Dünya
Avropada elektromobillər üçün enerjidoldurma stansiyalar şəbəkəsi yaradılacaq
"BMW Group", "Daimler", "Ford Motor Company" və "Volkswagen Group" (Audi və Porsche törəmə şirkətləri ilə) avtomobil istehsalçıları elektromobillərin enerji ilə doldurulması üçün 2020-ci ilədək Avropada 400 enerjidoldurma stansiyasından istifadə edəcək "Ionity" adlı şəbəkənin yaradılması məqsədilə səyləri birləşdirmək niyyətindədir.
Bu ilin ən maraqlı qurğuları açıqlanıb
Elektronika sahəsi üzrə mütəxəssislər 2017-ci ilin ən maraqlı və qeyri-adi qurğularını açıqlayıblar. Siyahıya “ağıllı” saat, bilərzik və digər oxşar qurğular daxildir. Qeyri-adi qurğular barədə müzakirələr “International Consumer Electronics Show” tədbiri çərçivəsində aparılıb.
“Epson” virtual kvadrakopter təqdim edib
Yaponiyanın “Epson” şirkəti pilotsuz uçan aparatların idarəetməsində bacarığı artırmağa imkan verən virtual simulyator nümayiş etdirib. Qurğu əlavə reallıq texnologiyası vasitəsilə pultdan istifadə etməklə “DJI’s Mavic Pro” virtual kvadrakopterini idarə etməyə imkan verən “ağıllı” eynəkdən ibarətdir.
Şiə lider əmr verdi: "Kərkükdən çəkilin"
İraqda şiələrin lideri Müqtəda əl Sədr ona aid hərbi qüvvələr sayılan Seraya əs Salamın Kərkükdən çəkilməsi ilə bağlı əmr verib. Şiə lider yayımlanan yazılı açıqlamada deyib: "Səraya əs Səlam mücahidləri Kərkükdəki bürolarını 72 saat müddətində bağlayıb şəhəri tərk etməlidirlər.
Məşhur aktrisanın fotosu bəyənmə rekordu qırıb
“Kavak yelleri” filmi ilə sevilən türkiyəli məşhur aktrisa Pelin Karahanın instaqram hesabındakı paylaşımı rekord sayda bəyənilib. Bedri Güntayla evli olan Karahan oğulları ilə şəklini paylaşıb. Fotoya qısa müddət ərzində 225 mindən çox istifadəçi tərəfindən bəyənmə gəlib.
Kəndli qadın 4 qolbağını satıb, necə milyonçu oldu?
Türkiyənin Antalya şəhərində həyat yoldaşına dəstək olmaq üçün 4 qolbağını satıb heyvandarlıq işinə girişən 38 yaşlı Fatma Öncel hazırda 1 milyonluq sərvətin sahibidir. 1 inəklə heyvandarlıq işinə başlayan Öncelin indi 130 inəyi, 250 toyuğu, 107 keçisi və 3 ədəd atı var.
BMT: 17 yaşına çatmamış 300 mindən çox uşaq hərbi birləşmələrə cəlb olunub
BMT-nin 2017-ci ildə dünyada uşaqların inkişafı ilə bağlı hesabatı dərc olunub. Hesabata göstərilir ki, müxtəlif münaqişələr və silahlı toqquşmalar nəticəsində 300 mindən çox 17 yaşına çatmamış uşaq hərbi birləşmələrə cəlb olunub.
Kataloniyanın keçmiş lideri: “İspaniya Avropa qarşısında bir daha utanacaq”
Keçmiş Kataloniya lideri Çarlz Puiqdemont İspaniyanın ittihamlarına qarşı Avropdan kömək istəyib. Hazırda Belçikanın paytaxtı Brüsseldə olan keçmiş lider ölkədən qaçan 4 nazirlə birgə Kataloniya radiosuna açıqlama verib.
Geomaqnit qasırğası başladı - XƏBƏRDARLIQ
Bu gündən Günəşdə geomaqnit qasırğası başlayıb. Kosmik hava hadisəsi noyabrın 11-nə qədər hər gün davam edəcək. Məlumatda qeyd olunub ki, noyabrın 7-si və 8-də başlayacaq qasırğa noyabrın 9-u və 10-da maksimuma çatacaq. Noyabrın 11-də isə nisbətən zəifləyəcək. Geomaqnit prosesi noyabrın 15-də bir daha baş verəcək. Alimlərin fikrincə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir göstərəcək.
Rusiyadan şok: Nüvə silahı dönəmi bitir
Strateji mühafizə üçün nüvə silahları əvəzinə yeni tip qeyri-nüvə silahları istifadə edilə bilər. Bunu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib.
Yıldırımla ABŞ-ın vitse-prezidenti arasında görüş təxirə salındı
Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü noyabrın 9-a keçirilib. Bu barədə qərar B.Yıldırım bu gün ABŞ-a səfər etdikdən sonra verilib. Bu gün baş tutmalı olan görüşün təxirə salınmasının səbəbləri barədə məlumat verilməyib.
Putin silah bazasındakı “boz sxemlər”dən danışdı
“Silah bazarının bəzi iştirakçıları beynəlxalq hüquq və normalardan yayınırlar”. Bu haqda Rusiyanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında ölkə prezidenti Vladimir Putin bildirib.
Moskvaya şok: Rusiyanın milyardları kürdlərə görə batır
"Rosneft”in İraq Kürd Muxtariyyəti neftinin 70%-ə qədərini alması haqqında razılaşmanı yerinə yetirmək mümkün deyil. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında İraq Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat Məsələləri Komitəsinin sədri İzzət Saber söyləyib. Onun sözlərinə görə, yeni razılaşma üçün “Rosneft” artıq rəsmi Bağdada müraciət etməlidir: “Rosneft artıq 1 milyard dolları avans olaraq Ərbilə verib. Bu pullar Ərbilin Birləşmiş Ərəb Əmirliyinin “Dana Qaz” şirkətinə olan borclarının bağlanmasına yönəldilib. Bizim “Rosneft”lə müqaviləmiz 3 milyard dollar dəyərindədir. İkinci 1 milyardlıq pulu biz Türkiyənin Ceyhan limanına gedəcək qaz kəmərinin tikintisinə yönəldəcəyik. Üçüncü milyard dollar isə regiondakı 5 neft blokunun inkişafı üçün xərclənəcək.
Mustafa Kamal Atatürk Madam Tüssoda
Noyabrın 10 – da İstanbulda Madam Tüsso muzeyində Mustafa Kamal Atatürkün heykəli sərgilənəcək. Olaylar.az bildirir ki, heykəl Atatürkün 1931 – ci ildə çəkdirdiyi rəsm əsasında, 4 ay müddətində hazırlanıb. Heykəl Madam Tüsso muzeyinin London studiyasında 30 –dan çox heykəltəraşın və araşdırmaçıların birgə iştirakı ilə tamamlanıb.
Yatan ərinin barmaq iziylə telefonunu açdı: həyatının şokunu yaşadı
Qətərin Doha şəhərindən İndoneziyanın Bali şəhərinə doğru istiqamətlənən təyyarədə bir qadın sərnişin yanında yatan ərinin barmaq iziylə telefonunu açıb.














