Dünya
Binəli Yıldırım “Paradise Papers” qalmaqalında övladlarının adlarının hallanmasına münasibət bildirib
Türkiyənin baş naziri Binəli Yıldırım beynəlxalq jurnalist təhqiqatı nəticəsində açıqlanan sənədlərdə (“Paradise Papers”) övladlarının ofşor zonalarda şirkətlərinin olması barədə məlumatların əksini tapmasına münasibət bildirib.
Bərzani sükutu pozdu: "Referenduma görə peşman deyiləm"
Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani yeni açıqlama verib. Bərzani Şimali İraqda keçirilən müstəqillik referendumu ilə bağlı yeni fikir səsləndirib. Bundan başqa Bərzani ABŞ-ı tənqid edib.
Öz qızlarını vəhşicəsinə öldürən cinayətkar: "Mən şeytanla birgə doğuldum"
"Mən içimdəki pisliklə doğuldum. Qatil olmaq gerçəkliyimin önünə keçə bilmədim. Dünyaya gözlərimi açdığım yatağın yanında iblis mənim dostum olaraq gözləməkdə idi və o gündən bəri mənimlə birlikdədir".
Biz edə bilmədik, Bakı isə həyata keçirdi - Sərkisyan
“Ermənistan Atom Elektrik Stansiyası 10 il sonra bağlanacaq, onu yeni atom elektrik stansiyası əvəz edəcək”. Ermənistan hökumətinin bu bəyanatına inanmıram. Bunu “SputnikErmənistan” agentliyinə müsahibəsində Ermənistanın Demokratik Partiyasının sədri Aram Sərkisyan söyləyib.
Ərəbistan: Şahzadələrin həbsi hələ başlanğıcdır - Şok
Səudiyyə Ərəbistanını korrupsiyadan təmizləmək üçün həyata keçirilən həbslər sadəcə başlanğıcdır. Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Baş prokuroru Şeyx Səud əl Mojeb söyləyib. Onun sözlərinə görə, həbs edilən 11 şahzadə, 4 nazir və digər eks-nazirlərin bütün hesabları dondurulub. Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə başladılan əməliyyatlara artıq ABŞ Prezidenti Donald Tramp da dəstək verib: “Kral Salman və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinə böyük etibarım var. Nə etdiklərini çox yaxşı bilirlər. Sərt reaksiya ilə üzələşənlərin çoxu ölkələrindən illərdir oğurluq edirlər”.
Erməni diasporu milyonçuları Qarabağa çəkir
Rusiyalı erməni iş adamları Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər ediblər. İş adamları Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Xankəndinə gələn erməni iş adamları arasında Samvel Sərkisyan, Ararat Tavadyan və Qriqori Qasparyan olub. Onlar Saakyanla qondarma rejimdə proqramların icrası məsələlərini müzakirə ediblər.
Nazir: İŞİD Moskva metrosunu “KamAz”la...
Rusiyanın paytaxtı Moskva şəhərində dəhşətli terror aktının qarşısı alınıb. Bu barədə Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev məlumat verib. Nazirin sözlərinə görə, bu ilin yazında Moskva ərazisində İŞİD təbliğatı aparan və metro stansiyalarından birində terror aktı törətmək niyyətində olan qırğızıstanlı şəxs yaxalanıb. Terrorçu metroya hücum zamanı “KamAz” markalı yük avtomobilindən istifadə etmək niyyətində olub. Hazırda həbsdə olan terrorçunun istintaqı davam etdirilir.
Vəliəhd 5 məhbusun 50 milyardına əl qoydu
Səudiyyə Ərəbistanında rüşvət və korrupsiya istintaqı çərçivəsində ölkənin ən zəngin simalarından beşi həbs olunub. Yerli mətbuat orqanları vəliəhd şahzadə Məhəmməd bin Salmanın etdiklərini taxta çıxmazdan əvvəl güc nümayişi olaraq qiymətləndirib.
Özəl telekanalda ATIŞMA
Əfqanıstanın Kabil şəhərində fəaliyyət göstərən özəl telekanal binasına hücum olub. Olaylar. az bildirir ki, kanalın binasında silah səsləri hələ də davam edir.
İrəvanda tələbələr etiraz aksiyası keçirir - Canlı yayım
Ermənistanda tələbələr etiraza qalxıb. Hazırda İrəvan dövlət universitetinin qarşısında tələbələrin etiraz aksiyası keçirilir. Etirazçılar parlamentdə qəbul edilən "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsinə qarşı olduqlarını deyiblər.
Qaçqın gəmisindən DƏHŞƏTLİ görüntü: 26 gənc qızın cəsədi tapıldı
Türkiyənin Aralıq dənizindən keçərək Avropaya getmək istəyən bir qaçqın gəmisində 26 qızın cəsədi tapılıb. Qızların 14-18 yaş aralığında olduğu bildirilb. Cəsədlər İspaniyanın “Cantabria” hərbi gəmisi İtaliya sahillərində apardığı əməliyyatlar zamanı tapılıb. Əməliyyatlarda fərqli qaçqın gəmilərindən 375 nəfər xilas edilib.
Yeni əməliyyatların SİQNALI verildi: 500 nəfər həbs ediləcək
Səudiyyə Ərəbistanında yeni həbs dalğasının siqnalı verilib. Bir neçə gün ərzində hərbi və mülki bürokratiyadan onlarla 500 ali səviyyəli idarəçi vəliəhd şahzadə Məhəmməd ibn Salmanın başçılıq etdiyi qurum tərəfindən həbs ediləcək. Hələ də Kral Əbdüləzizin 30 oğlunun vəliəhd olduğu Səudiyyə Ərəbistanında Məhəmməd ibn Salmanın kral seçilməsi ilə bir dövr də bağlanmış olacaq.
Qadını evinə qonaq çağırdı, əvvəlcə qulaqlarını, sonra isə... - AĞLASIĞMAZ OLAY
Rusiyanın Kurqan şəhərində yaşayan Anatoli Ezkov internet vasitəsilə tanış olduğu İrina Qonçarı axşam yeməyinə dəvət edib. O, 41 yaşlı İrina ilə spirtli içki qəbul etdikdən sonra ona ağlasığmaz işgəncələr verib.
Ekstrasensdən QORXULU XƏBƏRDARLIQ: 11 ölkə DARMADAĞIN olacaq
Hindistanlı ekstasens dağıdıcı yeraltı təkanların olacağını, bir sıra ölkələrin darmadağın olacağını bildirib. Hindistanın Babu Kalayil adlı tanınmış cadugəri qorxunc hadisənin olacağından xəbər verib. Hindli cadugər Hind Okeanında baş verəcək güclü zəlzələ haqda hər kəsi məlumatlandırıb. Zəlzələnin nəhəng sunami yaradacağını iddia edən şəxs Çin, Hindistan, Yaponiya, Nepal, Pakistan, İndoneziya, Əfqanıstan da daxil olmaqla 11 ölkədə dəhşətli dağıntılar gözlənildiyini bildirib.
Məşhur aktrisa ölkənin birinci xanımından üzr istədi
Məşhur türk aktrisası Selin Şekerci ölkənin birinci xanımı Əminə Ərdoğandan üzr istəyib. Olaylar.az bildirir ki, aktrisa 2016 - cı ildə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan haqqında söylədiyi fikirlərə görə peşman olub. Belə ki, aktrisa twitter hesabından "Mən bir neçə il bundan əvvəl paylaşdığım fikir üçün xanım Əminə Ərdoğandan üzr istədim.














