Dünya

İndiyədək 14 mindən çox dinc sakin Yəmən münaqişəsinin qurbanı olub

7 Noyabr 2017 16:26

2015-ci ilin martından Yəməndə silahlı münaqişə səbəbindən 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Məlumata görə, bunu brifinqdə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı İdarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill deyib. O bildirib ki, ölənlərin və xəsarət alanların sayı 2015-ci ilin martından indiyədək 14 168 nəfərə çatıb: "5295 nəfər həlak olub, 8873-ü yaralanıb. Bu rəqəmləri İdarənin Yəmən ofisi təqdim edib, lakin real rəqəmlər yəqin ki, daha yüksəkdir". Hazırda ölkədə 20 milyon nəfər - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub.

İki nəhəng dövlət Suriya böhranında birəşdi - Terrorla mübarizədə SON NÖQTƏ

7 Noyabr 2017 15:59

Rusiya Hava Qüvvələri ilə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada rabitə kanalları qurub. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Ali Rada erməni naziri postunda saxladı

7 Noyabr 2017 15:57

Ukrayna Ali Radası daxili işlər naziri Arsen Avakovun vəsifəsindən çıxarılması haqqında qətnamə layihəsini rədd edib.  Qətnamə layihəsinə iclasda iştirak edən 297 deputatdan yalnız 31-i səs verib.

Peskov Putin və Trampın görüşəcəyini təsdiqləyib

7 Noyabr 2017 15:32

"Rusiya və ABŞ prezidentlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Şimali Koreya ətrafındakı vəziyyəti müzakirə etmək imkanı olacaq". Məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

NATO Əfqanıstanda missiyasının sayını artırır - 16 min nəfərədək

7 Noyabr 2017 15:26

NATO 2018-ci ildə Əfqanıstanda qeyri-hərbi missiyasının sayını 13 mindən 16 min nəfərədək artıracaq. Məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin 8-9 noyabr görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

ABŞ helikopterləri Suriyada İŞİD komandirlərini xilas edib

7 Noyabr 2017 15:03

Suriyada hökumət qüvvələri tərəfindən Meyadin şəhərinin azad edilməsindən iki həftə əvvəl Amerika vertolyotları İŞİD-in xarici komandirlərini şəhərdən evakuasiya edib. Onların sözlərinə görə, Amerikanın hərbi helikopterləri öncə Ər-Rahba rayonunda manevrlər edib, daha sonra isə ərazi bombalanıb. “Biz gizləndikdən sonra Amerikaya məxsus bir neçə helikopter yerdə onları gözləyən İŞİD komandirlərini götürüb getdi”- yerli sakin Məhəmməd Əvəd əl-Hüseyn deyib. 

Cənubi Koreya xalqı ayağa qalxdı: “Trampa və müharibəyə yox”

7 Noyabr 2017 15:01

ABŞ prezidenti Donald Trampın Asiya səyahəti çərçivəsində Cənubi Koreyaya səfər etməsi yerli xalqı hiddətləndirib. Cənubi Koreya xalqı ABŞ-ın Şimali Koreya ilə yaşadığı nüvə böhranına etiraz olaraq küçələrdə aksiyalar keçirməyə başlayıb. Hava limanında “Trampa və müharibəyə yox” pankartları ilə qarşılanan prezidentə qarşı etiraz aksiyaları getdikcə şiddətlənməkdə və genişlənməkdədir. Etirazçılar ABŞ-ın “THAAD” ballistik raket sisteminin Seonqyu şəhərində yerləşdirilməsindən narahat olduqlarını dilə gətirirlər. Onlar bu sistemlərin ətraf mühiti çirkləndirdiyini və kəndləri təhlükə altına atdığını bildirir.

Yaxın və Orta Şərqdə yeni münaqişə mənbəyi

7 Noyabr 2017 14:37

Region yeni müharibə və qarşıdurma təhlükəsi iə üz-üzə dayanıb. Regionda mövcud olan dövlətlər arası münaqişələrin sırasına yenisi əlavə olunmaqdadır. Səudiyyə Ərəbistanı İranla arasındakı ziddiyyəti davam etdirmək iqtidarında olmayaraq qarşıdurmanı yeni səviyyəyə keçirir. Yaxın və Orta Şərqdə hadisələr mövcud ölkələrin bir-birinə qarşıdurmasının güclənməsi istiqamətində inkişaf etməkdədir. Region bir münaqişəni başa çatdırmamış digər ziddiyyətlə üz-üzə dayanır. İŞİD son günlərini başa vurmaq üzrə idi. Gözlənilirdi ki, nəhayət bölgəyə sabitlik gələcək. İndi də Səudiyyə Ərəbistanı və İran arasında uzun müddət davam edən soyuq müharibənin qızışması ehtimalı güclənməkdədir.

