Dünya

Senatora hücum edildi – Qabırğaları sındırıldı

6 Noyabr 2017 15:55

ABŞ – ın  Respublikaçı partiyasının senatoru və prezident seçkilərində Donald Trampın rəqibi olan  Rendi Poll hücuma məruz qalıb. Belə ki, senatora ölkənin Kentuku ştatında yerləşən Boulinq Qreen qəsəbəsindəki evində qonşusu  Rene Bauçer tərəfindən müxtəlif bədən xəsarətləri yetirilib. Xəstəxanaya çatdırılan senatorun beş qabırğasının sındırıldığı bildirilir.

Livanın Baş Naziri Saad Haririnin istefasının pərdəarxası məqamları

6 Noyabr 2017 15:26

Saad Hariri Livanın Baş Nazir vəzifəsindən istefa verir və bu qərarı qəbul etməsinə səbəb kimi İranı və onun Livandakı tərəfdarı Hizbullahı göstərir. Televiziya vasitəsi ilə müraciətində o həyatına qarşı su qəsd hazırlandığını və bu təhlükədən qurtulmaq üçün istefa verdiyini bildirir. Amma təhlükənin və bu qəsdin digər detalları barədə bilgi vermir. Təbii ki, Baş Nazirin bu addımı xüsusən bəyanatın Səudiyyə Ərəbistanında elan erdilməsi ortalığa müəyyən suallar çıxarır. Bu Livanın Yaxın Şərqdə münaqişə bölgəsinə əlavə edilməyə cəhddirmi? İranın bölgədə artan nüfuzunun qarşısının alınmasına yönələn addımdırmı?

Alimdən QORXUNC RƏY: Yer daha sürətlə fırlanacaq və...

6 Noyabr 2017 14:48

Son dövrlər Ayda müşahidə olunan xırdalı-irili partlayışlar elm adamlarını həyəcanlandırıb. Tədqiqatçılar qrupu bu nəticəyə gəliblər ki, Ayın mümkün partlayışı bəşəriyyətin məhv olmasına gətirib çıxaracaq. 

Fransız deputatdan gözlənilməz açıqlama: KRIM RUSİYAYA AİDDİR

6 Noyabr 2017 14:19

“Krım yarımadasının Ukraynanın tərkibində olması təsadüfi idi”. Bu sözləri Fransa parlamentinin deputatı Tyerri Mariani Yaltada jurnalistlərə bildirib. Yaltada 6-7 noyabrda ilk dəfə "Rusiya, Krım və müasir beynəlxalq münasibətlər" beynəlxalq konfransı çərçivəsində Krımın dostlarının forumu keçirilir. Forumda demək olar ki, 30 ölkədən 90 xarici qonaq iştirak edir. "Krımın bütün dostları hesab edirlər ki, Krım referendumu tam qanuni keçirilib. İnsanlar fikrini bildirərək, Krımın Rusiyanın tərkibinə qaytarılmasına səs verib. Krım haraya aid olmalı idisə, elə oraya aiddir. Yarımada sadəcə qısa vaxt ərzində Xruşovun iradəsi ilə Ukraynanın tərkibində olub", - Mariani izah edir.

Ordudan rüsvayçılıqla qovulub – 26 şəxsin qatili bilindi

6 Noyabr 2017 14:03

ABŞ-ın Texas ştatında “Birinci Baptist” kilsəsinə silahlı hücum təşkil edən Hərbi Hava Qüvvələrində xidmət etmiş Devin Kelli adlı şəxsdir. Bu barədə CBS telekanalı informasiya yayıb. Telekanalın rəsmi saytında Devin Kellinin fotosu yerləşdirilib və onun 1991-ci il 21 fevral tarixində anadan olduğu göstərilib. “Onun 26 yaşı var. 2010-cu ildən 2014-cü ilə qədər Hərbi Hava Qüvvələrində xidmət edib. 2014-cü ilin mayında tribunala verilib və rüsvayçılıqla xidmətdən qovulub”, - xəbərdə qeyd olunub. Hazırda qatilin terror qruplaşmaları ilə əlaqəsinin olub-olmadığını yoxlamaq üçün sosial şəbəkə hesabları, xüsusən hücumdan əvvəlki bir neçə gün ərzindəki yazışmaları yoxlanılır.

İraqdan yekun Kürdüstan qərarı – Federal Məhkəmə

6 Noyabr 2017 14:01

İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində keçirilən referendumdan sonra hansısa bölgənin ölkədən ayrılmasının mümkünsüz olması haqda qərar qəbul edib. Bu barədə “Röyter” məlumat yayıb. Məsələ ilə bağlı danışan məhkəmə rəsmisi İyas Samuk bildirib ki, ölkə konstitusiyasına görə, İraqın bütövlüyü qorunmalıdır və qanunlar toplusunda hansısa bölgənin, şəhərin ayrılması ilə bağlı maddə yoxdur.

