Dünya

Avropanın mərkəzində kürd dilli televiziyaya POLİS BASQINI

8 Noyabr 2017 11:08

İsveçin paytaxtı Stokholmda yerləşən və kürd dilində yayım edən “Aryen TV” televiziya kanalına polis basqını həyata keçirilib. Kanal sənədlərdə saxtakarlıq və çirkli pulları yumaqda günahlandırılıb. İttihamlardan dolayı 1 nəfər həbs edilib. Sözügedən kanal daha öncə terror təxribatları etdiyi iddiası ilə yayımı dayandırılan “Novruz TV” tərəfindən qurulub.

İran terrorçulara raket satır: ABŞ-dan İDDİA

8 Noyabr 2017 11:06

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Nikki Hali İranı Yəməndəki Husi təşkilatını raketlə təmin etməkdə ittiham edib. Təmsilçi bununla İranın BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu deyib. O, məsələ barədə yazılı açıqlama verib. Açıqlamada bildirilir ki, Səudiyyə Ərəbistanının paylaşdığı bilgilər, Husilərin bu ölkəyə atdığı raketlərin daha öncə Yəməndə görülmədiyini və İrana aid olduğunu göstərir.

Qırğızstanda zəlzələ

8 Noyabr 2017 09:08

Prezident Maradona ilə futbol oynadı 

8 Noyabr 2017 09:05

Venesuela prezidenti Nikolas Maduro Karakasda səfərdə olan əfsanəvi argentinalı futbolçu Dieqo Maradona ilə birgə uşaqlar üçün keçirilən ustad dərsində iştirak edib. Tədbirin sonunda dövlət başçısı Venesuelanın sabiq prezidenti Uqo Çavesin Maradona ilə çəkdirdiyi fotonu və Venesuela yığmasının “10” nömrəli maykasını keçmiş futbolçuya hədiyyə edib.

Gülben Ergen HƏBS EDİLƏCƏK?

7 Noyabr 2017 21:44

Evli olarkən həyat yoldaşı Erhan Çeliki aldatması iddiaları ilə məhkəməlik olan Gülben Ergenin həbs edilməsi tələb olunub. Bir neçə gün öncə məhkəmə G.Ergen haqqında E.Çeliki “təhqir etməmək, aşağılayıcı söz deməmək və ən az 50 metr məsafədən yaxınlaşmamaq” qərarı verib.

Mustafa arvadının keçmiş sevgilisi ilə şəkil çəkdirdi

7 Noyabr 2017 20:06

Ötən gün həyat yoldaşı Selin İmerlə toya gedən müğənni Mustafa Ceceli arvadının keçmiş sevgilisi ilə şəkil çəkdirib.  İfaçı Selinin keçmişdə münasibətdə olduğu Alican Ulusoyla fotokamera qarşısına keçərək hər kəsi təəccübləndirib. Sosial şəbəkədə bu hərəkətinə görə Mustafaya sərt fikirlər səsləndirilib.

İbrahim Erkalın ölümü ilə bağlı məhkəmə qərarı verildi

7 Noyabr 2017 19:55

30 gün reanimasiyada qaldıqdan sonra mayın 11-də dünyasını dəyişmiş türkiyəli sənətçi İbrahim Erkalın ölümü ilə bağlı məhkəmə qərarı açıqlanıb.

Həbs olunan şahzadə iki günə 1 milyard dollar itirdi

7 Noyabr 2017 19:43

Səudiyyə şahzadəsi Bin Əl-Valid Talal korrupsiyada şübhəli bilinərək tutulandan sonra iki gün ərzində 1 milyard dollardan çox itki ilə üzləşib.

Kişilər rahat hamilə qala biləcək – ALİM RƏYİ

7 Noyabr 2017 19:39

ABŞ reproduktiv tibb cəmiyyətinin istefada olan prezidenti Riçard Polson kişilərin müstəqil şəkildə uşaq dünyaya gətirə biləcəkləri vaxtı açıqlayıb. “Bəzi çətinliklər var, amma mən burada bu proseduru qeyri-mümkün edən ciddi problemlər görmürəm”, - deyə alim San-Antonio şəhərində cəmiyyətin illik konfransında bildirib. “Kişinin doğması üçün ona uşaqlığın yerini dəyişdirmək və hormonal terapiya kursu keçmək kifayətdir”, - Polson qeyd edir.

Yaponiyada EDAM

7 Noyabr 2017 19:33

Yaponiyada 70 yaşlı qadın edam edilib. Olaylar.az bildirir ki,  Kyoto rayon məhkəməsi Chisako Kakehi 2007-2013-cü illərdə həyat yoldaşını və iki sevgilisini öldürməkdə ittiham edir.

“NASA” asteroidlərlə mübarizə aparacaq

7 Noyabr 2017 19:30

ABŞ Kosmik Agentliyində (NASA) vəzifəsi kosmik məkanın monitorinqi və xüsusi təhlükəli göy cisimlərinin müşahidəsi olacaq beynəlxalq tədqiqat qrupu yaradılıb. İlk formal təlimlər artıq keçirilib.

Dünyanın ən varlı adamından uğura dair nəsihətlər

7 Noyabr 2017 19:25

Bu il “Dünyanın ən zəngin adamı” seçilən “Amazon.Com”un təsisçisi və icraçı direktoru Cef Bezosun uğur qazanmağın yollarından danışıb. Əgər varlanmaq istəyirsinizsə, məşhur iş adamının məsləhətlərini oxumağa dəyər.

Gələn il yeni “iPhone” modelləri paslanmayan polad korpus və “OLED” ekranla təchiz ediləcək

7 Noyabr 2017 19:19

“iPhone X” smartfon modelinin satışına noyabrın 3-də başlanılmasına baxmayaraq məşhur proqnozlar müəllifi Minq-Çi Kyo növbəti nəsil “Apple” smartfonlarının görünüşü ilə bağlı müəyyən fikirlər səsləndirib.