Ərdoğan: Bakı-Tbilisi-Qars regionun ticarət potensialını artıracaq

7 Noyabr 2017 14:25

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun ticarət potensialını artıracaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, bu layihə hava və dəniz yolu ilə yük daşımalara alternativdir.

Yaxın Şərqdə proqnozlaşdırılan hadisələr 10 MADDƏDƏ: Bu ölkə parçalanacaq

7 Noyabr 2017 14:08

“Məsud Bərzaninin referendum keçirməsinə dəstək verənlər İran, İraq və Türkiyə üzərindən bu layihənin uğursuz olması ilə eyni vəziyyətin Suriyanın şimalında da baş verəcəyini gördülər. ABŞ-ın Suriya və İraqdakı tezisləri problemlərlə qarşılaşdı. ABŞ və İsrail cəbhəni daha da cənuba çəkdilər. BƏƏ, Səudiyyə Ərəbistanı və Misir üzərindən yeni bir qalxan yaratdılar. Bu qalxan Səudiyyə Ərəbistanı və BƏƏ üçün deyil, ABŞ və İsrail üçün qurulub”.

Moskvada azərbaycanlılara məxsus avtosalonlara POLİS BASQINI - SAXLANILANLAR VAR

7 Noyabr 2017 13:51

Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları “Rosqvardiya”nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər. Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.

2017 dünyanın ən dəhşətli 3 ilindən biri imiş

7 Noyabr 2017 13:47

Birləşmiş Millətlər Təşkilatının Dünya Meteorologiya Komitəsi (WMO) 2017-ci ilin qeydə alınan ən isti 3 il arasında yer aldığını bildirib. Məlumata görə, komitə tərəfindən verilən yazılı açıqlamada bildirilib ki, isti hava dalğaları, quraqlıq, qasırğalar və sel basqınları Yer kürəsinin isinməsinə yüksək təsir göstərib. Karbon-dioksidin artması və dəniz səviyyəsinin yüksəlməsi, həmçinin, okean sularında turşu miqdarının artması iqlim dəyişikliyinin uzun müddətli işarələri kimi göstərilib.

Trampdan qəribə etiraf: “Dünyada bu qədər ölkənin olduğunu bilmirdim”

7 Noyabr 2017 13:46

ABŞ prezidenti Donald Tramp siyasi arenadakı təcrübəsizliyini etiraf edib. D.Tramp hələ keçmiş prezident Barak Obamadan vəzifəsini təhvil almazdan öncə Yaponiya prezidenti Şinzo Abeni Amerikaya dəvət edib. O, bu hərəkətinin siyasi təcrübəsizlikdən irəli gəldiyini və doğru addım olmadığını etiraf edib.

Saakaşvilinin tərəfdarlarının mitinqi başladı

7 Noyabr 2017 13:41

Ukrayna Ali Radasının binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi başlayıb. Polis Ukrayna paytaxtının mərkəzində ictimai asayişin mühafizəsini gücləndirib.

11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK

7 Noyabr 2017 13:37

Noyabrın 11-i ilin ən bol enerjili günlərindəndir. 11.11. Bəli məhz bu gün özünüzü daha gümrah və hər işə qadir hiss edəcəksiniz. Bu tarixdə özünüzlə bağlı ən xoş arzularınızı dilə gətirin. Yaşamaq istədiyiniz dünyanın xəyallarını qurun. Əmin olun ki, bol enerji və Yer üzündəki ideal harmoniya sayəsində bütün diləkləriniz gerçəkləşəcək. Səması aydın, suyu saf, uşaqları xoşbəxt bir planet təsəvvür edin, izn verin, qəlbinizin nuru üzünüzə hopsun həmin gün. Düşünün ki, məhz bu gün həyatınızın ən gözəl bayramını qeyd edəcəksiniz. Həmin gün bəşərin bizə ötürdüyü müsbət bol enerjini qarşılayıb, bağlı qapıları açmağa hazır olun.