Dünya

İspaniya nəşri: Ermənistan təcrid olunub

6 Noyabr 2017 19:00

İspaniyanın “La Vanguardia” nəşrində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə dərc edilib. Məqalənin müəllifi Jordi Banyos Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi və siyasi əhəmiyyəti barədə fikirlərini diqqətə çatdırır. O hesab edir ki, bu dəmir yolu regionu Avropa ilə Asiya arasında vacib tranzit məntəqəsinə çevirir.

Deniz Seki qardaşını evləndirdi

6 Noyabr 2017 18:45

Türkiyəli müğənni Deniz Seki qardaşı Serkan Sekini evləndirib. İstanbulda otellərin birində təşkil edilən gecədə cütlüyün yaxınları və sənət adamlarının bəziləri iştirak edib.

Turistlər üçün ən bahalı şəhərlərin SİYAHISI açıqlandı

6 Noyabr 2017 18:22

Sinqapur turistlər üçün ən bahalı şəhər seçilib. Məlumata görə, Sinqapur artıq dördüncü dəfədir ki, ardıcıl bu titulu qazanan meqapolis olub. Britaniyanın "Economist Intelligence Unit" (EIU) jurnalının dərc etdiyi məlumata görə, burada avtomobil almaq kimi, paltar almaq da bahalı olsa da, ev üçün bəzi məhsulların, eləcə də gigiyena məhsullarının qiymətləri dünyanın bəzi meqapolislərindəki qiymətlərlə müqayisədə ucuzdur.

Amerikalı diplomat Kiyevin mərkəzində döyüldü

6 Noyabr 2017 18:09

ABŞ-ın Ukraynadakı səfirliyinin ikinci katibi Ömər Kardenti Kiyevin Maydan meydanında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə noyabrın 5-də gecə saatlarında baş verib. Diplomatın xəsarət alması ilə bağlı heç bir məlumat verilmir.

Həbs olunan şahzadə Əbdüləziz ibn Fəhd öldü - SON DƏQİQƏ

6 Noyabr 2017 17:45

Səudiyyə Ərəbistanında şahzadələrin və nazirlərin həbs edilməsindən sonra daha bir xəbər yayılıb. Həbs edilənlərin saxlanıldığı “Ritz-Carlton” hotelində qarşıdurma yaşanıb. Kral Fəhdin oğlu Şahzadə Əbdüləziz ibn Fəhd qarşıdurma zamanı müqavimət göstərib və burada ölüb. 

“İlin sonuna kimi...” - Putinin işğal edilmiş ərazilərlə bağlı PLANI

6 Noyabr 2017 17:42

“Son iki ayda Rusiya Donbasa döyüş sursatları, hərbi texnika və yanar-sürtkü materialların daimi çatdırılmasını həyata keçirir, həmçinin şəxsi heyət yenidən komplektləşdirilir”.

Ankaranın yeni meri seçildi

6 Noyabr 2017 17:28

Türkiyənin paytaxtı Ankaranın yeni meri seçilib.  Bu vəzifəyə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Mustafa Tuna seçilib. O, 2009-2014-cü illərdə Ankaranın Sincan rayonunun bələdiyyə başçısı olub.

İstədi vermədilər - Qaçan bacısını yaraladı, oğlanı öldürdü - VİDEO

6 Noyabr 2017 17:25

Türkiyənin Qaziantep rayonunda 24 yaşlı gənc qaçırdığı sevgilisinin qardaşı tərəfindən tapançayla öldürülüb.  Sevgilisini ailəsindən istəyən, ancaq narazıçılıqla qarşılaşan gənc çıxış yolunu qaçırmaqda görüb. Ali Pire 19 yaşlı Sevda K.-ni qaçırıb. Bu səhər telefonla Sevda K.-yla əlaqə saxlayan ailəsi barışmaq istədiklərini bildirərək cütlüyü görüşmək üçün çağırıb.

Zərrabın məhkəməsində mövqelər dəyişəcək

6 Noyabr 2017 17:00

Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın növbəti məhkəməsində şahidlə təqsirləndirilən şəxsin mövqeyinin dəyişdiriləcəyi gözlənilir.

Leninin cəsədi Rusiyada xaos yaradacaq - XƏBƏRDARLIQ

6 Noyabr 2017 16:57

Rusiya Kommunist Partiyası keçmiş SSRİ lideri Vladimir Leninin cəsədinin basdırılmasına imkan verməyəcək. Bu haqda partiyanın lideri Gennadi Züqanov deyib. Onun sözlərinə görə, Lenin basdırılması haqqında deyilənlər kütləvi qarışıqlıqlar təşkil etmək və keçmiş nəsli Qırmızı Meydana itələmək cəhdindən başqa heç bir şey deyil. “Biz bu fitnələrə imkan verməyəcəyik”, - Züqanov bildirib.

Ərdoğan Rusiyaya gedəcək

6 Noyabr 2017 16:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Səfər noyabrın 13-də baş tutacaq. Səfər zamanı R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli münasibətləri müzakirə edəcək. Bundan başqa, Suriya məsələsinin müzakirə olunacağı da gözlənilir. 

Bakıda erməni seks kölələri

6 Noyabr 2017 16:47

Ermənistan kəşfiyyatının yeni casus şəbəkəsi. Erməni hüququnun müəllifi, 12-ci əsrdə yaşamış Mxitar Qoş ermənilərə qızlarını kölə kimi satmağa icazə verib. Məlumata görə, bu barədə “nyut.am” portalına müsahibə verən erməni kulturoloq Vardan Caloyan 100 il öncənin erməni ailələrində yalnız oğlan uşaqlarına qiymət verildiyini bildirir.

Türkiyənin bələdiyyə başqanları Cocuq Mərcanlıya səfər etdi

6 Noyabr 2017 16:41

Türkiyənin 13 şəhər və rayon bələdiyyəsinin rəhbərləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Türkiyə nümayəndə heyəti öncə Füzuli rayonunun Horadiz qəsəbəsində 2015-ci ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Türkiyədə 80 terrorçu zərərsizləşdirilib

6 Noyabr 2017 16:11

Türkiyədə 30 oktyabr - 6 noyabr tarixləri arasında terrorçulara qarşı Jandarma Xüsusi Hərəkat, Polis Xüsusi Hərəkat, Jandarma Komando Birlikləri və Türk Silahlı Qüvvələri tərəfindən hava və qurudan 476 əməliyyat təşkil edilib. 

ABŞ-da xüsusi prokuror Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir

6 Noyabr 2017 16:07

ABŞ-da Rusiyanın president seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsini araşdıran xüsusi prokuror, FTB-nin keçmiş direktoru Robert Müller yaxın günlərdə prezidentin yaxın ətrafına daxil olmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürəcək.