurmaq istəyirik. Ötən il İstanbula gələn 155 min çinli turistin 2018-ci ildə artacağını düşünürük”, - konsul bildirib.

Rusiya bu ölkə ilə viza rejimini ləğv etdi

8 Noyabr 2017 11:30

Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Bruneyin ikinci xarici işlər və ticarət naziri Lim Djok Senq 2 ölkə arasında olan viza rejimini ləğv edən sənəd imzalayıblar. Bu haqda RİA xəbər agentliyi məlumat yayıb. Rusiya nazirinin fikrincə, bu addım iki ölkə arasında biznesin və ticarət əlaqələrinin inkişafına müsbət təsir edəcək.

Mesajla pul göndərmək dövrü başlayır

8 Noyabr 2017 11:28

Mesajla pul göndərmək dövrü başladı. Əpl şirkəti bu yeniliyi istifadəçilərinin xidmətinə verib. Şirkətin iOS 11.2 Publik Beta 2 yenilənməsi ilə Ayfondan mesajla pul göndərmək mümkün olacaq. 

Döyüş təyyarəsi radarlardan itdi

8 Noyabr 2017 11:25

Çin üzərində  müntəzəm uçuşlar həyata keçirən Tayvana məxsus döyüş təyyarəsi itkin düşüb. Olaylar.az bildirir ki, Taipei yaxınlığında Hsinchu hava limanından uçuş edən Mirage-2000 tipli döyüş təyyarəsi ilə yarım saat sonra bütün bağlantılar kəsilib. Çin Donanmasına məxsus gəmilər və təyyarələr təyyarəni tapmaq üçün bölgədə axtarış və xilasetmə əməliyyatlarına başlayıb.

Lavrov ABŞ-a xəbərdarlıq etdi: “Təhdid və təhqirlərin...”

8 Noyabr 2017 11:17

“Koreya yarımadası ətrafında yaranan böhran üzrə qarşılıqlı təhdidlər yaxşı heç nəyə gətirib çıxarmayacaq”. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Şimali Koreyada nüvə sınaqlarının DƏHŞƏTLİ NƏTİCƏLƏRİ

8 Noyabr 2017 11:16

Şimali Koreyada nüvə sınaqları keçirildikdən bir müddət sonra ölkədə müxtəlif patalogiyaları olan uşaqlar dünyaya gəlib. Bu barədə Cənubi Koreyanın “Chosun Ilbo” qəzetinə müsahibə verən şimali koreyalı qaçqınlar deyib. Onlar Şimali Koreyada yaşayan qohumlarının xəstəxanalarda mutasiyaya uğramış uşaqlarının doğulmasına şahid olduqlarını deyib.

Tramp Şimali Koreyaya: Səbrimizi daşırmayın!

8 Noyabr 2017 11:12

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışı zamanı bəyan edib ki, bütün ölkələr Şimali Koreyanı təcrid etmək üçün səylərini birləşdirməlidir. Məlumata görə, amerikalı liderin çıxışını "CNN" telekanalı yayımlayıb.

ABŞ sovet rejiminin qurban verdiyi insanların SAYINI AÇIQLADI - İNANILMAZ RƏQƏMLƏR

8 Noyabr 2017 11:10

ABŞ-ın prezident administrasiyası Rusiyada "bolşeviklərin inqilabı" ildönümünündə kommunizm qurbanlarının sayını açıqladı. Ağ evdə iddia edirlər ki, Rusiyada Oktyabr inqilabından bu günədək - 100 il ərzində 100 milyondan çox insan "totalitar kommunist rejimləri"nin qurbanı olub. "Bolşevik inqilabı Sovet İttifaqını öz zülmkar kommunizminin cənginə saldı. Azadlıqla, çiçəklənmə ilə və insan həyatının üstünlüklərilə uyuşmaz siyasi fəlsəfə yaratdı.