Dünya
Şahzadə güllələnərək öldürüldü
Səudiyyə Ərəbistanının keçmiş kralı Fahdın oğlu şahzadə Əbdüləziz ibn Fahd təhlükəsizlik qüvvələri ilə baş verən silahlı atışmada öldürülüb. Bu sözləri ABŞ Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı Əli H. Sofan Tvitter hesabında yazıb. Onun sözlərinə görə, 44 yaşlı şahzadəni həbs etmək üçün gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə onun mühafizəçiləri arasında silahlı atışma yaşanıb.
Sərnişin təyyarəsi qəzaya uğradı
Rusiyada АН-2 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə Amur vilayətində qeydə alınıb. Təyyarədə iki pilot olduğu bildirilir. Qəza nəticəsində pilotlardan birinin həlak olduğu, digərinin ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi qeyd olunub.
Meksikada silahlı hücum
Meksikanın Quanaxuato ştatında dəfn mərasiminin iştirakçılarına silahlı hücum nəticəsində 4 nəfər həlak olub, azı 6 nəfər yaralanıb. Bu haqda El Universal qəzeti xəbər verib.
Tramp və xanımı Cənubi Koreyada
ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya səfər edib. Amerika Birləşmiş Ştatları liderinin təyyarəsi ABŞ-ın Seuldan 60 kilometr məsafədə, Osanada yerləşən hərbi-hava bazasında yerə enib. Təyyarənin uçuş-enmə zolağında Trampı və onun xanımı Melanyeni Koreya Respublikasının xarici işlər naziri Kan Qyon Xva, hökumət nümayəndələri, səfirliyin əməkdaşları, həmçinin ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentinin komandanlığı qarşılayıb.
Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı
ABŞ prezidenti Donald Tramp 1979-cu ildə İrana qarşı birtərəfli qaydada tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb. Bu barədə Ağ Evin məlumatında bildirilir.
ŞAD XƏBƏR! 150 min işçinin məvacibi artırılacaq
Hacı Özgedən anasını söydüyü üçün ayrılıbmış
Tanınmış model Özge Ulusoyla iş adamı Hacı Sabancının ayrılıq səbəbi üzə çıxıb. İş adamı modeldən anası haqqında təhqiramiz sözlər işlətdiyi üçün ayrılıbmış. Belə ki, Özge ilə anasının telefon danışıqlarını dinləyən Hacı anası Arzu Sabancı haqqında sevgilisinin söyüş dolu sözlər işlətdiyini görüb. Bundan sonra Özgedən ayrılan Sabancı yaxınlarına “Onun bu qədər səviyyəsiz olduğunu bilmirdim” deyib.
Evindən köçən müğənni şkafda 1 milyonunu unutdu
Müğənni Demet Akalın illərlə yaşadığı villasını satarkən orada 1 milyon lirəsini (təxminən 500 min manat) yadından çıxarıb. 18 milyon lirəlik yeni evinə köçən müğənni pullarını sellofanda unudub. Belə ki, köhnə evi yenidən təmir etmək üçün yollanan işçilərdən biri yataq otağında şkafda sellofan bükülünü açarkən pullar yerə dağılıb.
Kosmosa səyahətin qiyməti açıqlandı
Böyük Britaniya milyarderi, “Virgin” korporasiyasının sahibi Riçard Brenson kosmosa müntəzəm reyslər təşkil etməyi planlaşdırır. Milyarder “Virgin Galactic”in hər gün kosmosa çıxacağına söz verib.
“Apple” şirkətinin dəyəri bir trilyon dollara çata bilər
“Apple” şirkəti dördüncü maliyyə rübü üçün hesabat dərc edib. Əksər analitiklərin “iPhone X” modelinin buraxılışından sonra satış və mədaxilin azalmasını düşünməsinə baxmayaraq kapitallaşmanın bahalaşması nəticəsində “Apple” dəyəri 900 milyard dolları ötən ilk şirkət olub.
“Kromatix” şüşə panelləri binaları günəş elektrogeneratorlarına çevirəcək
Birləşmiş Ərəb Əmirliklərində öz səthi ilə günəş enerjisi toplayan "Kromatix" adlı şüşə panellər yaradılıb. Panelin şüşə deyil, günəş batareyası olmasını yalnız ona yaxınlaşanda müəyyənləşdirmək olur. Bu səbəbdən tərtibatçılar yeni texnologiyanın böyük perspektivlərə malik olmasını proqnozlaşdırırlar. Bir sıra şirkətlər artıq istehsalda rəngli şüşədən istifadəyə başlayıb.
MÖHTƏŞƏM YENİLİK: Alimlər suyu şəraba çevirən stəkan yaratdılar - VİDEO
Sinqapur Milli universitetinin alimləri “Vocktail” - ona tökülmüş içkinin ətirini və dadı dəyişdirən stəkan yaradıblar. Bu barədə hi-tech.mail.ru yazır. Adi su, maye stəkana tökülən kimi onun rəngi, dadı və qoxusu təəccüblü dərəcədə dəyişir.
Planşetlərin populyarlığında yenidən azalma qeydə alınıb
Cari ilin üçüncü rübündə planşetlər bazarında yenidən azalma qeydə alınıb. "IDC" analitik şirkətinin məlumatına görə, dünyada bazarın beş əsas oyunçusu tərəfindən planşetlərin tədarük həcmi 2016-cı illə müqayisədə 5,4 faiz azalaraq 40 milyon qurğu təşkil edib. Planşet kompüterlərinin tədarükü ardıcıl on ikinci rübdür azalır. Bu, bütün bazar nəhəngləri üçün antirekorddur. Şirkət mütəxəssislərinin fikrincə, bu, smartfonlara tələbatın artması ilə yanaşı, planşetlərin model sırasının yenilənmə müddətinin uzadılması və ənənəvi fərdi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə əlaqədardır.
Qurğular üçün “ağıllı” çexol əlavələri tez işə salmağa kömək edəcək
ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) saytında “Samsung” şirkətinin smartfon, fablet və digər qurğular üçün “ağıllı” çexola görə patent hüququ əldə etməsi ilə bağlı müraciəti yerləşdirilib.
Yenilənmiş “Tor” brauzeri şəbəkədə tam anonimliyə zəmanət verir
İnternet istifadəçilərinə olduqları yeri gizlətməyə imkan verən "Tor" proqram təminatının hazırlanması ilə məşğul olan "The Tor Project" şirkəti eyniadlı brauzeri və sistemi yeniləyib.