KİV: İŞİD lideri İraqdan Suriyaya qaçıb

6 Noyabr 2017 13:38

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi hazırda Suriya ərazisindədir. Bu barədə Misirin “Addustour” qəzeti İraq kəşfiyyatındakı mənbələrə istinadən məlumat verib.

Yaponiyanın baş naziri: “Dialoq xatirinə dialoq aparmağın vaxtı deyil”

6 Noyabr 2017 13:35

ABŞ və Yaponiya Koreya Xalq Demokratik Respublikasına maksimum təzyiq göstərmək üçün razılığa gəliblər. Bu barədə Yaponiyanın Baş naziri Sindzo Abe Tokioda ABŞ Prezidenti Donald Trampla görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib. 

Sən demə, insan öləndən sonra ... - Alimlər TƏSDİQLƏDİ

6 Noyabr 2017 13:13

ABŞ-dan olan alimlər ölümdən sonra insanların nə hiss etməsini aydınlaşdırmağa çalışıblar. Nyu-York universiteti nəzdində tədqiqat mərkəzinin alimləri qeyd ediblər ki, onlar belə nəticəyə bir sıra testlər tətbiq edərək gəliblər. Öz tədqiqatları çərçivəsində alimlər qrupu ölmüş insanların vəziyyətini müşahidə edib və nəticə çıxarıblar ki, insanın ölümündən sonra onun şüuru bir müddət yaşayır. Bundan başqa, beyin də bu zaman hələ aktiv qalır.

“Türkiyə bütöv qalmaq üçün...” - Putinin adamından ŞOK İDDİALAR

6 Noyabr 2017 12:57

Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin Türkiyəyə ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı xəbərdarlıq edib. Duqin Qərbin Türkiyənin zəif yerlərindən istifadə etməyə çalışacağını bildirib. Onun sözlərinə görə, Ankara İraq işğalından sonra yeni təhlükənin Qərb olduğunu başa düşüb.

Ətirlərinə hər ay 5 min manat XƏRCLƏYƏN APARICI

6 Noyabr 2017 12:53

Burcu Esmersoy bir ayda parfumlarına rekord məbləğ xərcləyir. Məşhur aparıcı ən böyük ehtirasını açıqlayıb.

İtaliyaya gəmi gəldi - İçində 26 meyit

6 Noyabr 2017 12:26

İtaliyanın cənubundakı Salerno şəhərinin limanına içərisində 375 miqrantın olduğu gəmi daxil olub. Məlumata görə, Sahil-Mühafizə Xidmətinin əməkdaşları gəmidə 26 qadının meyitini də aşkar edib. Hazırda onların ölüm səbəbləri araşdırılır. İlkin ehtimal olaraq həmin qadınların gəmidəki şəraitsizlik və sıxıntıdan ölmələri qeyd olunur.

Məşhur müğənninin 1MİLYON TL TAPILDI

6 Noyabr 2017 12:24

Yeni evinə köçən məşhur türk müğənnisi Demet Akalının itirdiyi 1 milyon TL keçmiş evində tapılıb.  Olaylar.az  bildirir ki,  müğənnin keçmiş evindəki  yataq otağındakı  dolabın içində olan çantası gərəksiz hesab edilərək, atılacaq olan əşyalar sırasında olub. Lakin, müğənninin evində çalışan keçmiş işçisinin diqqətini paketin dolu olması çəkir. Paketi içərisindəkiləri evə  tökən işçi yerə tökülən pulları gördükdən sonra Demet Akalına zəng edərək pularını keçmiş evində unutduğunu bildirir.

Dünyanın ƏN BƏDBƏXT 3 ÖLKƏSİ - Adlar açqılandı

6 Noyabr 2017 12:15

Qellap institutunun ictimai rəyin öyrənilməsi mərkəzi planetin ən bədbəxt 3 ölkəsinin adlarını açıqlayıb. Bunlar Cənubi Sudan, Haiti və Ukraynadır. Ukrayna anti-reytinqdə Avropanın yeganə ölkəsi olub.

Valideynləri tərəfindən atılan məşhurlar

6 Noyabr 2017 12:14

Ekranlarda tez-tez gördüyümüz, yaşayışlarına qibtə etdiyimiz bəzi məşhurların həyatı, əslində, acı gerçəklərlə doludur. Bəziləri valideynləri tərəfindən atılıb, uşaq evində böyüyüb, yaxud başqa ailə tərəfindən övladlığa götürülüb.